28-05-2023, 13:49- ŞANLI CÜMHURİYYƏT-105 GÖYÇAYDAN BAŞLAYAN ZƏFƏR
26-05-2023, 19:30- Yaşadılan, yaşayan tarix – 28 may
26-05-2023, 16:00- Kahramanmaraşda növbəti ZƏLZƏLƏ
26-05-2023, 15:36- Qəbələdə ağır qəza olub, 15 nəfər xəsarət alıb
26-05-2023, 15:09- Defektoloq-loqoped Aysel Allahverdiyeva: "Fərdlərin ehtiyaclarını başa düşmək və onlara dəstək olmaq mənim üçün vacibdir"
26-05-2023, 14:43- Ermənistanda hərbi çağırışdan yayınan 45 nəfər məsuliyyətə cəlb edilib
26-05-2023, 14:11- Horadiz-Zəngilan avtomobil yolunun əsaslı təmirinə 31,4 milyon manat ayrıldı - Sərəncam
26-05-2023, 13:28- Azad olunmuş ərazilərdə Azərbaycan istehsalı olan minatəmizləmə maşınlarından istifadə olunacaq
26-05-2023, 13:00- Sabah hava necə olacaq?
26-05-2023, 12:35- Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır - BMT rəsmisi
26-05-2023, 12:07- Azərbaycan Prezidenti Salome Zurabişvilini təbrik edib
26-05-2023, 11:42- Qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb
26-05-2023, 11:19- Bakıda 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilir
26-05-2023, 10:51- AQTA satışda olan düyülərlə bağlı aparılan monitorinqlərin nəticələrini açıqlayıb
26-05-2023, 10:23- İlon Maskın şirkəti çiplərin insanlara implantasiyasını sınaqdan keçirmək üçün icazə alıb
25-05-2023, 17:09- Azərbaycanda daha 9 nəfər koronavirusa yoluxub
25-05-2023, 16:44- Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edir - CANLI
25-05-2023, 16:18- Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib
25-05-2023, 15:52- Cəlilabadda itin dişlədiyi uşaq ölüb
25-05-2023, 15:26- Sosial şəbəkələrdə “Trendyol” adından saxta iş təklifləri göndərilir - Xəbərdarlıq
Akne-tük follikullarının və onunla yanaşı yerləşən piy vəzilərinin iltihabi xəstəliyidir.Akneyə piy vəzilərinin normadan artıq yağ ifraz etməsi, irsi faktorlar, insan orqanizmində hər hansı endokrin pozğunluqlar səbəb olur. Bu yağlanmanın nəticəsində də dəridə akne törədən mikrobların, xüsusilə də Propionibacterium acnes bakteriyalarının kolonizasiya və çoxalmasına səbəb olur ki, bu da öz növbəsində iltihabi reaksiyaların yaranmasına gətirib çıxarır..Xəstəlik ən çox 11-30 yaş arasında təsadüf edilir. Proses ən çox üz, sinə, kürək və başın tüklü hissəsində müşahidə olunur.
Xəstəlik əsasən aşağıdakı gedişatda olur: dərialtı düyüncüklər, qara nöqtələr;irinli səpgilər ; kista və düyünlər (atrofik və kelloid çapıqlar). Sızanağın yaranma mexanizmi 4 faktorun qarşılıqlı əlaqəsi ilə bağlıdır: piy vəzilərinin sekresiyasının həddən artıq yüksəlməsi, follikulyar hiperkeratoz, Propionibacterium acnec-in çoxalması,iltihabı.
Aknenin yaranmasının həmçinin endogen və ekzogen faktorları da vardır.Aknenin inkişafının əsasında piy vəzilərinin fəaliyyətinin pozulması dayanır ki,buda öz növbəsində buynuz tıxacın formalaşması və vəzilərin axarlarının tutulmasına gətirib çıxarır.Tıxacın səthində patogen bakteriyalar aktiv çoxalmağa başlayır,nəticədə ətraf toxumaların qıcıqlanmasına və irinli iltihabına səbəb olur. Onlar qeyri-iltihabi( komedonlar) və ya iltihabi (papulalar,pustulalar) xarakterli ola bilər. Aknenin gedişinin ağırlığı dərəcəsindən asılı olaraq prosesin 4 mərhələsi ayırd edilir. Birinci mərhələ -aknenin yüngül təzahürüdür.İltihabi əlamətləri olmayan, bağlı və ya açıq komedonlar, tək-tək papulalarla xarakterizə olunur. Aknenin bu mərhələsi müalicəyə çətinlik yaratmır. İkinci mərhələ- aknenin mülayim təzahürüdür. Dəri elementləri çox saylı bağlı və açıq komedonlar,iltihab əlamətli sızanaqlarla özünü göstərir.Bu mərhələdə sağalma prosesi uzundur.
Üçüncü mərhələ- aknenin nisbətən ağır təzahürüdür. Burada elementlərin sayı ikinci mərhələdən 2 dəfə artıq olur. Dördüncü mərhələ - aknenin ağır təzahürüdür. Bu mərhələdə çox saylı papula, pustula və düyünlər (atrofik və kelloid çapıq) olur.
