Anons

Bu gün, 18:49- Əliyevin bu çıxışı siyasi böyüklüyünü göstərir - Karakılıç

Bu gün, 18:17- Netanyahunun Ofisi Azərbaycan Prezidentinə - təşəkkür etdi

Bu gün, 18:00- Naxçıvanda qablaşdırılmış "Badamlı" və "Sirab" sularının qiyməti təxminən iki dəfə bahalaşıb

Bu gün, 16:43- Təhsil məsələləri üzrə ekspert vətəndaşı aldadıb?- 50 min manat aldığı iddia olunur

Bu gün, 15:28- “Melissa Group”un həbsdəki şefindən İSMARIC VAR... - İLGİNC İDDİALAR

Bu gün, 15:14- “Bizim heç kimin bilmədiyi silahlarımız var”

Bu gün, 14:47- Azərbaycanın məşhur elektronika şirkətlərinin külli miqdarda borcu var (SİYAHI)

Bu gün, 14:18- Prezident və xanımı Türkiyədədir

Bu gün, 13:29- Yardımlıda ŞOK OLAY: Başçının müavini bu işin harasındadır? - İTTİHAM VAR...

Bu gün, 12:54- Vəkilin qanunsuz tələb etdiyi iddia edilən 800 AZN: Ailə Vəkillər Kollegiyasının qərarından narazıdır- FOTOLAR

Bu gün, 11:35- Sertifikat köhnə, mebellər zay - Deputatın adına olan şirkət haqda ŞOK FAKTLAR

Bu gün, 10:56- Abşeronda Şollar su kəməri ətrafında qanunsuzluq-Video

Bu gün, 10:28- “DGK ölkəni Kubaya, Şimali Koreyaya çevirib” -

Bu gün, 09:25- Mövqelərimiz yenə atəşə tutuldu

Dünən, 18:49- AQTA sədrinə məxsus olduğu deyilən şirkət 2 ildə 3 milyonluq tender qazanıb

Dünən, 18:12- "Hüquq360" mobil tətbiqi istifadəçılərə təqdim olunub

Dünən, 17:54- Vəliyevin Rusiyadakı şirkətlərindən biri qazanc, digəri zərər edib - FOTO

Dünən, 17:09- NƏ BAŞ VERİR: Nazir Məcnun Məmmədov sürətlə `əriyir` - FOTOFAKT

Dünən, 15:58-  “RR-Construction” kal armud olub keçib vətəndaşın boğazına... – AXI NİYƏ?

Dünən, 15:29- Mirzoyan Türkiyəyə səfər edəcək

Haqqımızda Əlaqə

Pedaqoq, tərcüməçi Aydan Həsənova: "Şagirdlərə yaxşı təhsil vermək və onları xoşbəxt etmək əsas is prinsipimdir"

Tarix:8-01-2025, 00:59

Pedaqoq, tərcüməçi Aydan Həsənova: "Şagirdlərə yaxşı təhsil vermək və onları xoşbəxt etmək əsas is prinsipimdir" - Aydan xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən əslində sinxron (rus-ingilis) tərcüməçiyəm. İkinci təhsilim ibtidai sinif müəllimliyidir (rus bölməsi üzrə). Bu sahəyə gəlməyimin əsas səbəbkarı anam olub. Bu işə başlayanda üç şagirdlə başlamışam. İndi isə öz evimdə kurs açmışam. Bunu hər kəs bilir ki, mən heç vaxt maddiyyata önəm verməmişəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- 2009-cu ildə universitetə qəbul olmuşam. Birinci sinifdən on birinci sinifə qədər Moskva şəhərində oxumuşam. Təxminən on iki ildir ki, bu sahədə fəaliyyət göstərirəm. Özümə məxsus olan kursun rəhbəriyəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən bir çox təhsil müəssisələrində çalışmısam, onların təhsil sistemi ilə yaxından tanış olmuşam. Mən keçdiyim hər mövzuya uyğun olaraq istəyirəm ki, şagirdlərimə onu canlı şəkildə izah edim, praktik olaraq göstərim. Qeyd edim ki, mənim öz şəxsi səhifəm var. Orada uşaqların fəaliyyətini, bilik və bacarıqlarını paylaşıram.
- İş prinsipiniz nədən ibarətdir?
- Əsas iş prinsipim uşaqlara yaxşı təhsil vermək və onları xoşbəxt etməkdir.
- Xarakter olaraq nəcə birisiniz?
- Dərs zamanı çox sakit, ciddi və ən əsası, uşaqlara özümü sevdirməyi bacaran biriyəm.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm.
- Oxuculara nə məsləhət görürsünüz?
- Valideynlər çox məsuliyyətli olsunlar, övladları ilə maraqlansınlar. Onlardan "sən yorulmusan?", "müəllim səni danladımı?", suallarını soruşmasınlar. Onlara "bu gün nəsə öyrəndin?", "Qalx, dərslərini oxu" və s. cümlələrlə müraciət etsinlər. Bir də ki, bəzi valideynlər adlı-sanlı müəllim axtarırlar. Yaxşı müəllim tapmaq çox çətindir. Maddiyyatı sevən müəllimi yox, öz işini sevən, işinə hörmət edən bir müəllim axtarmaq lazımdır.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, çox hörmətli bir müəllim olaram. Bu işdə mənə dəstək olan anama təşəkkür edirəm.

Əlaqə nömrəsi: (055) 891 57 47

Pedaqoq, tərcüməçi Aydan Həsənova: "Şagirdlərə yaxşı təhsil vermək və onları xoşbəxt etmək əsas is prinsipimdir"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...