Anons

Dünən, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Dünən, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Dünən, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Dünən, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Dünən, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Dünən, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Dünən, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Dünən, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Daha bir təhsil ocağında QALMAQAL... - BU NƏDİ BELƏ?!

Tarix:8-05-2024, 10:55

Daha bir təhsil ocağında QALMAQAL... - BU NƏDİ BELƏ?! Sumqayıt şəhər sakini Aytəkin Bayramova övladının təhsil aldığı Həzi Aslanov adına Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbdə bullinqə məruz qaldığını iddia edir.
Yeniavaz.com-a müraciət edən A. Bayramova iddia edir ki, məktəbin müəllimləri – sinif rəhbəri S. S. və tarix müəllimi N. K. VIII sinifdə təhsil alan qızını təhqir edir, məktəbdən çıxması üçün ona təzyiq göstərirlər.
Onun sözlərinə görə, övladı sözügedən şəxslər və onların məktəbdə övladına qarşı yaratdığı mühit nəticəsində özünü öldürmə həddinə çatdırılıb. A. Bayramova deyir ki, bununla bağlı məktəb rəhbərliyinə müraciət etsə də, məhəl qoyan olmayıb.
Valideyn övladının həyatının təhlükədə olduğunu, təcili tədbir görülməyəcəyi təqdirdə canına qəsd edəcəyini deyir. Bildirir ki, övladı tez-tez “Özümü IV mərtəbədən atacağam”, deyir. A. Bayramovanın iddiasına görə, bunu eşidən müəllimlər isə tədbir görmək əvəzinə, onu ələ salırlar.
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq bildirilib ki, valideynin şikayəti əsasında mayın 7-də İdarənin əməkdaşları tərəfindən sözügedən məktəbdə araşdırma aparılıb:
“Araşdırma zamanı sinif rəhbərinin və tarix müəlliminin şagirdi təhqir etməsi faktı öz təsdiqini tapmayıb. Belə ki, araşdırma aparılan gün L. M. (şərtidir) dərsdə iştirak etmirdi. Valideyn Aytəkin Bayramovanın da iştirakı ilə adıçəkilən müəllimlərin şagirdi təhqir etməsi iddiası il bağlı L.M.-nin sinif yoldaşlarının fikirləri öyrənilib. Şifahi sorğu aparılan zaman şagirdlərin tam sərbəst olması üçün obyektiv şərait yaradılıb. Şagirdlərlə söhbət zamanı müəllimlərin L.M.-ni təhqir etmədiyi məlum olub. Şagirdlərlə söhbət zamanı onların əksəriyyəti L.M.-yə qarşı müsbət münasibət bəslədiklərini, lakin tez-tez valideyni Aytəkin Bayramova tərəfindən müxtəlif təzyiqlərə məruz qaldıqlarından, onunla münasibət qurmaqdan ehtiyat etdiklərini bildiriblər”.
İdarədən bildirilib ki, həmçinin vətəndaşın müraciətində qeyd olunan məsələlərlə bağlı məktəb rəhbərliyi, psixoloq, şagirdin sinif rəhbəri və məktəbin tarix müəlliminin iştirakı ilə görüş keçirilib, valideyn və müəllimlər arasında mövcud konflikt və ziddiyyətlərə dair müzakirə aparılıb:
“Məlum olub ki, məktəbin tarix müəllimi valideynin tez-tez onun işgüzar nüfuzuna xələl gətirəcək şikayətlər etməsi və sonuncu telefon əlaqəsi zamanı vətəndaş Aytəkin Bayramovanın onu təhqir etməsi ilə əlaqədar onu məhkəməyə verəcəyini bildirib. Buna görə də müəllim və valideyn arasında ola mövcud konflikt böyüyərək münaqişəyə çevrilib”.
Qeyd olunub ki, valideyn də öz növbəsində tarix müəllimindən şikayət edib.
“Vətəndaş Aytəkin Bayramova ilə söhbət zamanı, onun öz azyaşlı övladını intihara sövq edəcək ifadələr səsləndirməsi, məktəbin hündür mərtəbəsindən özünü atmasını təlqin etməsi müşahidə olunub”, - İdarədən bildirilib.(Yeniavaz.com)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...