Anons

Bu gün, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video

Bu gün, 08:49- Azərbaycan polisi 107 yaşında

Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Dünən, 16:38- Rusiya Azərbaycana nota verib

Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Dünən, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Dünən, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Dünən, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

30-06-2025, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

30-06-2025, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

30-06-2025, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

30-06-2025, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

30-06-2025, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

30-06-2025, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

30-06-2025, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Haqqımızda Əlaqə

Nazim İbrahimovun həbsdə olan qardaşının külli miqarada borcu var - ABB niyə susur?

Tarix:19-02-2024, 16:28

Nazim İbrahimovun həbsdə olan qardaşının külli miqarada borcu var - ABB niyə susur? Xəbər verdiyimiz kimi, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı iki nəfər həbs olunub. Bunlar "Bakı Ağac Emalı" ASC-yə sahiblik edən Tağı İbrahimov və ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevdir.

Qaynarinfo-nun məlumatına görə, hazırda həbsdə olan Tağı İbrahimovun rəhbərlik etdiyi "Bakı Ağac Emalı" ASC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 195.354,58 manat vergi borcu var.

Onun banklara da kifayət qədər borcu yaranıb. Əldə etdiyimiz məlumata görə, sözügedən zavod Azərbaycan Beynəlxalq Bankının (ABB) girovluğunda olub.

Məsələ ilə bağlı Qaynarinfo ABB-yə soruğu ünvanlasa da bu barədə saytımıza nə yazılı, nə də şifahi cavab verilməyib.

Nazim İbrahimovun həbsdə olan qardaşının külli miqarada borcu var - ABB niyə susur?

Onu da deyək ki, şirkətin qanuni təmsilçisi isə Əkbərov Natiq Məmmədrəhim oğludur.
Nazim İbrahimovun həbsdə olan qardaşının külli miqarada borcu var - ABB niyə susur?

Tağı İbrahimov

Natiq Əkbərovun adı bir neçə il əvvəl də Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin siyahsında olub. Hazırda da onun sözügedən borca görə ölkədən çıxışı məhdudlaşdırıldığı deyilir.

ASC-nin ilk qanuni təmsilçisi isə İbrahimov Həmid Kazım oğlu olub. Həmid İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun yaxın qohumu olub və 2020-ci ildə dünyasını dəyişib. Sözügedən zavod isə Nazim İbrahimov komitə sədri olduğu ildən bir il sonra, yəni 2009-cu ildə Həmid İbrahimovun adına keçirilib.

Qeyd edək ki, sözügedən ASC illər əvvəl "İBRA Holdinq"in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib. Sexin təsisçisi Tağı İbrahimov və onun qardaşı, "Avesta" şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...