Anons

Bu gün, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Bu gün, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Bu gün, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Bu gün, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib

Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Haqqımızda Əlaqə

28 ildir çatmayan mənzil növbəsi... - Agentlik şəhid anasını niyə gözlədir ?

Tarix:28-08-2024, 13:54

28 ildir çatmayan mənzil növbəsi... - Agentlik şəhid anasını niyə gözlədir ?

28 ildir çatmayan mənzil növbəsi... - Agentlik şəhid anasını niyə gözlədir ?

1996 1 fevral -2024 il avqust
Nə az, nə çox, düz 28 il...
Bir igidin ömrü qədər də igid balasını vətənə qurban verən Beyləqan rayon Aşağı Çəmənli kənd sakini Kətan Həsənova oğlunun halal haqqını gözləyir.

Halal haqqı deyərkən, dövlət tərəfindən şəhid ailələri üçün nəzərdə tutulan mənzili nəzərdə tuturuq.

"DogruXeber.az" xatırladır ki, dəfələrlə portalımızda və agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda Kətan ananın yaşadığı uzun illər əvvəl palçıq kərpicdən tikilmiş mənzilinin hazırkı vəziyyətini izləyicilərimizə, eləcə də aidiyyatı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinə təqdim etmişik. Amma, agentliyin məqsədi deyəsən daha 28 il gözlətməkdir ki, hər dəfə hələ da "növbəli şəkildə" deyib sözün əsl mənasında yola verirlər.

Fotoşəkillərdə də gördüyünüz kimi, Kətan ananın yaşadığı mənzil tamamilə yaşamağa yararsız vəziyyətdə olsa da, uzun illər əvvəl palçıq kərpicdən tikilmiş bu mənzildə ana öz oğlu gəlini, nəvələri ilə birlikdə yaşamaq məcburiyyətindədir. Bildirir ki, yağan yağışlar birbaşa evin içinə yağır. Sağlamlığa mənfi təsirindən əlavə, hər dəqiqəsi ailə üzvlərinə qorxu, həyəcan yaşadan bu ev, nə yazıq ki, aidiyyatı qurumu zərrə qədər narahat etmir. Hətta, ikinci vətən müharibəsində şəhid olanların ailələrinin böyük əksəriyyəti artıq dövlət tərəfindən mənzillə təmin olunub, amma nə Cəbrayıl rayon Daşkəsən kənd sakini şəhid Kərimov Elçin Ataş oğlunun ailəsi, nə də Beyləqan rayon Aşağı Çəmənli kənd sakini Kətan Həsənova bu imtiyazdan yararlanmayıblar.

Qeyd edək ki, hər iki ailədə rəsmi olaraq, şəhidin varisi sayılan valideynlər artıq yaşlanıblar, Sosial Xidmətlər Agentliyi isə, Allah qorusun, deyəsən vaxt qazanmağa çalışır. Agentliyin özünə qazanc hesab etdiyi o, vaxt isə ananın ömründən hesablanır.

Ümid edirik, ən qısa zamanda məsul agentlik Kətan ananın da halal haqqını verməklə onu sevindirəcək.

Qeyd: Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tərəfimizdən təkrar sorğu göndərilmişdir.

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.azскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...