Anons

28-05-2023, 13:49- ŞANLI CÜMHURİYYƏT-105 GÖYÇAYDAN BAŞLAYAN ZƏFƏR

26-05-2023, 19:30- Yaşadılan, yaşayan tarix – 28 may

26-05-2023, 16:00- Kahramanmaraşda növbəti ZƏLZƏLƏ

26-05-2023, 15:36- Qəbələdə ağır qəza olub, 15 nəfər xəsarət alıb

26-05-2023, 15:09- Defektoloq-loqoped Aysel Allahverdiyeva: "Fərdlərin ehtiyaclarını başa düşmək və onlara dəstək olmaq mənim üçün vacibdir"

26-05-2023, 14:43- Ermənistanda hərbi çağırışdan yayınan 45 nəfər məsuliyyətə cəlb edilib

26-05-2023, 14:11- Horadiz-Zəngilan avtomobil yolunun əsaslı təmirinə 31,4 milyon manat ayrıldı - Sərəncam

26-05-2023, 13:28- Azad olunmuş ərazilərdə Azərbaycan istehsalı olan minatəmizləmə maşınlarından istifadə olunacaq

26-05-2023, 13:00- Sabah hava necə olacaq?

26-05-2023, 12:35- Azərbaycan minalarla ən çox çirklənmiş ölkələr arasındadır - BMT rəsmisi

26-05-2023, 12:07- Azərbaycan Prezidenti Salome Zurabişvilini təbrik edib

26-05-2023, 11:42- Qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb

26-05-2023, 11:19- Bakıda 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilir

26-05-2023, 10:51- AQTA satışda olan düyülərlə bağlı aparılan monitorinqlərin nəticələrini açıqlayıb

26-05-2023, 10:23- İlon Maskın şirkəti çiplərin insanlara implantasiyasını sınaqdan keçirmək üçün icazə alıb

25-05-2023, 17:09- Azərbaycanda daha 9 nəfər koronavirusa yoluxub

25-05-2023, 16:44- Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxış edir - CANLI

25-05-2023, 16:18- Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib

25-05-2023, 15:52- Cəlilabadda itin dişlədiyi uşaq ölüb

25-05-2023, 15:26- Sosial şəbəkələrdə “Trendyol” adından saxta iş təklifləri göndərilir - Xəbərdarlıq

Haqqımızda Əlaqə

Təranə Muradova: “Bu gün hər əlini qaldırıb oynayan deyir “rəqqasəyəm” - MÜSAHİBƏ + FOTO

Tarix:30-04-2023, 11:51

Təranə Muradova: “Bu gün hər əlini qaldırıb oynayan deyir “rəqqasəyəm” - MÜSAHİBƏ + FOTO

Rəqs mədəniyyət, gözəllik, zövq deməkdir. Bir xalqın gözəl rəqsləri olması, onun qədim mədəniyyətinin göstəricisidir. Bu qədimliyi gələcəyə aparmaq isə peşəkarların işidir. “Kaspi” qəzetinin həmsöhbəti Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Təranə Muradovadır.

Təranə Muradova: “Bu gün hər əlini qaldırıb oynayan deyir “rəqqasəyəm” - MÜSAHİBƏ + FOTO

“Səhnədən getmək çox ağır idi”

Təranə xanım deyir ki, rəqqasəlik zəngin olmağına baxmayaraq çox çətin, səhnə ömrü çox qısa olan sənətdir: “Mən peşəkar rəqqasəlikdən danışıram. Peşəkar olmaq üçünsə Bakı Xoreoqrafiya Akademiyasının yolunu keçməlisən. Başlayanda bilməlisən ki, bu ciddi və məsuliyyətli sənətdir. “Axırıncı” sözünü sevməsəm də, son dəfə səhnəyə 50 illik yubileyimdə çıxmışam. 40 ildən sonra səhnədən getmək çox ağır idi. Amma bilirdim ki, hər şeyin öz vaxtı var. Çətin olsa da, özümü cəmlədim, səhnədə ağlamadım. Bircə bunu dedim ki, mən bu sənəti yaşatmalıyam! Səhnə bir ayrı ömür, ayrı həyatdır. Onu heç nə əvəz etmir. O ən yaxın dostum, ən yaxın sirdaşımdır”.

