Anons

Bu gün, 01:39- "Professional Partners MMC"min rəhbəri Könül Əli Əkbər: "Əsas məqsədimiz cəmiyyətə savadlı və təcrübəli mütəxəssisləri təqdim etməkdir"

Dünən, 19:16- Bakının yolları nədən BU GÜNDƏDİR? - Cavabını Əvəz müəllim yaxşı bilir...

Dünən, 18:54- Müğənni Ziba Osmanlı qəza törətdi - 16 yaşlı qız yaralandı

Dünən, 16:42- "Qusarda qusarlılardan başqa hamıya şərait yaradırlar" - NARAZILIQ VAR...

Dünən, 15:41- “Kredaqro”da ixtisarlar: 17 nəfər işdən çıxarıldı - DETALLAR

Dünən, 13:55- "Ali Attestasiya Komissiyasının işinə əlaqədar dövlət qurumlarının qanuni müdaxiləsi zəruridir" - ÇAĞIRIŞ

Dünən, 13:21- Taksilər kəskin bahalaşacaq - İDDİA

Dünən, 12:57- “Bakı Metropoliteni” 2,7 manatdan 45 min litr süd alır – Marketlərdə 2,4 manata satılır

Dünən, 12:34- “Maşınqayırma” kollecini bitirib, Bakı Sağlamlıq Mərkəzində cərrahlıq edir... - İTTİHAM VAR...

Dünən, 11:23- Ağdamda meydan sulayan məmur KİMDİR? - Prezidentə müraciət olundu

Dünən, 10:53- Beyrək Fərəcovun PULYIĞMA MEXANİZMİ - İTTİHAM VAR...

Dünən, 10:18- Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər FOTOLAR

Dünən, 10:00- Yasamalda nə qanun var... nə də qayda - İTTİHAM

Dünən, 09:35- Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

Dünən, 09:11- Dövlət Su Ehtiyatları Agentliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR...

Dünən, 00:17- Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

9-05-2024, 13:38- Şəmkir sakini əlillik dərəcəsi ala bilmir - GİLEY

9-05-2024, 12:59- Xəstələri şikəst edən `Lor Hospital`… - NARAZILIQ VAR...

9-05-2024, 12:39- “Pilgrim Education” adlı TƏHSİL TƏLƏSİ... - İTTİHAM VAR...

9-05-2024, 11:36- Sosial şəbəkələr vasitəsilə yüz minlərlə manat ölkədən belə çıxarılır - ARAŞDIRMA

Haqqımızda Əlaqə

Bakıda ilk bio-smart dayanacaq quraşdırılıb

Tarix:2-03-2021, 14:00

Bakıda ilk bio-smart dayanacaq quraşdırılıb Dövlət başçısının tapşırığına əsasən Bakı şəhərində vətəndaşlar üçün yüksək səviyyəli nəqliyyat şəraitinin yaradılması istiqamətində tədbirlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etmək məqsədilə ictimai nəqliyyat infrastrukturu, o cümlədən də avtobus dayanacaqlarının yenidən qurulması daim diqqətdə saxlanılır.

Son beş ildə paytaxtın inzibati ərazisində 432 ədədi pavilyon, 409-u məntəqə tipli olmaqla ümumilikdə 841 dayanacaq quraşdırılıb. 1191 dayanacaq təmir edilərək sərnişinlərin istifadəsinə verilib. Nəticədə dayanacaqların 42%-i yenilənib, şəhər üzrə ümumi dayanacaq tələbatının 90.1%-i təmin edilib. İctimai nəqliyyat infrastrukturunun yenilənməsi zamanı informsiya texnologiyalarının imkanlarından da istifadə olunur.

Bu çərçivədə Bakı şəhərində bio-smart avtobus dayanacaq pavilyonlarının quraşdırılmasına başlanılıb. İlk belə dayanacaq pavilyonu Heydər Əliyev Mərkəzinin yaxınlığında quraşdırılıb. Ərazinin memarlıq üslubu ilə həmahəng olan pavilyon Heydər Əliyev prospektində, şəhər mərkəzi istiqamətində yerləşir. Bu dayanacaqdan 1, 2 və 13 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar keçir. Sərnişin axını baxımından əsas cəlbetmə məntəqələrindən hesab olunur.

Tamamilə yerli istehsal olan bio-smart avtobus dayanacaq pavilyonunun bir çox üstünlükləri var. Pavilyon günəş enerjisi ilə çalışır. Burada dezinfeksiya duşu quraşdılıb ki, bunun sayəsində də müəyyən olunan vaxt aralığında avtomat rejimdə dərman məhlulu səpilir. Mobil qurğular üçün enerji portlarının olduğu pavilyonda “BakıKart” ödəmə terminalı da var.

Bio-smart avtobus dayanacaq pavilyonunun quraşdırılması ilə digər bir layihənin də icrasına start verilib. Layihəyə əsasən paytaxt ərazisindəki dayanacaq məntəqələrinin hər birinə individual olaraq adlar veriləcək. Adlar əsasən dayanacaq məntəqəsinin yerləşdiyi məkana, həmin məkanda olan mədəni-tarixi və digər əsas obyektlərə uyğun olaraq müəyyən ediləcək. Bu mənada ilk bio-smart pavilyon “Heydər Əliyev Mərkəzi” dayanacağı adlandırılıb-deyə məlumatda bildirilib.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...