Bu gün, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video
Bu gün, 08:49- Azərbaycan polisi 107 yaşında
Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət
Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR
Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
Dünən, 16:38- Rusiya Azərbaycana nota verib
Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?
Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video
Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…
Dünən, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı
Dünən, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?
Dünən, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü
30-06-2025, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
30-06-2025, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
30-06-2025, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
30-06-2025, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
30-06-2025, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
30-06-2025, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
30-06-2025, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə helikopter vasitəsilə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının meşə zolağına aldadıcı yemlər səpiləcək.
“APA-Economics” Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, ümumilikdə helikopter vasitəsilə meşələrə marşrut üzrə 600 kilometr məsafədə 18 min aldadıcı yemin səpilməsi nəzərdə tutulur. Mövcud normaya əsasən, meşə zolağında hər 1 km² əraziyə 20-25 doza aldadıcı yemin səpilməsi nəzərdə tutulur. Bundan başqa AXA-nın əməkdaşları qeyd olunan ərazilərdə yerləşən şəhər, qəsəbə və kəndlər ətrafında müəyyən olunmuş yerlərə əllə 62 min doza aldadıcı yemin səpilməsini təmin edəcəklər.
Ərazilərə atılmış, içərisində vaksin olan qidanı qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı bir il müddətinə immunitet yaranacaq. Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluq xəstəliyinə qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir.
Aldadıcı yemlər vasitəsilə oral üsulla quduzluğa qarşı peyvəndləmə üsulu ölkəmizdə davamlı tətbiq olunur. 2021-ci ilin may ayında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən azad olunmuş ərazilərdə analoji üsulla vəhşi heyvanlar arasında peyvəndləmə işi həyata keçirilib.