Bu gün, 12:07- Süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi tərtib edilib
Bu gün, 11:45- İçərişəhərdə “Gənclər yarmarkası” keçiriləcək
Bu gün, 10:51- Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu artır
Bu gün, 10:23- Təəssüf və təsəlli - Bayram Məmmədov yazır
Dünən, 17:19- Yoluxma azalsa da, 4 nəfər öldü
Dünən, 16:50- Azərbaycan Qızıl kəmər seriyasında 10 boksçu ilə təmsil olunacaq
Dünən, 16:00- DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirib, 7 nəfər saxlanılıb
Dünən, 15:32- ÜST Azərbaycana peyvənd məntəqələrində istifadə olunan soyuducular üçün 2100 cihaz verib
Dünən, 15:05- Azərbaycanlı mütəxəssis dünyanın ən güclü 10 yaddaşından biri seçilib
Dünən, 14:43- "Avroviziya 2023"ün loqo və şüarı açıqlanıb
Dünən, 13:52- Həkim şəbəkəçi Rəbiyyə Nemətova: "İnsanlara sağlam həyat bəxş etmək əsas iş prinsipimizdir"
Dünən, 13:27- Elm və təhsil nazirinə yeni müavin təyin edildi
Dünən, 13:00- Sabahın hava proqnozu açıqlanıb
Dünən, 12:34- Gənclər Günü münasibətilə muzeylərdə “açıq qapı” olacaq
Dünən, 12:06- Bu gün Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı işi üzrə dinləmələr keçirəcək
Dünən, 11:45- Xəstə şagirdlər məktəbə getməsin - Nazirlikdən virusla bağlı ÇAĞIRIŞ
Dünən, 11:19- XİN İrana səyahət edəcək Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
Dünən, 10:51- Ötən il 215 uşaq övladlığa götürülüb
Dünən, 10:23- Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
30-01-2023, 16:06- Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti festival - “Gəncliyin səsi”
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalına daha 4 istiqamət əlavə edilib.
Artıq sərnişinlər paytaxt Bakıdan Balakən, Gədəbəy, Oğuz və Horadizə, eləcə də əks istiqamətə hərəkət edən avtobuslara onlayn bilet ala biləcəklər.
Sistemdə ilkin mərhələdə Bakıdan Gəncə, Qazax, Bərdə, Mingəçevir, Göyçay, Şəki, Zaqatala, Qax, Quba, Qusar, Xudat, Astara və Lənkəran olmaqla 13 marşrut üzrə avtobuslara bilet əldə etmək mümkün idi. Portala daxil edilən istiqamətlərin sayı hazırda 17-yə çatıb.
Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək.
Qeyd edək ki, portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.
Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dan yükləmək mümkündür.