Bu gün, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video
Bu gün, 08:49- Azərbaycan polisi 107 yaşında
Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət
Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR
Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
Dünən, 16:38- Rusiya Azərbaycana nota verib
Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?
Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video
Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…
Dünən, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı
Dünən, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?
Dünən, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü
30-06-2025, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
30-06-2025, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
30-06-2025, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
30-06-2025, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
30-06-2025, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
30-06-2025, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
30-06-2025, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı
2 iyun 2025-ci il tarixində Xankəndi şəhərində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov ilə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov arasında Qarabağ Universitetinin 50 tələbəsini əhatə edən illik təqaüd proqramına dair əməkdaşlıq sənədi imzalandı.
Təqaüdlər 2025–2026-cı tədris ilində Qarabağ Universitetinə qəbul olunacaq və tələbə adını qazanmış gənclərə şamil olunacaq. Məqsəd – təhsildə bərabər imkanlar yaradaraq regionun sosial və iqtisadi inkişafına təkan vermək, insan kapitalına sərmayə yönəltməkdir.
Qarabağ Universitetində təhsil alan tələbələrə dəstəklə bağlı Aydın Talıbov bildirib ki, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun şücaəti ilə azad edilmiş torpaqlarda bu gün təhsilin inkişafı ilə bağlı real addımların atılması olduqca qürurvericidir:
“Zəfərin beşinci ilində regionun inkişafında mühüm rol oynayan Qarabağ Universitetinin tələbələri üçün ayrılan təqaüdlər təhsilə yatırılan sərmayənin mühüm əhəmiyyətindən xəbər verir. Qarabağda təhsilə dəstək olmaq bizim üçün yalnız sosial məsuliyyət deyil, həm də tarixi bir öhdəlikdir. İnsan kapitalı olmadan infrastrukturun gələcəyi yoxdur – biz inanırıq ki, gələcəyin Qarabağı bu gənclərin düşüncəsində və zəhmətində formalaşacaq”.
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda yalnız iqtisadi və logistik infrastrukturun deyil, həm də ali təhsilin, innovasiya düşüncəsinin və müasir gəncliyin inkişafına töhfə verməyə davam edir.
Forum çərçivəsində dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə həyata keçirilən bu təşəbbüs Qarabağda dövlət-özəl tərəfdaşlığının yeni mərhələsinə keçidinin göstəricisi kimi dəyərləndirilir. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov və digər rəsmilər iştirak edirlər.