Anons

5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Haqqımızda Əlaqə

Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

Tarix:20-05-2024, 12:47

Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR? Bu gün bəzi bələdiyyələrin vətəndaşları aldadaraq qanunsuz torpaqların satılması halları mövcuddur. Həmin bələdiyyə sədrləri öz balansında olan torpaqlara əl atırlar. Bununla kifayətlənmir və "Ehtiyat Fondu"nda olan torpaqları belə vətəndaşlara satırlar. Beləliklə vətəndaş aldadılır və qanunsuz torpağı almış olur. Bu zaman dövlət tərəfindən vətəndaşın tikdiyi ev sökülür yaxud torpaq əlindən alınır. Bu baxımdan vətəndaş aldığı torpağın qanunsuz olub-olmadığını necə bilər? Eyni zamanda vətəndaş bələdiyyə tərəfindən aldadıldığı üçün sökülən evinə görə təzminat ala bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan əmlak məsələləri üzrə ekpert Elnur Fərzəliyev deyib ki, ölkəmizdə bələdiyyələr 1990-cı ildə yaranıb. 2000-ci ildən 2008- i ilə qədər bələdiyyələrə torpaq satmaq səlahiyyəti verilib. Bələdiyyələrə satmaq üçün torpaqlar sahələri ayrılsa da, lakin həmin torpaqların xəritəsi ayrılmayıb. Bələdiyyələrə qədər həmin torpaqlar hansısa bir dövlət təşkilatının və bir qurumun balansında olub:

"Bələdiyyələrdə onları vərəqə torpaqları adı kimi satıblar. Burada məsələyə biz digər tərəfdən baxsaq, əsas problem ondan yaranır ki, torpaqların xəritəsinin olmaması belə böyük problemlərə yol açıb. Bundan əlavə bələdiyyələr tərəfindən satılan torpaqların böyük bir hissəsi zamanında çıxarışla təmin olunub. Çıxarışla təmin olunmayan torpaqlara çıxarışların verilməməsində müxtəlif səbəblər var. Səbəblərdən biri onlara həmin torpaq sahələri ayrılan zaman verilməsi ilə bağlı sərəncam yaxud bələdiyyə qərarı olur. Onların arxiv kökünün olmaması bir problemdir. Həmin torpaqları satarkən bələdiyyə tərəfindən kadastr planı, yerləşdiyi koordinatlar göstərilməlidir. Bu koordinatlar daha çox Torpaq Komitəsi tərəfindən verilirdi".

Ekspertin sözlərinə görə, torpaqları bələdiyyələrə verərkən onların təyinatlarının dəyişdirilməməsi belə, bu gün çox böyük problemlərə yol açıb. Bu baxımdan problemin həlli vətəndaş tərəfindən mümkün deyil. Çünki vətəndaşın iradəsi və gücü çatmayan bir məsələ var. Torpağın təyinatının dəyişilməsi bu problemlərə aiddir:

"Bununla əlaqədar əmlak amnistiyasının olacağı ilə bağlı medialarda ciddi məlumatlar yaranır. O cümlədən yeni portalın hazırlanıb istifadəyə verilməsi gözlənilir. Bu portalın istifadəsi gözlənilir ki, bunun vasitəsilə vətəndaşlar evlərini çıxarışla təmin edə biləcəklər. Bələdiyyə tərəfindən ayrılmış torpaq sahələrinin üzərində çox böyük bir hissəsi tikintilər tikilib və yaşayış massivlərinə çevrilib. Burada problem təyinatla bərabər olduğu üçün, zamanında bələdiyyələr qadağa olunmuş ərazilərdə torpaq satışları həyata keçiriblər. Bu qadağan olunmuş ərazilər elektrik naqillərinin altı, kommunikasiya xətlərinin yaxınlığı və neft buruqları ətrafında neytral zona gözlənilməli idi".

Elnur Fərzəliyev qeyd edib ki, il sonuna qədər çıxarışların verilməsi təmin olunacaqsa belə, həmin ərazilərdə tikilmiş evlər və ayrılmış torpaqlar sahələrinə çıxarışın verilməsi qanunauyğun deyil:

"Düşünürəm ki, həmin ərazilər çıxarışla təmin olunmayacaq. Sökülən hər bir ev əgər hər hansısa tikinti işlərinə başlanılıbsa, onun sökülməsi mümkündür. Vətəndaşa həmin ərazi ilə bağlı xəbərdarlıq edilir. Vətəndaş həmin xəbərdarlığa meyil qoymursa, belə olan halda aidiyyəti qurumlar tərəfindən həmin ev sökülür. Lakin yaşayış olan fərdi yaşayış evləri qadağan olunmuş ərazidə inşa edilib yaxud torpağın sənədi düzgün deyilsə onların söküntüsü üçün məhkəməyə qərarı tələb olunub. Belə əmlakları məhkəmə qərarı olmadan sökülmür".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...