Anons

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir

Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video

28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!

28-06-2025, 19:05-  Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."

28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ

28-06-2025, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir

28-06-2025, 08:01-  Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır

Haqqımızda Əlaqə

7 manatlıq qoyun sığortası: Əti ucuzlaşdıracaq? - Ekspert danışır...

Tarix:24-01-2024, 09:26

7 manatlıq qoyun sığortası: Əti ucuzlaşdıracaq? - Ekspert danışır... Aqrar Sığorta Fondunun İdarə Heyəti kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflərin azaldılması ilə bağlı qərar qəbul edib.

Bu barədə Fond məlumat yayıb. Qərara əsasən, heyvanların bazatəminatlı və geniştəminatlı sığorta zərfi üzrə 1 illik sığorta tarifləri müvafiq olaraq 5,17% və 8,19% müəyyən edilib.

Xatırladaq ki, indiyə qədər bu tariflər müvafiq olaraq 6,1% və 9,5% olub.

Tariflərin aşağı salınması fermer və təsərrüfatlara heyvanları daha sərfəli şərtlərlə sığortalamağa imkan verəcək. Belə ki, indiyə qədər qiyməti 1000 manat olan mal-qaranın baza zərfi və geniş təminat üzrə 1 illik sığortası 30,5-47,5 manata başa gəlirdi.

Dəyişiklikdən sonra həmin şərtlərlə sığorta fermerlərə 26-41 manata başa gələcək. Qiyməti 300 manat olan xırdabuynuzlu heyvanların (məsələn, qoyun və ya keçinin) baza zərfi və geniş təminat üzrə 1 illik sığorta haqqı indiyə qədər 9-14 manat idisə, dəyişiklikdən sonra bu rəqəmlər daha da azalaraq 7,8-12,3 manata düşüb. Sığorta müqaviləsi uzun müddətə bağlandıqca, illik sığorta haqqı da azalır. Kənd təsərrüfatı heyvanlarının sığorta haqqının azalması fermerlərə və təsərrüfatlara daha sərfəli şərait yaradır.

Qeyd edək ki, fermerlər heyvanların aqrar sığortasından faydalanırlar. 2023-cü ildə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 910 min manat sığorta ödənişi edilib.

Maraqlıdır, heyvanların sığortalanması kənd təsərrüfatını inkişaf etdirəcək?

Sözügedən məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli "Cebhe.info"- ya bildirib ki, sığortanın işə düşməsi üçün hər zaman dövlət tərəfindən addım atılmalıdır:

"Heyvandarlığın sığorta olunması ənənəvi, həm də zəruri hal almalıdır. Eyni zamanda, Aqrar Sığorta Fondu fermerlərin etibarını qazanmalıdır. Bunun üçün də ilk növbədə fermerlər arasında ciddi təbliğat aparılmalıdır. Müəyyən qədər stimul verilməlidir. Bu addımlardan sonra fermerlərin sığortaya marağı artacaq".

Ekspert qeyd edib ki, Sığorta Fondu fermerlərə dəymiş zərəri lazımi səviyyədə qarşılamalıdır. "Vətəndaşlar arasında olduğu kimi, fermerlərin də sığortaya etimadı və etibarı aşağıdır. Amma Aqrar Sığorta Fondu fermerlərə dəymiş zərəri lazimi səviyyədə qarşılasa, bu zaman digər fermerlərin də aqrar sığortaya marağı artacaq. Bundan sonra da sığorta sistemi lazımı səviyyədə fəaliyyətə davam edəcək". ("Cebhe.info")скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...