Anons

Bu gün, 08:49- Azərbaycan polisi 107 yaşında

Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Dünən, 16:38- Rusiya Azərbaycana nota verib

Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Dünən, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Dünən, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Dünən, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

30-06-2025, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

30-06-2025, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

30-06-2025, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

30-06-2025, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

30-06-2025, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

30-06-2025, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

30-06-2025, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

30-06-2025, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Haqqımızda Əlaqə

Tarixi hadisə kimi izlənilən səfər

Tarix:24-05-2023, 10:24

Tarixi hadisə kimi izlənilən səfər
İkinci Qarabağ müharibəsi dünya dövlətləri arasında münasibətlərə də təsir göstərdi. Azərbaycanla həmişə yaxşı münasibətləri olan dövlətlər bu münasibətləri bütün parametrlər üzrə bir qədər də yaxşılaşdırdılar. Azərbaycanla Litva arasında münasibətlər də bu baxımdan yeni tarixi mərhələsindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari il mayın 22-də Litvaya rəsmi səfəri də bu gerçəkliyin təsdiqidir.

Rəsmi səfərdə mətbuata verdiyi müsahibədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanla Litva arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirərək qeyd etdi ki, bu iki ölkə arasında çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Bunlar qarşılıqlı etimadın, qarşılıqlı inamın və təbii ki, qarşılıqlı siyasi tərəfdaşlığın nəticəsidir. Azərbaycanla Litva etibarlı iqtisadi tərəfdaş olmaqla bərabər, etibarlı siyasi tərəfdaşdır. Hər iki dövlət dünyəvi məsələlərdə haqqın, gerçəkliyin tərəfindədir və bu mövqe hər ikisinin tolerantlığından irəli gəlir.

Litva Prezidenti Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Litva-Azərbaycan biznes forumunun keçirildiyini qeyd edən Azərbaycan Respublikasının Prezidenti İkinci Qarabağ müharibəsini yaradan səbəblərdən, bu müharibənin başlanmasını şərtləndirən amillərdən də söz açaraq dedi: “Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdür, ərazilərimizin təxminən 20 faizi işğal altında idi. İşğal edilmiş ərazilərdə bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb”.

İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun Zəfəri ilə başa çatdı, üçtərəfli bəyanat imzalandı. Ancaq məğub dövlət bəyanatın şərtlərinə əməl etmir. Niyə əməl etmədiyi bütün dövlətlərə məlumdur. İşğalçı dövlət də, onun havadarları da yaxşı bilirlər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müsahibədə dediyi kimi, “Sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Sülh anlaşmasının imzalanması qaçılmazdır. Azərbaycan öz tərəfindən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərir. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir”.

Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlərin paralel şəkildə aparıldığını, həm Litvada, həm də Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərildiyini qeyd edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirdi ki, qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşür. Müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi məşğul olacaqlar. Çünki dünyada hökm sürən yeni geosiyasi reallıq bunu diktə edir.

Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı” imzalandı. Bu sənədlərin imzalanması da Azərbaycanla Litva arasında əlaqələrin daha da genişlənəcəyini şərtləndirir...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Litvaya rəsmi səfəri tarixi hadisə kimi izlənildi...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...