Anons

Bu gün, 20:53- İlham Əliyev Ərdoğanla telefonla danışdı

Bu gün, 20:37- İranda bu tarixdə prezident seçkiləri keçiriləcək

Bu gün, 20:26- Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?

Bu gün, 18:43- Sosial mediada yayılan DƏLƏDUZLUQ - NƏ ETMƏLİ?

Bu gün, 17:43- "Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...

Bu gün, 17:20- «Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

Bu gün, 17:07- Qarabağ Universitetinə rektor təyin olundu

Bu gün, 16:22- Naziri kimlər aldadıb? - İTTİHAM VAR...

Bu gün, 15:44- 8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi - Foto

Bu gün, 14:52- Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -MƏŞHUR NEFT MAQNATI YENİDƏN DÜNYA MEDİASININ HƏDƏFİNDƏ

Bu gün, 13:14- Rəisi kim idi?

Bu gün, 12:47- Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

Bu gün, 12:03- Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir

Bu gün, 10:39- İlham Əliyev Xameneyiyə başsağlığı verdi

Bu gün, 10:16- Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək? - "1 nömrəli sorumlu Muxtar Babayevdir..."

Bu gün, 09:45- Arzu Əzizovun Xızıdakı özbaşınalıqlarının həddi-hüdudu yoxdu – MÜRACİƏT

Bu gün, 09:27- Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... - İLGİNC FAKTLAR

Bu gün, 08:40- İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...

Bu gün, 08:08- Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Haqqımızda Əlaqə

"Ali Attestasiya Komissiyasının işinə əlaqədar dövlət qurumlarının qanuni müdaxiləsi zəruridir" - ÇAĞIRIŞ

Tarix:10-05-2024, 13:55

"Ali Attestasiya Komissiyasının işinə əlaqədar dövlət qurumlarının qanuni müdaxiləsi zəruridir" - ÇAĞIRIŞ

"Ali Attestasiya Komissiyasının işinə əlaqədar dövlət qurumlarının qanuni müdaxiləsi zəruridir" - ÇAĞIRIŞ

“Ali Attestasiya Komissiyasının işinə əlaqədar dövlət qurumlarının qanuni müdaxiləsi zəruridir. Bəli, mən vaxtaşırı bu qurumun fəaliyyəti, onun akademik şəbəkənin bir qanadına çevrilməsi və dövlətin elm potensialına ciddi zərbə vurması haqqında silsilə yazılar yazıb, etirazımı bildirmişəm. Təəssüf ki, heç bir nəticəsi olmayıb. Elmi dərəcə və adların verilməsinə gəlincə, onların elmi bilik və bacarığa görə verilmədiyini diplom alanların özləri hamıdan yaxşı bilirlər. Qurumda alınıb-verilən rüşvətə və onun qədərinə gəlincə, prosesdə iştirak etmədiyim üçün dəqiq heç nə deyə bilmərəm. Onu yalnız müvafiq dövlət qurumları dəyərləndirə bilər. Elm sahəsində vəziyyətin dəyişməməsi, yaxud daha da pisləşməsi, alimlik diplomlarının alınıb-satılması, diplomlu, fəqət rüşvətxor, laqeyd, kəmsavad fırıldaqçılardan ibarət nəhəng və faydasız alim kontingentinin durmadan artırılması ölkəyə yaxşı gələcək vəd etmir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, professor İdris Abbasov son günlər Ali Attestasiya Komissiyası barədə rüşvət iddialarından danışarkən deyib.

Alim bildirib ki, AAK-dakı qanunsuzluqlar şəbəkə mahiyyətli olduğundan prosesdə böyük mütəşəkkil dəstənin iştirakı istisna deyil: “Şəbəkənin “zoğları” Azərbaycan Milli Elmlər Akademiyası daxil olmaqla, əksər elm və təhsil müəssisələrində, universitetlərdədir. Gələcəyimizi məhv edən şəbəkənin arxasında isə ilk növbədə vəzifəli akademik, professor, elmi rütbəli və dərəcəli digər şəxslər dayandıqları üçün mənim kimi vətəndaşların tənqidi yazıları, hətta faktlar havadan asılı qalır. Əlbəttə, azacıq həssasiyyəti, milli qeyrəti, insanlığı olan şəxs bizi diri-diri torpağa gömən, gözümüz görə-görə övladlarımızı şikəst edən cinayətkar ünsürləri pisləməkdən yorulmamalıdır. “Yal, pul, ya da vəzifə ver, səsimi kəsim, tərifə keçim, həqiqətin gözünün içinə dirənim” kimi əxlaqsız davranışa razı olan alim öz doğmasına düşmən olan çaqqal xislətli varlıqdan da pisdir. Elələrinin cəmiyyətdə söz sahibinə çevrilməsi bir müddətdən sonra şahidi olacağımız, bəlkə də, sonumuzu gətirəcək bir başqa fəlakətdir”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...