Anons

Bu gün, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video

Bu gün, 08:49- Azərbaycan polisi 107 yaşında

Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Dünən, 16:38- Rusiya Azərbaycana nota verib

Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Dünən, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Dünən, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Dünən, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

30-06-2025, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

30-06-2025, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

30-06-2025, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

30-06-2025, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

30-06-2025, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

30-06-2025, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

30-06-2025, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Haqqımızda Əlaqə

İrandan Azərbaycana idxal edilən bibər məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Tarix:23-05-2023, 17:00

İrandan Azərbaycana idxal edilən bibər məhsullarında uyğunsuzluqlar aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən İran İslam Respublikasından idxal olunan bibər məhsullarından nümunələr götürülərək qida təhlükəsizliyi göstəriciləri üzrə müayinələrə cəlb edilməsi məqsədilə Agentliyin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

AQTA-dan verilən məlumata görə, aparılan ekspertizanın nəticələrinə əsasən, İran İslam Respublikasından ixracatçı şirkətlər “Bazargani Amanj Sahragard”a məxsus “Green Fruit-22” MMC tərəfindən idxal olunan 12428 kq bibər məhsulunda “Carbendazim”in, “Azin Pishro Azarin”a məxsus “Dry Fruits” MMC tərəfindən idxal edilən 6650 kq bibər məhsulunda “Etoxazole”un, “Rahim Moradian”a məxsus Hüseynov Şahverən Hüseynqulu tərəfindən idxal olunan 8250 kq bibər məhsulunda “Etoxazole”un, “Vahid Rezael Pour”a məxsus “Dry Fruits” MMC tərəfindən gətirilən 13165 kq bibər məhsulunda “Carbendazim”in, “Rasool Soleymanpour”a məxsus “Şaiqoğlu” MMC tərəfindən idxal olunan 6000 kq bibər məhsulunda isə “Acetamiprid”in maksimum qalıq miqdarı üzrə ümumilikdə, 46493 kq (netto) məhsulda uyğunsuzluq (pestisid qalığı) aşkarlanıb.

Bununla əlaqədar, Agentlik tərəfindən İran İslam Respublikasının Kənd Təsərrüfatı Nazirliyi – Cahad bitki mühafizə təşkilatına uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi istənilib. Buna baxmayaraq, təəssüflə qeyd edirik ki, uyğunsuzluqların aşkarlanması halları davam etməkdədir.

Aşkarlanan hallarla bağlı 2023-cü il 17 may tarixindən (həmin tarixə qədər sertifikatlaşdırılmış məhsullar istisna olmaqla) İran İslam Respublikasında fəaliyyət göstərən “Bazargani Amanj Sahragard”, “Azin Pishro Azarin”, “Rahim Moradian”, “Vahid Rezael Pour” və “Rasool Soleymanpour” ixracatçı şirkətlərin, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən “Green Fruit-22” MMC, “Dry Fruits” MMC, Hüseynov Şahverən Hüseynqulu və “Şaiqoğlu” MMC-nin İran İslam Respublikasından Azərbaycan Respublikasına bibər məhsulunun idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Azərbaycan Respublikası ərazisinə idxal olunan qida məhsullarında aşkarlanan uyğunsuzluqlarla bağlı görülən tədbirlər haqqında Dövlət Gömrük Komitəsinə müvafiq məktub ünvanlanıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...