Anons

Dünən, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Dünən, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Dünən, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Dünən, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Dünən, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Dünən, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Dünən, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Dünən, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Tarix:8-05-2024, 14:54

BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur Qlobal miqyasda miqrasiya prosesinin siyasiləşdirilməsi və bu sahədə yayılan yanlış informasiyalar miqrantlara münasibətdə mənfi tendensiya doğurur.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu fikirləri Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Emi Pop söyləyib.

BMqT-nin mayın 7-də dərc olunan yeni hesabatında bildirib ki, xaricdəki miqrantların evlərinə göndərdiyi pullar inkişaf etməkdə olan ölkələrin ümumi daxili məhsulunu (ÜDM) artırmaq üçün birbaşa xarici investisiyaları üstələyib.

“Ümumdünya Miqrasiya Hesabatı 2024” adlı sənəddə qlobal miqrasiya modellərində əhəmiyyətli dəyişikliklər, o cümlədən münaqişə, zorakılıq, təbii və digər fəlakətlər səbəbindən rekord sayda insanın məcburi köç etməsi məsələləri yer alıb. Hesabatın Banqladeşin Dəkkə şəhərində keçirilən təqdimat mərasimində çıxış edən BMqT-nin baş direktoru Emi Pop bildirib ki, bu sənəd sübutlara əsaslanan məlumatlar və təhlillər vasitəsilə insanların köçünün mürəkkəbliyini aydınlaşdırmaq məqsədini daşıyır.

Hesabatda diqqətə çatdırılıb ki, 2000-ci ildən 2022-ci ilə qədər beynəlxalq pul köçürmələri 650 faizdən çox artıb və 128 milyard dollardan 831 milyard dollara çatıb. Bu fakt göstərir ki, beynəlxalq miqrasiya insan inkişafının və iqtisadi artımın lokomotivi olaraq qalır. COVID-19 pandemiyası səbəbindən pul köçürmələrinin əhəmiyyətli dərəcədə azalacağı ilə bağlı proqnozlara baxmayaraq, postpandemiya dövründə artım davam edib. Bu vəsaitlərin böyük hissəsi, yəni 647 milyard ABŞ dolları aşağı və orta gəlirli ölkələrə göndərilib ki, bu da onların ÜDM-sinin əhəmiyyətli hissəsini, yəni bütün mal və xidmətlərin satışından əldə edilən pul məbləğini təşkil edir.

Hesabatda davam edən problemlər də açıqlanır. İnsanların əksəriyyəti doğulduğu ölkədə yaşamağa davam etsə də, dünya üzrə təqribən 281 milyon insan beynəlxalq miqrant sayılır. Bu, dünya əhalisinin təxminən 3,6 faizi deməkdir. Həmin insanların 117 milyon nəfəri məcburi köçkündür ki, bu da bəşər tarixində ən yüksək səviyyədir.

BMqT bildirib ki, miqrasiya bəşər tarixinin ayrılmaz hissəsidir, lakin o, çox vaxt sensasiyalı hekayələr və yerdəki reallığı aldadıcı kontekstdə təqdim edən informasiyalarla kölgədə qalır. “Miqrasiyaların çoxu müntəzəm, təhlükəsiz və regional mərkəzə yönəlib və bilavasitə maddi imkanlar və dolanışıq vasitələri ilə bağlıdır. Bununla belə, dezinformasiya və prosesin siyasiləşdirilməsi ictimai diskursu ağırlaşdırır. Real vəziyyət miqrasiya dinamikasının aydın və dəqiq təsvirini tələb edir”, -deyə BMqT vurğulayıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...