Anons

Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Dünən, 16:38- Rusiya Azərbaycana nota verib

Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Dünən, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Dünən, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Dünən, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

30-06-2025, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

30-06-2025, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

30-06-2025, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

30-06-2025, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

30-06-2025, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

30-06-2025, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

30-06-2025, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

30-06-2025, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

30-06-2025, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Haqqımızda Əlaqə

Antiterror tədbirləri erməniliyin sonu oldu

Tarix:23-09-2023, 14:36

Antiterror tədbirləri erməniliyin sonu oldu
“Ermənistan ordusu məğlub olsa da dağılmış ordu hissələri separatçılarla birlikdə Xankən­din­də, Ağdərədə, Xocalıda fəaliyyət göstərir, müxtəlif terrorlar törədirdi. Bu terrorlar bilavasitə Ermənistanın xarici siyasətinin tərkib hissəsi kimi təzahür edirdi – yenidən işğala meyillənmə, bəlkə yeni ərazilər içğaletmə imkanı. Azərbaycan ordusunun hissələri belə terrorları vaxtında zə­rər­sizləşdirsə də hamıısını əvvəlcədən duymaq, bilmək, hiss etmək mümkün olmurdu. Bu baxımdan Ermənistan Azərbaycana qarşı mina terrorunu davam etdirirdi. İkinci Qarabağ mü­ha­ri­bəsi 2020-ci ilin noyabrında başa çatmışdı, ancaq məğlub Ermənistan Azərbaycanın işğal­dan azad edilmiş ərazilərində 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalar basdırırdı”.

Ulusal.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva səsləndirib. Millət vəkili bildirib ki, Ermənistan döyüş mövqelərinin şəxsi heyətlə, zirehli texnika ilə, artilleriya qurğuları ilə, digər atəş vasitələri ilə gücləndirirdi:

“Bu gücləndirmə sülh danışıqlarından yayınan Ermə­nis­tanın revanşist meylinin təsdiqi idi. Ermənistanın ordusu yüksək döyüşə hazırolma səviy­yəsinə gətirilmişdi, səfərbərlik üzrə əlavə bölmələr yaradılmışdı, Azərbaycan Ordusunun böl­mə­­lərinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilmişdi.

Ermənistanın kəşfiyyat-diversiya qrupları Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən mina quraşdırmışdı, bu minanın partlaması nəticəsində Azərbay­can Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan partladı, mülki şəxslər həlak oldu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsi minaya düşdü, hərbi qulluqçularımız həlak oldu, yara­lan­dı”.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin, hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Res­pub­likasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 20-də bölgədə lokal xarakterli anti­ter­ror tədbirlərinə başladı:

“Qısa müdddətdə düşmənin 80-dən çox döyüş mövqesi, zenit-raket kompleksi, onlarla döyüş texnika­­ı, yüzlərlə canlı qüvvəsi məhv edildi, heç bir mülki obyektə atəş açılmadı. Azərbaycan yenə tolerant dövlət kimi separatçılara, da­ğılmış Ermənistan ordusunun hərbi qulluqçularına son xəbərdarlıq etdi. Döyüş dayandırıldı, Xankəndi ağ bayraq qaldırdı. silahlı erməni qüvvələri tərksilah edildi.

Azərbaycan reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər. Ölkəmiz Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüş keçirildi”

Səbinə Xasayeva bildirib ki, sentyabrın 20-də xalqa müraciətində ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşə­kar­­lı­ğını, tapşırılan vəzifələri şərəflə yerinə yetirdiyini qeyd edən Azərbaycan Res­pub­likasının Prezidenti cənab İlham Əliyev dedi: “…bizim atdığımız addımlar və antiterror tədbirlərinin nəticələri imkan verəcək ki, nəhayət sülh danışıqları üçün olan, Ermənistan tərəfindən qoyulan, verilən, təklif olunan, necə adlandırırsınız adlandırın, maneə aradan qalxa bilər. Bu, Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülh yaradacaq. Biz əmin olmalıyıq ki, qarşı tərəf revanşist fikirlərlə yaşamır…”.

Lokal xarakterli antiterror tədbirləri erməniliyin sonu oldu.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...