Anons

Dünən, 20:53- İlham Əliyev Ərdoğanla telefonla danışdı

Dünən, 20:37- İranda bu tarixdə prezident seçkiləri keçiriləcək

Dünən, 20:26- Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?

Dünən, 18:43- Sosial mediada yayılan DƏLƏDUZLUQ - NƏ ETMƏLİ?

Dünən, 17:43- "Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...

Dünən, 17:20- «Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

Dünən, 17:07- Qarabağ Universitetinə rektor təyin olundu

Dünən, 16:22- Naziri kimlər aldadıb? - İTTİHAM VAR...

Dünən, 15:44- 8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi - Foto

Dünən, 14:52- Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -MƏŞHUR NEFT MAQNATI YENİDƏN DÜNYA MEDİASININ HƏDƏFİNDƏ

Dünən, 13:14- Rəisi kim idi?

Dünən, 12:47- Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

Dünən, 12:03- Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir

Dünən, 10:39- İlham Əliyev Xameneyiyə başsağlığı verdi

Dünən, 10:16- Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək? - "1 nömrəli sorumlu Muxtar Babayevdir..."

Dünən, 09:45- Arzu Əzizovun Xızıdakı özbaşınalıqlarının həddi-hüdudu yoxdu – MÜRACİƏT

Dünən, 09:27- Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... - İLGİNC FAKTLAR

Dünən, 08:40- İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...

Dünən, 08:08- Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Haqqımızda Əlaqə

Beyrək Fərəcovun PULYIĞMA MEXANİZMİ - İTTİHAM VAR...

Tarix:10-05-2024, 10:53

Beyrək Fərəcovun PULYIĞMA MEXANİZMİ - İTTİHAM VAR... Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Şamaxı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Beyrək Fərəcovun fəaliyyətindən ciddi narazılıq var. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, bu vəzifəni müvəqqəti icra edən direktorun davranışı 53 əməkdaşın narazılığına səbəb olub.Onların bildirdiyinə görə, direktor əvəzi iş prosesində əməkdaşları, xüsusən xanımları nalayiq sözlərlə təhqir edir, qanunlara məhəl qoymur, bu davranışına etiraz edənlərə isə "Bura mənim idarəmdir, burada mənim sözüm qanundur” deyir.Mərkəzin kollektivi direktor əvəzi vəzifəsini icra edən B.Fərəcovun fəaliyyətinin araşdırılması və tədbir görülməsi üçün səhiyyə naziri Teymur Musayevə məktubla müraciət edib.Müraciətdə bildirilir ki, direktor əvəzi əməkdaşlarla qeyri-insani davranır, onları qanunsuzluğa vadar edir, işdən çıxarmaqla hədələyir. Bunun üçün müxtəlif bəhanələrdən istifadə edən B.Fərəcov müxtəlif bəhanələrlə işçilər barədə akt tərtib edir və bu akt əsasında onları işdən çıxaracağı ilə hədələyir. İşlədiyi müddətdə heç bir qanunsuzluğa yol verməyən işçiləri belə incidən direktor əvəzi idarənin tabeliyində olan xidməti avtomobildən şəxsi məqsədləri üçün istifadə edir.Mərkəz əməkdaşlarının ölkəmizdə COVID-19-la mübarizə tədbirləri çərçivəsində fasiləsiz əməyini belə dəyərləndirməyən B.Fərəcov idarəyə məxsus avtomobillərin əməkdaşların şəxsi vəsaiti hesabına təmirini tələb edir və qeyri-qanuni qazanc yolları tapır. Belə ki, o, idarənin səlahiyyətindəki dezinfeksiya və digər xidmətləri həyata keçirən əməkdaşların əməkhaqqına da göz dikib. Hər ay əməkhaqqı ödənildiyi zaman əməkdaşların hər brindən 10 AZN qanunsuz ödəniş tələb edir.İdarə əməkdaşlarının bildirdiyinə görə, direktor hər dəfə onlardan pul toplamaq üçün əlavə "problemlər” yaradır, demək olar ki, bütün xərcləri onların vəsaiti hesabına təmin edir: Baxmayaraq ki, bütün bu məqsədlər üçün idarəyə vəsait ayrılır, ancaq direktor vəzifəsini icra edən Beyrək Fərəcov hər dəfə işçilərdən pul yığılmasını tələb edir.Əməkdaşlar B.Fərəcovun qanunsuz fəaliyyətinin ciddi araşdırılacağına və son qoyulacağına ümid edirlər.(Bakufakt.az)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...