Anons

Bu gün, 20:53- İlham Əliyev Ərdoğanla telefonla danışdı

Bu gün, 20:37- İranda bu tarixdə prezident seçkiləri keçiriləcək

Bu gün, 20:26- Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?

Bu gün, 18:43- Sosial mediada yayılan DƏLƏDUZLUQ - NƏ ETMƏLİ?

Bu gün, 17:43- "Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...

Bu gün, 17:20- «Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

Bu gün, 17:07- Qarabağ Universitetinə rektor təyin olundu

Bu gün, 16:22- Naziri kimlər aldadıb? - İTTİHAM VAR...

Bu gün, 15:44- 8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi - Foto

Bu gün, 14:52- Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -MƏŞHUR NEFT MAQNATI YENİDƏN DÜNYA MEDİASININ HƏDƏFİNDƏ

Bu gün, 13:14- Rəisi kim idi?

Bu gün, 12:47- Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

Bu gün, 12:03- Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir

Bu gün, 10:39- İlham Əliyev Xameneyiyə başsağlığı verdi

Bu gün, 10:16- Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək? - "1 nömrəli sorumlu Muxtar Babayevdir..."

Bu gün, 09:45- Arzu Əzizovun Xızıdakı özbaşınalıqlarının həddi-hüdudu yoxdu – MÜRACİƏT

Bu gün, 09:27- Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... - İLGİNC FAKTLAR

Bu gün, 08:40- İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...

Bu gün, 08:08- Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Haqqımızda Əlaqə

“Kapital Bank”dan 5 500 manat kredit götürdü, 19 min manat ödəniş edib, hələ də borcludur... - BU NƏDİ BELƏ?!

Tarix:10-05-2024, 16:03

“Kapital Bank”dan 5 500 manat kredit götürdü, 19 min manat ödəniş edib, hələ də borcludur... - BU NƏDİ BELƏ?! Bakı şəhəri, Abşeron rayon sakini Abasova Məlahət Abbas qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, oğlunun xarici ölkədə təhsil alması üçün “Kapital Bank”dan 5 500 manat kredit götürüb, 19 min manatdan çox ödəniş etsə də, hələ də hər ay pensiyasından pul tuturlar:

“Mən, Abasova Məlahət Abbas qızı, Azərbaycanın ərazi bütövlüyü uğrunda 1-ci qrup əlil olmuş Abasov Əli Ağacavad oğlunun həyat yoldaşıyam. Yoldaşım sürən xəstəlikdən bir müddət sonra rəhmətə getdi.

Oğlum 2019-ci ildə 11-ci sinfi bitirmişdi. Oğlumun xarici ölkədə təhsil alması üçün “Kapital Bank”ın Neftçilər filialından 5500 manat kredit götürdüm. 800 AZN isə sığorta pulu ödədim.

Yoldaşım rəhmətə getdikdən sonra səhhətimlə bağlı ciddi problemlər yaşadım və ödənişlərim gecikdi. Daha sonra “Kapital Bank”ın Gənclik filialından Yaşar adlı şəxs mənə bildirdi ki, sizə 10 faiz güzəşt edərik, gəlin 5 illik müqavilə bağlayaq. Kiçik hərflərlə olduğu üçün tam oxuya bilməyib imza atmışam.

Uşaq üçün ayrılmış müavinəti bəzən bütov şəkildə hesabdan çıxırdılar. Məndən 4 ilə 19 min 164 manat 19 qəpik ödəniş alıblar.

İndi mən hal-hazırda yoldaşım üçün ayrılmış pensiyanı xüsusi şərtlərlə alıram. Bank hər ay müəyyən məbləği hesabımdan çıxır. Ödənişin vaxtı ayın 15-16-na təsadüf etsə də, bank ayın 1-dən zənglər edir. O gündən bu günə kimi hələ də gecikmələrlə pul çıxırlar.

Dəfələrlə bu barədə bir çox yerlərə müraciət etsəm də, şikayətim cavabsız və həll edilməmiş qalıb. 16.12.2024-cu ildə kreditin bitmə vaxtıdır. Bu qədər faiz ödəmək heç bir ölkədə yoxdur.

Mən artıq bu haqsızlıqdan bezmiş. Vətən üçün sağlamlığını, daha sonra həyatını itirmiş bir insanın ailəsini belə sıxışdırmaq olarmı? Özüm xəstəyəm, oğlum hərbi xidmətə hazırlaşır.

Mən bir ana kimi Vətənimizə xeyirli övlad yetişdirirəm. Xahiş edirəm, məmur özbaşınalığına son verilsin. İmkan versinlər aldığımız pensiyamızı iynə-dərmanımıza verə bilək.

Sizin sayt vasitəsilə cənab Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Meriban xanım Əliyevaya müraciət edirəm. Mən onlardan kömək istəyirəm. Bu özbaşınalığın sona yetməsi üçün tapşırıq vermələrini xahiş edirəm.

Bilirəm ki, müraciətlərim Cənab Prezidentə və Birinci vitse-prezidentə çatmayıb. Çatsaydı, imkan verməzdilər ki, qazi ailəsini bu qədər sıxıntı içərisinə salsınlar".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...