Anons

Bu gün, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Bu gün, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib

Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Haqqımızda Əlaqə

Tanınmış iş adamı müflis olub? - Məşhur tikinti materialları bazarı məhkəməyə verildi

Tarix:18-01-2024, 16:05

Tanınmış iş adamı müflis olub? - Məşhur tikinti materialları bazarı məhkəməyə verildi “Azsığorta” ASC tanınmış iş adamı Azay Möhnətov və onun oğlu Aqil Möhnətov, həmçinin “EuroHome” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın icraatına verilib.
Məhkəmə iddiası hüquqi şəxsin müflis olması işi ilə əlaqədar qaldırılıb.
Məlumat üçün bildirək ki, cəmi bir həftə əvvəl Təhsil Tələbə Krediti Fondu Möhnətov Aqil Azay oğlu ilə 96 min manatlıq, Möhnətov Azay Xasay oğlu ilə isə 56 min manatlıq icarə müqaviləsi imzalayıb.
Məlumat üçün bildirək ki, Azay Möhnətov “AF Holdinq” şirkətlər qrupunun prezidentidir.
Holdinqin rəsmi səhifəsində qeyd olunur ki, 1989-cu ildə təsis olunan “AF General Trading” şirkəti ixrac-idxal əməliyyatları ilə məşğul olub. Bildirilir ki, holdinqin baş ofisi Bakıda yerləşir, Frankfurt və Londonda da filialları var.
Aşağıda adları qeyd olunan şirkətlər də “AF Holdinq”ə daxildir:
- “Everton”
- “Uğur-97”
- “AFSAN Plastik”
- “AF Business House”
- “AF City”
- “AF Mall”
- “AF Com Plaza”
- “AF Com Center”
- “Aqua Park Baku”
- “Aqua Park Shikhov”
- “AF Hotel Aqua Park”
Bundan başqa, “AF-Holdinq”in rəsmi veb-səhifəsində yer alan məlumatda göstərilir ki, 2000-ci ildə “AF Bank” təsis edilib. Sonradan bu bank Rusiyanın VTB bankına satılıb.
Bakı-Sumqayıt yolunun kənarında yerləşən “EuroHome” inşaat materialları bazarının da əvvəllər Azay Möhnətova məxsus olduğu bildirilirdi. 2019-cu ildə bazarda baş verən güclü yanğın zamanı Holdinqin rəsmi saytında “AF Euro Home”un şirkətlər qrupuna daxil olduğu qeyd olunub. Daha sonra “EuroHome”un adı şirkətlər qrupunun rəsmi saytından çıxarılıb.
Azay Möhnətov ilə bağlı diqqət çəkən məqmlardan biri də odur ki, “EuroHome” da yanğının baş verməsindən qısa müddət əvvəl Rusiyanın “Vedomosti” qəzeti yazıb ki, “AF-Holdinq”in rəhbəri Azay və İlyas Möhnətovlar Moskvada “Safmar” şirkətinə məxsus 21,7 hektar torpaq sahəsini və 111 min kvadratmetrlik ofis-anbar kompleksini satın alıb. İddia olunub ki, “Safmar” şirkəti qeyd olunan ərazinin səhmlərini özündə cəmləşdirən “Rusinkom” şirkətini əvvəlcə 2,6 milyard rubla (40 milyon dollar) satmağı planlaşdırıb. Lakin, sonradan yekun qiymət onların istədiyindən də yüksək olub. Aktivin neçəyə satıldığı açıqlanmayıb. “Vedomosti” qəzeti yazıb ki, iki mənbə aktivlərin Azərbaycanın “AF Holdinq” şirkətlər qrupuna satıldığını açıqlayıb və məlumt bu günə kimi təkzib olunmayıb.
Məlumat üçün bildirək ki, “Safmar” şirkətinin Baş direktoru milliyətçə erməni olan Avet Mirakyandır. Şirkətlər qrupunun sahibi isə Dövlət Neft Şirkətinin (SOCAR) əsas ortaqlarından biri olan “RussNeft” şirkətinin sahibi inquş əsilli milyarder Mixail Qutseriyevdir.
Onu da bildirək ki, Azay Möhnətov barəsində iddia qaldıran “Azsığorta” ASC-nin səhmlərinin 100%-nin Hikmət Əbuzər oğlu İsmayılova məxsus olduğu bildirilir. Mətbuatda “Azsığorta” ASC-nin səhmdarı Hikmət İsmayılovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağı olduğu barədə çoxsaylı məlumat yayılıb və bu günə kimi təkzib olunmayıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...