Dünən, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
Dünən, 19:05- Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
Dünən, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ
Dünən, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir
Dünən, 08:01- Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır
26-06-2025, 11:33- “VİZA DƏSTƏYİ” MMC adlı şirkət onlarla vətəndaşı işə düzəltmək adı ilə aldadıb – İDDİA
26-06-2025, 10:27- Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
26-06-2025, 10:00- Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26-06-2025, 09:24- Sabirabadda ağır yol qəzasında üç nəfər ölüb
26-06-2025, 07:53- Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür
25-06-2025, 18:24- Səfərə çıxacaq sürücülərin nəzərinə!
25-06-2025, 17:49- Bakıda “De Fakto” geyim mağazası müştəriləri belə aldadır
25-06-2025, 15:29- “Kontakt Home”da ciddi qanunsuzluq - Dövlət qurumu iş QALDIRIR
25-06-2025, 14:22- Bakı Şadlıq Sarayında qayda pozuntusu
25-06-2025, 14:01- Polisdən növbəti xəbərdarlıq
25-06-2025, 11:33- Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib - SİYAHI
25-06-2025, 11:14- “Gəncə Şərab-2 ASC” vergi borcu yaranıb
25-06-2025, 10:48- Gəncədə “Karvansaray-Turay” Mebelin vergi borcu yaranıb
25-06-2025, 10:06- 307 №-li uşaq bağçası rüşvət mənbəyidir – ŞİKAYƏT
25-06-2025, 09:44- Namiq Məmmədovu hansı məmur himayə edir? Yenidən qanunsuz tikinit işləri aparır? -Foto-Video
Bakı şəhərində 300-ə yaxın sakin mənzilinə köçə bilmir.
Dia-az.info xəbər verir ki, bu barədə Yasamal rayonu, A.Şərifzadə, 33 ünvanında "İnşaat Konstruksiyaları” MMC-dən mənzil alıb, amma köçə bilməyən sakinlər bildiriblər.
Sakinlərdən biri Fərhad Nəcəfovun sözlərinə görə, tikintisi 2016-cı ildə başlanan bina təhvil verilmir:
"Tikilinin yerində əvvəllər 93 sakinin yaşadığı beşmərtəbəli bina olub. 2016-cı ildə pilot layihə adı altında bina söküldü və yenisi tikilməyə başladı. Təsəvvür edin ki, səkkiz il keçib, amma bina hələ də yarımçıqdır. MMC rəhbərliyi tərəfindən müxtəlif bəhanələr gətirilərək, tikintisi yarımçıq qalmış bina təhvil verilmir”
Sakinlər binanın təhvil verilməsini istəyirlər:
"Həmin binaya nə vaxt baş çəksək, dörd-beş fəhlə işləyir. Bir blokda pəncərə qoyulur, üç aydan sonra digər blokda proses həyata keçirilir. Binaların damları tam bağlanmayıb. Dörd binadan ibarət binaya səkkiz lift lazımdır, amma birinin yeri hazırlanıb”.
İddiaçılar deyirlər ki, bina söküləndə onlar üçün 300 manat kirayə pulu təyin edilib:
"Amma pulu vaxtında ala bilmirik. Hətta 13 aydır, kirayə pulu almayan vətəndaş da var. Səkkiz ildə nə ev təhvil verilib, nə də kirayə pulu artıb”.