Anons

Bu gün, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Bu gün, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Bu gün, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı

Bu gün, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video

Bu gün, 08:49- Azərbaycan polisi 107 yaşında

Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Dünən, 16:38- Rusiya Azərbaycana nota verib

Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Dünən, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Dünən, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Dünən, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

30-06-2025, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

30-06-2025, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

30-06-2025, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

30-06-2025, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Haqqımızda Əlaqə

“Azyaşlı qızım həkim səhlənkarlığı nəticəsində öldü” - Ziyafət Əsgərovun qardaşı qızına qarşı ŞOK İTTİHAMLAR /FOTO

Tarix:10-12-2024, 17:48

“Azyaşlı qızım həkim səhlənkarlığı nəticəsində öldü” - Ziyafət Əsgərovun qardaşı qızına qarşı ŞOK İTTİHAMLAR /FOTO Bakı şəhər sakini Xəlilov Elçin Hüseynağa oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.
Şikayətçilər saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və digər aidiyyəti qurumların rəhbərlərinə müraciət ünvanlayıb. Onun müraciətini olduğu kimi dərc edirik:
“Yazıb bildirmək istəyirəm ki, iki əkiz qız övladım var. Uşaqları hərarətlə M.Ə adına Uşaq Kliniki Təcili Xəstəxanasına apardıq. Uşaqlar həm də diş çıxarırdı.
Xəstəxanadan bizə bildirdilər ki, uşaqlar xəstəxanada yatmalıdır. 10 gün sonra isə uşağı evə buraxdılar.
Axşam gördüm ki, uşağın vəziyyəti yenə pisdir. Səhəri yenə uşağı həmin xəstəxanaya apardıq. 2023-cü ilin 13 mart tarixində, təxminən saat 14:00 radələrində Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Ziyafət Əsgərovun qardaşı qızı, həkim Əsgərli Pərvanə və Əsgərli Pərvanənin əmisi Hüseyn Əsgərovun həyat yoldaşı, qeyd olunan klinikanın 3-cü korpusunun şöbə müdiri Güllü Əsgərova tərəfindən azyaşlı Məryəm balamıza səhv diaqnoz qoyularaq və yalnış müalicələr aparılması səbəbindən vəfat etmişdir. Daha dəqiq desək, mərhum balamız həkim Pərvanə Əsgərli və onun əmisinin həyat yoldaşı Güllü Əsgərova tərəfindən öldürülmüşdür.
Mən hər gün uşaqlarıma baş çəkmək üçün xəstəxanaya gedirdim. Nə antibiotik vururdularsa, uşağımın halı olmurdu. Müalicəni səhv edirdilər. Həkim səhlənkarlığından uşağım öldü.
O biri uşağımı da ordan götürüb, “Qarayev Xəstəxanası”na apardım. Orada qızımı sağaltdılar.
Qeyd edim ki, bununla bağlı Baş prokuro Kamran Əliyevə, İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyevaya və digər qurumlara şikayətlər etsək və mərhum balamız Məryəmin həkim Pərvanə Əsgərli və onun əmisinin həyat yoldaşı Güllü Əsgərova tərəfindən öldürülməsi haqda hər bir faktları, sübutları təqdim etsək də, bu vaxta kimi mərhum balamız Məryəm Xəlilovanın ölüm işi bağlı qalmışdır”.(Hurriyyet.az)
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

“Azyaşlı qızım həkim səhlənkarlığı nəticəsində öldü” - Ziyafət Əsgərovun qardaşı qızına qarşı ŞOK İTTİHAMLAR /FOTO
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...