Anons

Bu gün, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı

Bu gün, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video

Bu gün, 08:49- Azərbaycan polisi 107 yaşında

Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Dünən, 16:38- Rusiya Azərbaycana nota verib

Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Dünən, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Dünən, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Dünən, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

30-06-2025, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

30-06-2025, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

30-06-2025, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

30-06-2025, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

30-06-2025, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

30-06-2025, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Haqqımızda Əlaqə

Paris Bakı ilə yaxınlaşır – Düpüyin sensasion şərhi

Tarix:25-01-2024, 11:40

Paris Bakı ilə yaxınlaşır – Düpüyin sensasion şərhi

Paris Bakı ilə yaxınlaşır – Düpüyin sensasion şərhi

Fransa-Azərbaycan münasibətləri ümumilikdə dəyişkən olsa da, son həftələr yaxşılaşmağa doğru gedir. Azərbaycan BMT tərəfindən tanınmış sərhədlər çərçivəsində öz ərazi bütövlüyünü və suverenliyini uğurla bərpa etdi. Amma diplomatik münasibətlər sülh sazişinin əldə olunması üçün lazımi səviyyədə deyil.

Bu sözləri Axar.az-a açıqlamasında fransız ekspert, Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun (IPSE) prezidenti Emmanuel Düpüy deyib.

“Fransa və Avropa üçbucaq məntiqi ilə regionda dəmir yolu, enerji, nəqliyyat və birgə həyata keçiriləcək digər layihələr üzərində işləməlidir. Yəni proses “Qoll yolu metodu” (Şarl De Qollun adı ilə bağlıdır, xarici siyasətdə həm realizmi, həm də fransız müstəsnalığını əsas götürür – red.) çərçivəsində nəzərdən keçirməlidir. Sadaladıqlarımız Avropanın enerji asılılığını azaltmaq üçün konstruktiv imkanlardır”, - o bildirib.

Düpüy hazırda baş verən geosiyasi proseslərin də mümkün nəticələrinin nəzərə alınmasını vacib hesab edib:

“Biz indi müəyyən geosiyasi nəticələri olacaq proseslərdən keçirik. Bunlara Ukraynadakı müharibəni, sülhlə bağlı planların uğursuzluğunu, eyni zamanda regionun bir sıra ölkələrində qarşıdan gələn seçkiləri misal çəkmək mümkündür. Azərbaycan dövlətinin Naxçıvana yolunun açılması ilə bağlı eksterritoriallıq hüququnun (hökumətin öz hakimiyyətini sərhədlərindən kənarda həyata keçirmək imkanı – red) müzakirəsi Ermənistanda ərazi bütövlüyü ilə bağlı məsələdə təşviş yaradır. Viktor Orbanın potensial Avropa Birliyi Şurasına sədrliyi isə şübhəsiz ki, Azərbaycan və Türkiyənin xeyrinə olacaq hərəkətləri təşviq edəcək.

Son olaraq, “Üç Dəniz Təşəbbüsü” (Baltik, Adriatik, Qara dəniz Təşəbbüsü və ya sadəcə olaraq “Üç Dəniz Təşəbbüsü” kimi tanınan və Baltik dənizindən Adriatik və Şimal-Cənub oxu boyunca uzanan 13 AB dövlətinin qurduğu forumdur –red.) ilə bağlı davam edən strateji qarışıqlıq və ya bloklara qoşulmama konsepsiyasının legitimliyinin yenidən gündəmə gəlməsi, “Qlobal Cənub”un daha çox nəzərə çarpmağa başlaması Bakı ilə münasibətlərin dəyişməsinə gətirib çıxaracaq. Avropa sözügedən proseslər fonunda Bakı ilə münasibətləri dəyişdirəcək və Cənubi Qafqazda qüvvələr nisbətini tarazlaşdırmaq məqsədilə Türkiyə, Tehran və Pekinlə əlaqələrdə vasitəçi kimi Azərbaycana müraciət edəcək. Amma ABŞ isə öz növbəsində birbaşa Rusiya və regional tərəfdaşlarla danışıqlar yolu ilə AB-ni prosesdən uzaqlaşdırmaq istəyir”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...