Anons

Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Dünən, 16:38- Rusiya Azərbaycana nota verib

Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Dünən, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Dünən, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Dünən, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

30-06-2025, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

30-06-2025, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

30-06-2025, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

30-06-2025, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

30-06-2025, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

30-06-2025, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

30-06-2025, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

30-06-2025, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

30-06-2025, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Haqqımızda Əlaqə

“Tender kralı“ bu sahəni də monopoliyaya alıb - “Yağlı-duzlu“ korrupsiya

Tarix:16-01-2024, 16:16

“Tender kralı“ bu sahəni də monopoliyaya alıb - “Yağlı-duzlu“ korrupsiya Son günlər Bakıya yağan qar hər il olduğu kimi bu il də bu sahəyə məsul olan qurumların bacarıqsızlığını ortaya qoydu. Hər il olduğu kimi, bu il də dövlət büdcəsindən külli miqdarda vəsait ayrılmasına baxmayaraq küçələrə nə duz səpildi, nə də qar təmizləndi. Bəs dövlət büdcəsindən hər il küçələrin qardan təmizlənməsi, yolların buz bağlamamasına görə texniki duzun səpilməsi üçün nə qədər vəsait ayrılır, bu vəsait kimlər tərəfindən necə xərclənir?

AzFakt.com xəbər verir ki, Bakıya yağan qarın təmizlənməsi, küçələrə texniki duzun səpilməsinə cavabdeh qurum Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentidir. Departamentin tabeliyində olan Sanitariya və Texniki Təmizlik İdarəsinə yolların təmiz saxlanması üçün hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılır.

Lakin bu vəsaitlər uzun illərdir Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehraliyev və onun komandası tərəfindən mənimsənilir.

Qeyd edək ki, Rəfail Mehraliyev rəhbərlik etdiyi qurumun ən "yağlı" təşkilatına Sanitariya və Texniki Təmizlik İdarəsinə öz qohumu, həmyerlisi Mübariz Hüseynovu təyin edib.

Bu qohumlar illərdir ki, əl-ələ verib büdcəni talamaqla - ayrılan vəsaitləri mənimsəməklə məşğuldurlar.

Məlumata görə Departamentin və eləcə də Sanitariya və Texniki Təmizlik İdarəsi tenderlərini əsasən ölkədə "tender kralı" kimi ad çıxarmış Ramazan Mirzəyevin şirkətlərinə verir.

Ramazan Mirzəyevə məxsus olan şirkətlər uzun illərdir Bakı şəhər İcra Hakimiyyətinin tenderlərində birmənalı olaraq qalib edilir.

Rəfail Mehralıyevlə yaxın dost və həm də şərik olan Ramazan Mirzəyevin tenderlərdə qalib etdirdiyi MMC-lər əsasən kasıb-kusubun, fəhlələrin adlarına rəsmiləşdirilir.

Lakin bəzi MMC-lər Ramazan Mirzəyevə yaxınlarının, qohumlarının, həmkəndlilərinin adlarına olur.

Belə təşkilatlardan biri də Sanitariya və Texniki Təmizlik İdarəsinin üst-üstə 4 milyon manatlıq tenderində qalib olan Fidan-TM şirkətidir.

Fidan TM şirkəti 15 ildən artıqdır fəaliyyət göstərir.

Şirkət ancaq Rəfail Mehraliyevin rəhbərlik etdiyi Departamentdə olan müəssisələrlə tender yolu və ya birbaşa müqavilələrlə əməkdaşlıq edir.

Şirkət rəsmi olaraq Ramazan Mirzəyevin həmkəndlisi Ələsgər Hüseynovun adına olsa da faktiki olaraq Ramazan Mirzəyevin komandası tərəfindən idarə edilir.

Son olaraq Sanitariya və Təmizlik idarəsi Fidan Tm şirkətinə avtomaşınların təmiri və texnizi duzun alınması üçün yarım milyon manatdan artıq vəsait ayrılıb.

Hazırda Bakıya yağan qarın küçələrdən təmizlənməməsi və küçələrə duzun səpilməməsi isə ayrılan vəsaitin mənimsənildiyi barədə səslənən fikirlərin həqiqiliyini göstərir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...