28-05-2023, 13:49- ŞANLI CÜMHURİYYƏT-105 GÖYÇAYDAN BAŞLAYAN ZƏFƏR
26-05-2023, 19:30- Yaşadılan, yaşayan tarix – 28 may
26-05-2023, 16:00- Kahramanmaraşda növbəti ZƏLZƏLƏ
26-05-2023, 15:36- Qəbələdə ağır qəza olub, 15 nəfər xəsarət alıb
26-05-2023, 15:09- Defektoloq-loqoped Aysel Allahverdiyeva: "Fərdlərin ehtiyaclarını başa düşmək və onlara dəstək olmaq mənim üçün vacibdir"
26-05-2023, 14:43- Ermənistanda hərbi çağırışdan yayınan 45 nəfər məsuliyyətə cəlb edilib
26-05-2023, 14:11- Horadiz-Zəngilan avtomobil yolunun əsaslı təmirinə 31,4 milyon manat ayrıldı - Sərəncam
26-05-2023, 13:28- Azad olunmuş ərazilərdə Azərbaycan istehsalı olan minatəmizləmə maşınlarından istifadə olunacaq
26-05-2023, 13:00- Sabah hava necə olacaq?
26-05-2023, 12:35- Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır - BMT rəsmisi
26-05-2023, 12:07- Azərbaycan Prezidenti Salome Zurabişvilini təbrik edib
26-05-2023, 11:42- Qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb
26-05-2023, 11:19- Bakıda 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilir
26-05-2023, 10:51- AQTA satışda olan düyülərlə bağlı aparılan monitorinqlərin nəticələrini açıqlayıb
26-05-2023, 10:23- İlon Maskın şirkəti çiplərin insanlara implantasiyasını sınaqdan keçirmək üçün icazə alıb
25-05-2023, 17:09- Azərbaycanda daha 9 nəfər koronavirusa yoluxub
25-05-2023, 16:44- Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edir - CANLI
25-05-2023, 16:18- Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib
25-05-2023, 15:52- Cəlilabadda itin dişlədiyi uşaq ölüb
25-05-2023, 15:26- Sosial şəbəkələrdə “Trendyol” adından saxta iş təklifləri göndərilir - Xəbərdarlıq
Xəbər verildiyi kimi, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində mediadan istifadə olunmaqla milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkəranə hərəkətlərlə Dövlət bayrağımızın yandırılması faktı üzrə Azərbaycan Respubliksının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 12.2, 283.2.1, 12.2, 283.2.2 və 12.2, 324-cü maddələrilə başlanmış cinayət işinin istintaqı Baş prokurorluğun İstintaq idarəsində davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, ibtidai istintaqla “Ermənistan İctimai Televiziyası”nın Dizayn studiyasının rəhbəri işləmiş, 28 sentyabr 1982-ci ildə Ermənistan Respublikasının İrəvan şəhərində anadan olmuş və həmin dövlətin vətəndaşı olan Nikolyan Aram Vrejinin milli düşmənçilik zəminində Azərbaycan Respublikası vətəndaşları və onun maraqlarına qarşı cinayətlər törətmək məqsədilə hazırda şəxsiyyətləri istintaqla araşdırılan bir qrup şəxslə birləşərək qeyd olunan tədbirdə geniş beynəlxalq auditoriya qarşısında nümayişkəranə şəkildə Dövlət bayrağımızı qəsdən yandırıb Azərbaycana qarşı Ermənistan cəmiyyətində milli nifrət və düşmənçiliyin salınmasına, eləcə də milli ləyaqətin alçaldılmasına yönələn hərəkətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Aram Nikolyan aprelin 19-da Cinayət Məcəlləsinin 12.2, 283.2.1, 12.2, 283.2.2 və 12.2, 324-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilməklə İnterpol xətti ilə beynəlxalq axtarışa verilmişdir.
Göstərilən xüsusatlarla əlaqədar Baş Prokurorluq tərəfindən həmin cinayət işinin istintaqının birgə əməkdaşlıq çərçivəsində aparılması üçün xarici dövlətlərin hüquq-mühafizə orqanlarına hüquqi yardım haqqında rəsmi müraciətlər göndərilərək Aram Nikolyan barəsində zəruri istintaq hərəkətlərinin keçirilməsi və dövlət sərhəddini keçdiyi halda saxlanılaraq Azərbaycan Respublikasına ekstradisiya olunması xahiş edilib.
Azərbaycan Respublikası və onun vətəndaşlarına qarşı milli nifrət və düşmənçiliyinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, eləcə də təqsirkar şəxslərin milli və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən kompleks tədbirlərin görülməsi davam etdirilir.