Anons

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir

Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video

28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!

28-06-2025, 19:05-  Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."

28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ

28-06-2025, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir

28-06-2025, 08:01-  Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır

Haqqımızda Əlaqə

“Şəhidin yaşlı anası bu yollarda yıxıldı...” - GİLEY

Tarix:9-02-2024, 13:28

“Şəhidin yaşlı anası bu yollarda yıxıldı...” - GİLEY “Bu küçənin yolları o qədər bərbad haldadır ki, yerimək mümkünsüz olub. Günlər əvvəl yağan qar, yağışın fəsadları hələ də qalıb. Yaranan su gölməçələri qurumayıb”.

Bu şikayətlə “Qafqazinfo”ya Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi 6 və 11-ci döngənin bir qrup sakini müraciət edib.

Buraya 4 ay əvvəl köçən vətəndaş Nərminə Hüseynova deyir ki, yolun bu vəziyyətdə olmağı yaşlı və uşaqların küçəyə çıxmasına mane olur: “Övladlarımı məktəbə aparıb-gətirə bilmirəm. Küçəyə çıxan kimi adam palçığa batır. Kələ-kötür yollarda yerimək mümkün deyil. Onları məktəbə servis maşını aparır. O da gərək yolu fırlanıb gəlib düz qapıda dayansın. Əks halda uşaqlar qapıdan çölə bir addım atsalar, palçığa batacaqlar. Küçədə kanalizasiya xətti də yoxdur. Dəfələrlə müraciət etmişik. Nə maraqlanan var, nə də gəlib çarə tapan”.

Sakinlərin sözlərinə görə, 1994-cü ildə şəhid olan Teymur Yaqubovun anası Cənnət Yaqubova da bu ərazidə yaşayır: “Cənnət xala, artıq 3 ildir burada yaşayır. Bir neçə gün əvvəl kələ-kötür yollarda yeriyərkən yıxılaraq ayağını əzib. O da şikayət edib”.

Binəqədi rayonunun Firdovsi Vəliyev küçəsinin sakinləri də eyni problemdən əziyyət çəkir. Belə ki, yollardakı bənzər mənzərəyə bu küçənin dalanlarında da rast gəlmək mümkündür. Sakinlər bildirir ki, yollar uzun müddətdir dağılıb: “Çox çətinlik çəkirik. Təxminən 7-8 ildir eyni problem davam edir. Yağış yağdıqda isə vəziyyət daha da acınacaqlı olur. İstəyirik ki, bu yollara asfalt çəkilsin”.

F.Vəliyev küçəsində yol problemi ilə yanaşı, məişət tullantılarının daşınması ilə bağlı da xoşagəlməz vəziyyət yaranıb. Ərazidə konteynerlərin yerləşdirilməməsi səbəbindən bir çox sakin tullantıları küçəyə atır. Bu da antisanitar vəziyyətə səbəb olur.

Hər üç məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Məlumat üçün bildirək ki, qeyd edilən ünvanda yolların əsaslı təmir edilməsi Binəqədi rayonu ərazisində asfaltlanmasına ehtiyac duyulan qəsəbədaxili yolların tərəfimizdən tərtib edilən siyahısına daxil edilib, bu məqsədlə aidiyyəti qurumlara müraciət edilib. Eyni zamanda vətəndaşlara yolların mərhələli qaydada əsaslı təmir olunacağı ilə bağlı müvafiq izahat verilib.

Sözügedən ünvanda məişət tullantıları konteynerlərinin yerləşdirilməsi ilə bağlı bildirmək istəyirik ki, ərazidə yaxın ünvanlarda konteynerlər mövcuddur. Lakin qeyd etdiyiniz ünvana sakinlərin razılığı ilə münasib yer müəyyən edilərsə, konteynerlər deyilən ünvana yerləşdirilə bilər”.

Kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı isə İcra Hakimiyyətindən bildirildi ki, sakinlərin şikayətinə əsasən, “Azərsu” ASC-yə müraciət olunub: “Aidiyyəti qurum tərəfindən həmin ərazidə yeni xətlərin çəkilməsi məqsədilə layihələndirmə işlərinin başlanıldığı və problemin aradan qaldırılması istiqamətində işlərin görüləcəyi barədə məlumat verilib”.

“Şəhidin yaşlı anası bu yollarda yıxıldı...” - GİLEY
“Şəhidin yaşlı anası bu yollarda yıxıldı...” - GİLEY
“Şəhidin yaşlı anası bu yollarda yıxıldı...” - GİLEY
“Şəhidin yaşlı anası bu yollarda yıxıldı...” - GİLEY
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...