Anons

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir

Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video

28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!

28-06-2025, 19:05-  Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."

28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ

28-06-2025, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir

28-06-2025, 08:01-  Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır

Haqqımızda Əlaqə

Azərbaycan və Serbiya arasında təbii qaz sahəsində strateji sənədlər imzalandı

Tarix:15-11-2023, 14:19

Azərbaycan və Serbiya arasında təbii qaz sahəsində strateji sənədlər imzalandı
Energetika naziri Pərviz Şahbazov ilə ölkəmizdə səfərdə olan Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin hərtərəfli inkişafında Azərbaycan və Serbiya prezidentlərinin dostluq əlaqələrinin mühüm rolu vurğulanıb.

Təbii qaz, elektrik enerjisi sahələrində geniş əməkdaşlıq imkanları dəyərləndirilib. İkitərəfli əlaqələrin yeni müstəvidə inkişafı üçün enerji əməkdaşlığının müstəsna əhəmiyyət daşıdığı qeyd edilib və bu xüsusda, Azərbaycan və Serbiyanın təbii qaz sahəsində tərəfdaşlığa böyük önəm verdikləri ifadə olunub.

Görüş çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında SOCAR və “Srbijagas” arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu”, həmçinin “SOCAR və “Srbijagas” şirkətləri arasında qaz satışına dair Müqavilə” imzalanıb.

Energetika naziri Pərviz Şahbazov deyib:

“Bu gün imzaladığımız strateji əhəmiyyətli sənədlərlə Azərbaycandan Serbiyaya ilk dəfə qaz tədarükü də daxil olmaqla qaz sahəsində çoxşaxəli əməkdaşlığın əsası qoyulur. Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində yeni tərəfdaşıdır. Serbiyaya illik 400 milyon kubmetrə qədər qazın tədarükü nəticəsində Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 8-ə çatacaq. Bu, Azərbaycanın etibarlı enerji tərəfdaşı missiyasının genişlənməsinin və enerji təhlükəsizliyində rolunun getdikcə artmasının bariz göstəricisidir.

Bugünkü razılaşmalarımız qaz tədarükü ilə bağlı tərəfdaşlığımızın uzunmüddətli müqavilələrlə və Azərbaycanın Serbiyanın enerji təhlükəsizliyinə töhfələrinin davamlı olmasına da zəmin yaradır”.

Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç deyib:

“Bu gün ölkələrimiz Azərbaycandan Serbiyaya təchiz ediləcək qazın həcmi ilə bağlı müqavilə imzalayaraq ikitərəfli iqtisadi əməkdaşlığın yeni mərhələsinə qədəm qoydular. Azərbaycan qazının yaxın müddətdə istismara verilməsi gözlənilən Bolqarıstan-Serbiya İnterkonnektoru vasitəsilə Serbiyaya çatdırılması sayəsində biz təchizat mənbələrimizin şaxələndirilməsini, o cümlədən, Mərkəzi Avropaya qazın paylanmasında tranzit ölkə kimi rolumuzun gücləndirilməsini nəzərdə tutan strateji hədəfimizə nail olacağıq. İmzalanmış müqavilədə növbəti il ərzində 400 milyon kubmetrə qədər qazın nəql olunması nəzərdə tutulub və qarşıdakı illərdə bu həcmin artacağını gözləyirik”.

SOCAR-ın prezidenti Rövşən Nəcəf isə qaz müqaviləsinin SOCAR və “Srbijagas” arasında əməkdaşlıqda yeni səhifə açacağını vurğulayıb. Serbiyanın enerji təhlükəsizliyinin, eləcə də, iki ölkə və şirkətlər arasında əlaqələrin möhkəmləndirilməsində müqavilənin uğurla həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Qeyd edək ki, Anlaşma Memorandumu qaz tədarükündən əlavə Serbiyaya LNG tədarükü, qaz anbarı sahələrində SOCAR-la əməkdaşlıq və şirkətin qaz ticarəti əməliyyatlarında, həmçinin, qazla işləyən elektrik stansiyasının inşasında iştirak imkanlarının araşdırılmasını da nəzərdə tutur.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...