Bu gün, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR
Bu gün, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib
Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?
Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video
Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…
Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı
Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?
Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü
Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir
Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?
Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb
Vüqar Qurbanov vəzifəyə təyin ediləndən sonra TƏBİB-dən narazılıqlar ciddi şəkildə artmaqda davam edir
Vüqar Qurbanov Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru təyin edildikdən sonra səhiyyə sahəsində narazılıqlar yaranıb.
Bu barədə daxil olan məlumatda bildirilir ki, TƏBİB sədri vəzifəsindən sui-istifadə edərək səhiyyə sahəsində monopoliya yartmağa çalışır. Bu monopoliya isə sığortalı xəstələrin bütün sahələr üzrə müayinəsi üçün "Yeni Klinika" yönləndirilməsidir. Əldə etdiyimiz məlumata görə Vüqar Qurbanov tərəfindən xəstəxanalara göndərilən daxili əmrdə bildirilir ki, müayinə və müalicə üçün xəstələr yalnız "Yeni Klinika" ya göndərilməldir. Bundan başqa sədrin digər təlimatında isə xəstələrin sığorta xətti ilə özəl klinikalara göndərilməsi qadağan edilib.
TƏBİB icraçı direktorunun bu əmrinin özəl klinikalar tərəfindən ciddi şəkildə narazılıqla qarşılandığı bildirilir.
Vüqar Qurbanovun xəstələri məcburi şəkildə "Yeni Klinika" yönləndirməsinin araxasında isə dövlət büdcəsindən vətəndaşların sığortası üçün ayrılan vəsaitləri bir əldə cəmləşdirərək mənimsəməsi dayanır. Müayinə üçün xəstələrin "Yeni Klinika"ya göndərilməsi isə adı çəkilən tibb müəsissəsində böyük növbənin yaranmasına səbəb olub. Artıq bir çox xəstələr günlərlə növbə gözləməkdən narazılıq etdiklərini açıq şəkildə sosial şəbəkələrdə yazırlar.
Əldə etdiyimiz digər məlumatda bildirilir ki, Vüqar Qurbanovun xəstələrin məcburi "Yeni Klinika"ya göndərilməsindən bəhrələnənlərdən biri də adı çəkilən tibb müəsissəsinin direktoru Barat Yusubovdur. Belə ki, "Yeni Klinika"da xəstə növbəsinin çoxluğundan istifadə edən Barat Yusubov onların bir hissəsini özünə məxsus EGE Hospitala xəstəxanasına göndərtdirir. Bu isə o anlama gəlir ki, dövlətin vətəndaşa ayırdığı sığorta pullarının bir hissəsinində Vüqar Qurbanovla bərabər həm də Barat Yusubov yararlanır.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev dəfələrlə çıxışlarında vətəndaşların xeyrinə işlədiklərini və onların rahatlıqları üçün bütün addımları atacaqlarını dilə gətirir. Ancaq TƏBİB sədri Vüqar Qurbanovla "Yeni Klinika"nın direktoru Barat Yusubovun vəzifələrindən sui-istifadə edərək vətəndaşları özlərinin maddi maraqlarını təmin edən tibb müəsissələrinə yönləndirmələri Zaur Əliyevin dedikləri ilə heçdə üst-üstə düşmür. Görünür İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru, TƏBİB sədri Vüqar Qurbanovun göndəriş monopoliyasından xəbərsizdir.
Bundan başqa səhiyyə kluarlarında yayılan məlumatlarda iddia edilir ki, hazırda TƏBİB sədrinin ən yaxın adamlarından biri də 5 saylı şəhər kliniki xəstəxanasının baş həkimi Fazil Alməmmədovdur. Belə ki, vəzifəyə təyin olunmaq istəyən şəxslərin məhz Fazil Alməmmədov aracılığı ilə Vüqar Qurbanovla görüşdüyü deyilir. Xəstəxana direktoru vəzifəsinin qiymətinin 200-300 min manat arasında dəyişdiyi bildirilir. Hətta hər hansısa bir xəstəxanaya həkim təyin olunmaq istəyən şəxsin mütləqdir ki, 20-30 min manatı olsun. Bundan başqa xəstəxanaya xadimə kimi işə götürülən şəxs 2000-3000 min manat verməlidir.(Bakunews)
Mövzu il bağlı araşdırmalarımız davam edir.