Təranə Muradova: “Bu gün hər əlini qaldırıb oynayan deyir “rəqqasəyəm” - MÜSAHİBƏ + FOTO

“Cəmi 300-ə yaxın peşəkar rəqqasə var”

Təranə xanım Akademiyadakı fəaliyyətindən danışdı: “Hazırda çalışdığım sənət ocağı 92 ildən sonra, 2014-cü ildən Prezident İlham Əliyevin sərəncamı ilə Akademiya olub. Bu, mədəniyyətimiz üçün böyük addım idi. Burada tək tədrislə yox, elmi işlərlə də məşğuluq. Bir çox milli rəqslərimizi düşmənlərimiz mənimsəməyə cəhd göstərir. Bu, həm də bizim təqsirimizdir. Vaxtında onları nota alıb kitaba salmamışıq. Akademiya olaraq bu cür ciddi işlər aparırıq. Tədris proqramına bütün milli rəqslərimizi daxil etmişik. Müəyyən çətinliklərimiz var, onları da aradan qaldırmağa çalışırıq. Bu gün Akademiyada peşəkar müəllim, ustad, baletmeysterlər çox azdır. Ümumiyyətlə, araşdırmışıq, ölkədə cəmi 300-ə yaxın peşəkar rəqqasə var”.

Təranə Muradova: “Bu gün hər əlini qaldırıb oynayan deyir “rəqqasəyəm” - MÜSAHİBƏ + FOTO

“Bu gün hər əlini qaldırıb oynayan deyir “rəqqasəyəm”. Xeyr, peşəkar rəqqasə olmaq üçün onun tədrisini keçmək lazımdır”, - deyir Xalq artistimiz: “Bu yolu keçməyən özünə peşəkar deyə bilməz. Uşaqlıqdan özfəaliyyət dərnəyində oynayanlar da deyir qəşəng oynayıram, peşəkaram. Qəşəng oynamaq da peşəkarlıq deyil. Çalışıram ki, özfəaliyyət dərnəklərində peşəkarlar dərs desin. Uşaqlar orada da peşəkar rəqqasədən dərs alsınlar”.

Təranə Muradova: “Bu gün hər əlini qaldırıb oynayan deyir “rəqqasəyəm” - MÜSAHİBƏ + FOTO

“Xalqın zövqünü korlamaq olmaz”

Xalq artisti bu sahədəki digər problemi də dilə gətirdi: “Əksər restoranlarda “rəqqasələr” rəqsləri də, geyimləri də bərbad günə qoyur. “Naz eləmə” rəqsinə Əlibaba Abdullayev quruluş verib. Onu toyda “aşgətirmə” mərasimində necə gəldi oynayırlar. Həmçinin “Nəlbəki”, “İnnabı”, “Turacı” və s. rəqsləri misal çəkmək olar. O vaxt Əlibaba müəllim regionları gəzib bu rəqsləri toplayıb, quruluş verib. Dəfələrlə müraciət etmişəm, demişəm ki, olmaz bu rəqsləri bu cür korlamaq. Bu bizim tariximizdir. Xalqın zövqünü korlamaq olmaz”.

Təranə Muradova: “Bu gün hər əlini qaldırıb oynayan deyir “rəqqasəyəm” - MÜSAHİBƏ + FOTO

“Hər dəfə pul fikirləşən adam yaradıcı ola bilməz”

“Xoreoqrafiya bizdə indi bir qədər zəifdir”, deyir Təranə xanım: “Çalışırıq bu boşluqları aradan qaldıraq. İnsanlar bu gün mədəniyyətə, rəqsə kommersiya kimi baxırlar. Hər dəfə pul fikirləşən adam yaradıcı ola bilməz. Rəqs incə sənətdir. Hazırda Akademiyaya axın azdır. Bunun da müxtəlif səbəbləri var. Rəqqasələr əsasən 40 yaşında sənətlə vidalaşmalı olur. Bundan sonra təqaüd yaşına qədər boşluq qalır. Axı hamı müəllim, Xalq və ya Əməkdar artist ola bilməz. Bəs təqaüd alana qədər nəylə dolansın, nə işlə məşğul olsunlar? Valideynlər bunu düşünüb, qoymurlar uşaqları bu sənətə. Bundan başqa, bizim dövrümüzdə solo konsertlərlə bütün dünyanı gəzirdik. Mənim çıxış etmədiyim səhnə yoxdur. Amma indi elə deyil. Solo konsertlər təşkil olunmur. Axı peşəkar rəqqaslar mütləq səhnədə olmalı, daimi çıxışlar etməlidirlər. Tədbirlər çoxdur, orada çıxışlar var. Rəqqas səhnəni, tamaşaçını daim hiss etməlidir”.

