Anons

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir

Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video

28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!

28-06-2025, 19:05-  Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."

28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ

28-06-2025, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir

28-06-2025, 08:01-  Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır

Haqqımızda Əlaqə

Əlil arabasına məhkum olmuş qazi: “Uşaqlarım məktəbə gedə bilmir” - ŞİKAYƏT

Tarix:26-01-2024, 09:00

Əlil arabasına məhkum olmuş qazi: “Uşaqlarım məktəbə gedə bilmir” - ŞİKAYƏT

Əlil arabasına məhkum olmuş qazi: “Uşaqlarım məktəbə gedə bilmir” - ŞİKAYƏT

Havaların qeyri-sabit keçməsi vətəndaşlara ciddi çətinliklər yaradıb. Əlverişsiz hava şəraiti bəzi ərazilərdə yol infrastrukturunu sıradan çıxarıb. Ölkə ərazisinə yağan aramsız qar Abşeron rayonunun Atyalı qəsəbəsinin yollarını da iflic edib.

Vətən müharibəsi qazisi Zahid Alıyevin KONKRET.az-a müraciəti də məskunlaşdığı qəsəbədə yolların bərbad olması ilə bağlıdır.

Müharibədən sonra vəzifəsini yerinə yetirərkən hərbi avtomobillə qəzaya düşən və hazırda əlil arabasına məhkum olan Z.Alıyev deyir ki, yaşadığı ərazidəki yolsuzluqla bağlı böyük çətinliklərlə üzləşib:

“44 günlük Vətən müharibəsi zamanı Füzuli, Qubadlı, Cəbrayıl, Daşaltı və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm. 2022-ci ildə isə hərbi vəzifəmi yerinə yetirərkən Daşaltıda avtomobil qəzasına düşdüm. Onurğamdan ağır zədə aldığımdan beldən aşağı ətraflarım iflic olub. Hazırda əlil arabasına möhtacam”.

Dövlət tərəfindən müalicə edildiyini deyən qazinin sözlərinə görə, yaşadığı ərazidə yolların bərbad olması xüsusilə yağıntılı havalarda xəstəxanaya gedib-gəlməsini çətinləşdirir:

“Fizioterapiya olunmalıyam. Müalicə aldığım mərkəz isə “Əhmədli”də yerləşir. Yolları 15-20 santimetr qar örtüb, hərəkət məhdudlaşıb, ona görə də xəstəxanaya gedə bilmirəm. Küçənin yolları o dərəcədə bərbaddır ki, normal vaxtlarda belə maşınla hərəkət edəndə möhkəm silkələnmə olur. Onurğam zədələndiyinə görə belimə 8 ədəd platin qoyulub. Ona görə də maşın atıb-tutanda səhhətimə ciddi təsir edir, ağrı verir”.

Z.Alıyev bildirir ki, yağan qara görə qəsəbəyə nə avtobus, nə də taksi işləyir. Hətta təcili tibbi yardım maşınları da küçələrə girməkdə çətinlik çəkir.

“Bir neçə gündür, ümumiyyətlə, evdən çölə çıxmırıq. Övladlarım iki həftədir məktəbə gedə bilmirlər. Dörd uşaq oxuduram; iki qız, iki əkiz oğlan. Qızlar 9, 11-ci siniflərdə oxuyur. Əkizlər isə birinci sinfə gedirlər”, – deyən qazi əlavə edir ki, bu günlərdə Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə bir neçə dəfə zəng vuraraq, yolların təmizlənməsi ilə bağlı müraciət etsə də, onlara heç bir köməklik göstərilməyib.

Vətən müharibəsi iştirakçısı deyir ki, qəsəbə sakinləri çoxsaylı sosial problemlərlə bağlı Abşeron Rayon İcra hakimiyyətinə, Hökməli kənd icra nümayəndəliyinə və Atyalı bələdiyyəsinə dəfələrlə müraciət ünvanlayıblar. Buna baxmayaraq, aidiyyəti qurumlar tərəfindən heç bir əməli addım atılmır, əksinə, qəsəbədə yaşayış səviyyəsi gündən-günə daha da ağırlaşır.

Qeyd edək ki, ötən illərdə sözügedən qəsəbənin problemləri ilə bağlı redaksiyamız tərəfindən videomaterial hazırlanaraq yayımlanmışdı. Həmin ərəfədə əlaqə saxladığımız bəzi yerli icra orqanlarından problemlərin həlli istiqamətində müəyyən addımların atılacağı vəd olunsa da, sakinlərin dediyinə görə, verilən vədlər yerinə yetirilməmiş qalıb.

Elə Z.Alıyevin redaksiyamıza ünvanladığı video və fotolardan da aydın görünür ki, sosial problemlər məngənəsində sıxılan Atyalı massivində yaşayış dözülməz hal alıb. Sakinlərin illərdir döymədiyi qapı qalmasa da, problemlərinə qarşı biganəlik onlarda dövlət qurumlarına olan inamı sarsıdır. İndi vətəndaşların yeganə ümid yeri dövlət başçısıdır.

Vətən uğrunda döyüşlərdə qüsursuz xidmət göstərən, Qubadlı, Füzuli, Şuşanın azad olunmasına görə Ali Baş Komandan İlham Əliyev tərəfindən medallarla təltif olunan Zahid Saday oğlu Alıyev də başda olmaqla qəsəbə sakinləri ölkə rəhbərinə müraciət edərək, sosial problemlərinin çözülməsi ilə bağlı müvafiq göstərişlər verməsini xahiş edirlər.

Ümid edirik ki, Atyalı sakinlərinin, xüsusən əlil arabasına məhkum olan qazi, dörd uşaq atası Zahid Alıyevin səsi yuxarı instansiyalarda eşidiləcək və onların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində lazımi tədbirlər görüləcək.
Əlil arabasına məhkum olmuş qazi: “Uşaqlarım məktəbə gedə bilmir” - ŞİKAYƏT
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...