Bu gün, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
Bu gün, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət
Bu gün, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR
Bu gün, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib
Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?
Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video
Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…
Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı
Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?
Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü
Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir
Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Bakıda bərbər və lazer ustası kimi fəaliyyət göstərən Səbuhi Bəkirzadə tibbi-kosmetoloji avadanlıqların satışı ilə məşğul olan şirkətdən şikayətçidir.
“Qafqazinfo”ya müraciət edən S.Bəkirzadə bildirib ki, aldığı bahalı “Laserconn dual” markalı lazer cihazı nasaz çıxıb.
O, lazer cihazını ötən ilin 10 avqustunda aldığını, lakin qısa müddət sonra ortaya problem çıxdığını deyib. Şikayətçinin sözlərinə görə, nasazlıq səbəbindən müştərilərinin bədənində qızartı və səpkilər yaranıb. S.Bəkirzadə iddia edir ki, satışı həyata keçirən şirkət zəmanət müqaviləsinə əməl etməyərək aparatı geri götürmür: “Ötən ilin avqust ayında “Messa Group” şirkətindən 30 min manat dəyəri olan “Laserconn dual” markalı aparatı aldım. Pulum çatmadığı üçün 16 min manat ilkin ödəniş etdim. 13 min manatı isə lizinq şərtləri ilə ödədim və hər ay 1100 manat müqavilə bağladığım lizinq şirkətinə ödəniş edirəm. Lakin aparatı işlədiyim Müşfiq qəsəbəsindəki salona gətirdikdən qısa müddət sonra problemlər ortaya çıxdı. Aparatın keyfiyyətsiz olması səbəbindən müştərilərin bədənində qızartılar yaranır, səpkilər olur. Bu səbəbdən çoxsaylı şikayətlər gəlir və müştərilərimi itirmişəm”.
Şikayətçi bildirib ki, “Messa Group” şirkətindən aparat alarkən müqavilə imzalanıb və 2 il zəmanət müddəti təyin edilib: “Şirkətə müraciət edərək aparatın problemli olduğunu bildirmişik. 2 ay yarımdır müraciətlər edirik. Gah deyirlər müraciətinizə baxılır, gah da “ikinci əl aparat sata bilmərik” deyirlər. Və ya dəqiq cavab verməyərək bizi gözlədirlər. Şirkətin sahibi ilə görüşməyə, məsələni izah etməyə şərait yaratmırlar. Artıq müştərilərimizi də itirdiyimiz üçün aparata görə götürdüyümüz krediti ödəyə bilmirik”.