Erkən vaxtlarda həkimə müraciət edildikdə xəstəliyin müalicəsində müsbət effekt əldə etmək olur. Akne zamanı uzun müddətli müalicə aparılması tələb olunur. İrsi meyillilik və provakasiyaların təsirindən yeni fəsadlaşmalar baş verə bilər.Sızanaqların, komedonların istənilən özbaşına müalicəsi dəri defektlərinə gətirib çıxara bilər.Üzdəki elementlərin sıxılması müxtəlif fəsadlarla nəticələnə bilir. Xəstəliyin müalicəsində müxtəlif krem, losyonlarla birlikdə antibiotik preparatlardan istifadə olunur. Aknenin müalicəsində kompleks yanaşma daha yaxşı nəticə verir. Akneli xəstələr müəyyən pəhriz qaydalarına mütləq əməl etməlidirlər. Akneli xəstələrin müalicəsində pilinq və lazer proseduralarından geniş istifadə olunur. Aknenin ağırı gedişli formalarının müalicəsində İzotretinoin (Roakkutan) preparatından geniş istifadə olunur. Bu preparat təyin edilərkən xəstələr tam müayinədən keçməlidirlər.
Sızanaqlarla bağlı olan problem tibbin müxtəlif sahələrinin həkim mütəxəssisləri ilə müştərək həll olunmalıdır. Sızanaqlı xəstələr dermatoloqun, qastroenteroloqun, endokrinoloqun, ginekoloqun kompleks müayinəsindən keçməlidirlər. Metodun seçilməsi və müalicəsinin davam etmə müddəti hər bir xəstədə fərdi xüsusiyyətləri nəzərə almaqla aknenin gedişinin ifadəlik və ağırlıq dərəcəsinə əsasən müəyyənləşdirilir.
Vaxtında dermatoloqa müraciət nəinki xəstəliklə mübarizədə, həmdə postaknenin əmələ gəlməsinin qarşısını almağa kömək edəcəkdir.
Artıq 40 ilə yaxındır ki, roakkutan preparatı müalicəyə çətin tabe olunan ağır formalı sızanaqların müalicəsində tətbiq olunur.
Bu preparatın təsir mexanizmi tam olaraq sona qədər öyrənilməmişdir.
Məlumdur ki, bu preparat piy vəzilərinin fəaliyyətini normalaşdırır.
Şübhəsiz ki, roakkutan effektiv preparatdır, reallıqda ağır formalı sızanaqlara güclü təsir qabiliyyətinə malikdir.
Lakin indi gəlin onun insan orqanizminə olan mənfi təsirlərinə nəzər yetirək:
Müxtəlif allergik reaksiyalar istilikgəlmə, həssaslıq, anafilaktik reaksiyalar, limfa vəzlərinin böyüməsi, yuxusuzluq, arıqlama.
Dəri və tüklər; akne fulminans, müalicəyə davamlı olan allopesiyalar, qansızmalar, xeylit, dəri quruluğu, burun qanaxmalaları, eritema, dəri çatları, hirsutizm, hiperpiqmentasiyalar, infeksiyalar, dırnaqların distrofiyası, ovuc və pəncələrin qabıqlanması, fotoallergik reaksiyalar, qaşınma, irinli qranulomalar, Stivens-Jonson sindromu, üzün seboreyası, ekzema, günəş şüalarına həssaslığın artması, tərləmə, toksiki epidermal nekroliz, övrə, vaskulit.
Psixi pozğunluqlar, görmə qabiliyyətində olan pozğunluqlar,
Eşitmə pozğunluqları; tənəffüs pozğunluqları, mədə bağırsaq pozğunluqları, qanda dəyişkənliklər, sümük dayaq sistemində patalogiyalar, endokrin pozğunluqlar,
Qadın sağlığı; menstrual siklin pozulması.
Roakkutanla müalicə zamanı preparatın teratogen təsirindən dolayı hamiləlikdən qorunmaq tələb olunur.
Bu preparatı qəbul edənlər müalicə bitdikdən sonra 1 ay müddətində donor ola bilməzlər.
Sonda qeyd etmək istəyirəm ki, son zamanlar bir çox həkimlər reklam xatirinə ucdan tutma istər yüngül, istərsə də ağır formalı olan bütün akneli xəstələrə bu preparatı geniş tətbiq edirlər və bu zaman onun ola bilsin ki, müalicə zamanı və ola bilsin ki, müalicə bitdikdən uzun müddət sonra baş verə biləcək, yuxarıda sadaladığım mənfi təsirləri heç düşünmürlər.
Sonda bildirmək istəyirəm ki, roakkutan preparatını yalnız aknelərin ağır formasında digər müalicə metodları kömək etmədiyi zaman, xəstəni tam müayinə etdikdən sonra və daim nəzarətdə saxlamaqla istifadə etmək olar.
Mehriban Bünyadzadə