Bu gün, 12:07- Süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi tərtib edilib
Bu gün, 11:45- İçərişəhərdə “Gənclər yarmarkası” keçiriləcək
Bu gün, 10:51- Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu artır
Bu gün, 10:23- Təəssüf və təsəlli - Bayram Məmmədov yazır
Dünən, 17:19- Yoluxma azalsa da, 4 nəfər öldü
Dünən, 16:50- Azərbaycan Qızıl kəmər seriyasında 10 boksçu ilə təmsil olunacaq
Dünən, 16:00- DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirib, 7 nəfər saxlanılıb
Dünən, 15:32- ÜST Azərbaycana peyvənd məntəqələrində istifadə olunan soyuducular üçün 2100 cihaz verib
Dünən, 15:05- Azərbaycanlı mütəxəssis dünyanın ən güclü 10 yaddaşından biri seçilib
Dünən, 14:43- "Avroviziya 2023"ün loqo və şüarı açıqlanıb
Dünən, 13:52- Həkim şəbəkəçi Rəbiyyə Nemətova: "İnsanlara sağlam həyat bəxş etmək əsas iş prinsipimizdir"
Dünən, 13:27- Elm və təhsil nazirinə yeni müavin təyin edildi
Dünən, 13:00- Sabahın hava proqnozu açıqlanıb
Dünən, 12:34- Gənclər Günü münasibətilə muzeylərdə “açıq qapı” olacaq
Dünən, 12:06- Bu gün Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı işi üzrə dinləmələr keçirəcək
Dünən, 11:45- Xəstə şagirdlər məktəbə getməsin - Nazirlikdən virusla bağlı ÇAĞIRIŞ
Dünən, 11:19- XİN İrana səyahət edəcək Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib
Dünən, 10:51- Ötən il 215 uşaq övladlığa götürülüb
Dünən, 10:23- Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
30-01-2023, 16:06- Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti festival - “Gəncliyin səsi”
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında 4-cü turun görüşləri keçirilib.
Hesabat turunda mərkəzi görüş Vasif Durarbəyli ilə turnirin reytinq favoriti Nicat Abasov arasında olub. Çempionatın lideri olan V.Durarbəyli ardıcıl dördüncü qələbəni qazanmaqla birinci pilləni qoruyub. Şiroğlan Talıbov ağ fiqurlarla Xəzər Babazadəni, Vüqar Əsədli qaralarla Ülvi Sadıqovu, Məhəmməd Muradlı Fariz Əhmədovu üstələyib. Əhməd Əhmədzadə qara fiqurlarla İsmayıl Şahəliyevə uduzub. İsmayıl Qurbanov isə Murad İbrahimliyə təslim olmaqla turu xalsız başa vurub.
4-cü tur çempionatın debütantı Xaqan Əhmədin ilk heç-heçəsi ilə əlamətdar olub. Ardıcıl üç məğlubiyyətdən sonra 12 yaşlı şahmatçı Şahin Vəliyevlə xalı yarı bölüb.
Digər oyunlara gəlincə - Eltac Səfərli-Aydın Süleymanlı, Abdulla Qədimbəyli-Vüqar Manafov, Fərid Mustafayev-Elvin Bayramov arasında oynanılan partiyalar heç-heçə ilə yekunlaşıb.
Dörd turdan sonra Vasif Durarbəyli maksimum xalla birinci pillədə qərarlaşıb. İkinci pillədəki Şiroğlan Talıbov liderdən 1 xal geri qalır. 3-7-ci yerləri bölüşdürən Aydın Süleymanlı, Vüqar Əsədli, Eltac Səfərli, İsmayıl Şahəliyev, Məhəmməd Muradlının aktivində 2,5 xal var. Nicat Abasov, Ülvi Sadıqov, Vüqar Manafov, Elvin Bayramov, Xəzər Babazadə, Abdulla Qədimbəyli və Murad İbrahimli 2 xal toplayıb. Növbəti pillələrdə hərəyə 1,5 xalı olan Əhməd Əhmədzadə, Fariz Əhmədov, Fərid Mustafayev qərarlaşıb. Şahin Vəliyevin cəmi 1 xalı var. Turnirin son pillələrində İsmayıl Qurbanovla Xaqan Əhməd yer alıb (hərəyə 0,5 xal).
Xatırladaq ki, 9 turdan sonra ilk dörd yeri tutacaq şahmatçılar final mərhələsində mübarizəni davam etdirəcək. Ölkə çempionu yarımfinal və final görüşündən sonra məlum olacaq.