Təranə Muradova: “Bu gün hər əlini qaldırıb oynayan deyir “rəqqasəyəm” - MÜSAHİBƏ + FOTO

Gözlənilməz “Xalq artisti” adının sevinci

Təranə xanım birbaşa Xalq artisti adı alan sənətkardır: “Uşaqlıqdan Maya Plisetskayanı sevmişəm, sənətə sevgim də ondan başlayıb. 1998-ci ilin mayında Maya xanım Bakıya gəlmişdi. Onu aeroportda qarşıladıq, axşam isə indiki Heydər Əliyev sarayında tədbir idi. Orada mənə dedilər ki, sən Xalq artisti adına layiq görülmüsən. İnanmadım, dedim, Əməkdar artistdir yəqin ki. Axşam konsertdən sonra evə gəldim. Mətbəxdə yemək hazırlayırdım. Gecə 12 xəbərləri efirə gedirdi. Siyahı oxunmağa başlayanda bir əlimdə qab, bir əlimdə qaşıq mətbəxdən otağa qaçdım. Adımı eşidəndə birinci Allahıma şükür elədim. Sonra da sevincimdən qışqırmağa başladım. Mən çox xoşbəxt sənətkaram. Allah Heydər Əliyevə rəhmət eləsin. O mənə böyük dəyər verdi. Başqa ölkələrdən qonaq gələndə məni dəvət edir, həmin ölkələrin xalq rəqslərini ifa edirdim. Heydər Əliyev deyirdi ki, Təranə Muradova Azərbaycanın Maya Plisetskayasıdır. Bu mənim üçün böyük bir fəxr idi. Kamera orkestri ilə milli orkestrin bir yerdə “Uzundərə” ifasını dinləyəndə Polad Bülbüloğluna dedi ki, buna rəqs də lazımdır, Təranəyə deyin, düzəltsin. Bir günə o rəqsi qurdum. O biri gün “Gülüstan” sarayında rəqsi ifa etdim. Çox bəyənmişdi. Bu rəqslə bütün dünyanı gəzdim”.

Təranə Muradova: “Bu gün hər əlini qaldırıb oynayan deyir “rəqqasəyəm” - MÜSAHİBƏ + FOTO

“Həmişə düzünü demişəm”

Həm də hüquqşünas olan rəqqasəmiz çox çalışqan, emosional, düzgünlüyü sevən adam olduğunu deyir: “Hüquqşünaslıq anam və həyat yoldaşımın arzusu idi. Yoldaşım deyirdi ki, rəqsdən getsən işləməyə, məşğul olmağa bir işin olsun. Bundan ötrü çox çalışırdı. Mən bu arzunu həyata keçirdim. Özüm də düzgünlüyü, haqqı sevmişəm deyə, bu ixtisasa yiyələndim”.

Təranə Muradova: “Bu gün hər əlini qaldırıb oynayan deyir “rəqqasəyəm” - MÜSAHİBƏ + FOTO

“Gələcəyimiz üçün qorxuram”

“Bəzən baxıram ki, dünyasını dəyişmiş bir sənətkarın arxasınca çox pis şeylər yazırlar, şəxsi həyatında qaranlıq məqamlar axtarırlar. Bu məni çox narahat edir. Bundan başqa, yeni nəsil gəlib - əlbəttə hamını demirəm - bəstəkarları, şairləri, rəssamları tanımır. Himnimizin müəlliflərini tanımır. Tarixini bilməyən xalqın gələcəyi də olmaz. Mən gələcəyimiz üçün qorxuram. Mədəniyyətimizi möhkəm tutmalıyıq ki, siyasətimizlə qoşa addımlasın”.

Təranə Muradova: “Bu gün hər əlini qaldırıb oynayan deyir “rəqqasəyəm” - MÜSAHİBƏ + FOTO
Təranə Muradova: “Bu gün hər əlini qaldırıb oynayan deyir “rəqqasəyəm” - MÜSAHİBƏ + FOTO
Təranə Muradova: “Bu gün hər əlini qaldırıb oynayan deyir “rəqqasəyəm” - MÜSAHİBƏ + FOTO
Təranə Muradova: “Bu gün hər əlini qaldırıb oynayan deyir “rəqqasəyəm” - MÜSAHİBƏ + FOTO
Təranə Muradova: “Bu gün hər əlini qaldırıb oynayan deyir “rəqqasəyəm” - MÜSAHİBƏ + FOTO
Təranə Muradova: “Bu gün hər əlini qaldırıb oynayan deyir “rəqqasəyəm” - MÜSAHİBƏ + FOTO
Təranə Muradova: “Bu gün hər əlini qaldırıb oynayan deyir “rəqqasəyəm” - MÜSAHİBƏ + FOTOскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...