Bu gün, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı
Bu gün, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video
Bu gün, 08:49- Azərbaycan polisi 107 yaşında
Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət
Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR
Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
Dünən, 16:38- Rusiya Azərbaycana nota verib
Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?
Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video
Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…
Dünən, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı
Dünən, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?
Dünən, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü
30-06-2025, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
30-06-2025, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
30-06-2025, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
30-06-2025, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
30-06-2025, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
30-06-2025, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
Mərakeşdə boks üzrə Qızıl kəmər seriyası çərçivəsində ilin ilk turnirində yarımfinal mərhələsi başa çatıb.
Azərbaycan millisinin 3 üzvü qələbə qazanaraq finala vəsiqə qazanıb.
57 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov Jan Kaysedonun (Ekvador) ardınca italiyalı Françesko İozia ilə döyüşüb. Yarımfinal görüşü həmyerlimizin qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Rüstəmov çempionluq uğrunda Eduard Savvinlə (Rusiya) qarşılaşacaq.
Nəbi İsgəndərov (67 kq) ardıcıl üçüncü görüşündə də inamlı qələbə qazanıb. Avropa çempionatının mükafatçısı Atomani Barouf (Komor adaları) və Selbi Dlamini Tabisonun (Esvatini) ardınca Abdulhakim Akramı (Seyşel adaları) da rinqdən məyus yola salıb. Gəncə boks məktəbinin yetirməsi bu dəfə ikinci raundda tam üstünlüklə qalib gəlib. İsgəndərov finalda Tarxan İdiqovla (Rusiya) üz-üzə gələcək.
Alfonso Dominqes (86 kq) də qızıl medal uğrunda döyüşə vəsiqə qazanıb. Dünya çempionumuz yarımfinalda Endi Lesmesdən (İspaniya) üstün olub. O, rəqibini 4:1 (29:28, 29:28, 27:30, 29:27, 29:28) hesabı ilə məğlub edib. Dominqes qızıl medal uğrunda Şarabutdin Atayevlə (Rusiya) döyüşəcək.
Yığmamızın digər boksçuları Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) isə turniri bürünc medalla başa vurub. Onlar müvafiq olaraq, Martin Molina (İspaniya) və Stiv Kulenqulukla (Konqo Demokratik Respublikası) qarşılaşıblar və rəqib finala yüksəlib.
Qeyd edək ki, 34 ölkədən 201 boksçunun (119 kişi, 82 qadın) qatıldığı yarışda final döyüşləri fevralın 10-da olacaq.