Anons

Bu gün, 08:49- Azərbaycan polisi 107 yaşında

Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Dünən, 16:38- Rusiya Azərbaycana nota verib

Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Dünən, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Dünən, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Dünən, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

30-06-2025, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

30-06-2025, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

30-06-2025, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

30-06-2025, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

30-06-2025, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

30-06-2025, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

30-06-2025, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

30-06-2025, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Haqqımızda Əlaqə

Azərbaycan yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevriləcək

Tarix:19-01-2023, 11:33

Azərbaycan yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevriləcək
Dövlətlərarası münasibətlər müxtəlif tədbirlərlə daha da möhkəmlənir. İctimai həyatın bütün sa­hələrini əhatə edən bu münasibətlər qarşılıqlı etimada, inama əsaslanır. Azərbaycan Res­pub­li­ka­sının Prezidenti cənab İlham Əliyevin 2023-cü il yanvarın 16-da Birləşmiş Ərəb Əmir­lik­­lə­rinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı da Azər­bay­can dövlətinin və dövlətçiliyinin qüdrəti kimi tarixləşdi.

Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi də təsdiqlədi ki, Azərbaycan ilə Birləş­miş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir. Tədbirdə çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycanda enerji təhlükəsizliyi bir neçə il əvvəl təmin olunub. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cüm­lədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir.

Son illərdə dünyanı narahat edən ən mühüm problemlərdən biri də enerji problemidir. Azər­baycan bu problemlə üzləşməyib, dünyanın ehtiyacı olan dövlətlərinə köməyini də əsirgəmir. Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.

Təbii qaz ixracatımızın artdığını qeyd edən ölkə başçımız onu da bildirdi ki, qaz ixraca­tı­mız 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Artım davam edəcək. Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planları təkcə Azər­bay­canın öz enerji təhlükəsizliyi ilə bağlı deyil.

Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında onu da qeyd edib ki, qısamüddətli bir layihə kimi “Mas­dar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradıl­ma­sına dair razılaşma imzalanması, ortamüddətli layihələr nəticəsində güclərin 10 qiqavata qədər artırılacağını, “Masdar” ilə aparılan əməkdaşlığın Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəyini də səmimiyyətlə və ehtiramla qarşılayıblar...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dedi: “2022-ci ilin 17 dekabr tarixində Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüs­ta­nın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabe­li­nin çəkilməsinə dair” Saziş imzaladılar. Bu Saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanmışdır. Planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir”.

Dayanıqlılıq Həftəsi dövlətləraarsı münasibətdə etbarlılığı da artırır, əlaqələri də genişlndirir...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...