Anons

Bu gün, 15:41- Ağstafa Rayon İcra Hakimiyyətinin müəmmalı tenderləri - MİLYONLAR NECƏ SİLİNİR.../ FOTOFAKT

Bu gün, 15:22- Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Bu gün, 14:54- BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Bu gün, 14:23- Mətin Eynullayevin sevimlisi qaçqın düşərgəsində at oynadır... - İTTİHAM VAR...

Bu gün, 13:59- Şəkidə Şəhid anası bu evdə yaşayır... - FOTO, MÜRACİƏT

Bu gün, 13:07- Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır?

Bu gün, 12:37- Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllimdən İTTİHAM

Bu gün, 11:48- Həbs keçmişi olan Quliyevin rəsmi qəbulda nə işi var? - FOTOFAKT

Bu gün, 10:55- Daha bir təhsil ocağında QALMAQAL... - BU NƏDİ BELƏ?!

Bu gün, 10:24- "İnsan həyatına yox, ticarətə üstünlük verirlər..." - ÖZBAŞINALIQ!

Bu gün, 09:38- "İşçinin pulunu kəsib rəislərin maaşın artırdılar" - ETİRAZ VAR...

Bu gün, 09:08- "Çoxsaylı şikayət məktubları yazmağımıza baxmayaraq..." - Nazirə müraciə olundu

Dünən, 22:16- Belə birisi ilə... HARA QƏDƏR? - DƏLİXANADIR, VALLAH...

Dünən, 21:28- Paşinyan II Qareginin siyasi hərəkata rəhbərlik etdiyini bildirib - GƏLİŞMƏ

Dünən, 20:55- "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "yardım" adı altında insanlara işgəncə verir" - NARAZILIQ VAR...

Dünən, 19:33- Ana və iki övladı dönərdən zəhərləndi

Dünən, 19:09- Anası ağlayan ABŞERON TƏHSİLİ... - Camaat dərdini deməyə də YER TAPMIR...

Dünən, 18:43- Qürbətdə Vətən həsrəti

Dünən, 18:40- Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Dünən, 15:55- Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Haqqımızda Əlaqə

ADU-da Klassik Dillər və Mədəniyyətlər İnstitutu yaradıldı

Tarix:5-02-2020, 13:49

ADU-da Klassik Dillər və Mədəniyyətlər İnstitutu yaradıldı Azərbaycan Dillər Universitetində Klassik Dillər və Mədəniyyətlər İnstitutu yaradılıb. Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ali təhsil ocağının Elmi Şurasının qərarı ilə ölkədə ilk dəfə yaradılan institutun fəaliyyəti çoxşaxəli və səmərəli olacaq. Universitetin rektoru akademik, Xalq yazıçı Kamal Abdulla Klassik Dillər və Mədəniyyətlər İnstitutunun yaradılmasının Azərbaycanın filologiya, humanitar elmlər sahəsində oynayacağı böyük roldan danışıb. Rektor qeyd edib ki, institutun yaradılması çoxdan planlaşdırılan məsələ olub:

“Azərbaycanda filologiya, humanitar elmlər sahəsində belə bir addıma çoxdan ehtiyac var idi. Klassik Dillər və Mədəniyyətlər İnstitutu yaxın gələcəkdə Azərbaycanın bu sahə ilə maraqlanan bütün mütəxəssisləri üçün gərəkli və vacib elm mərkəzinə çevriləcək. İnstitut Qədim Yunan, Çin, Latın və Sanskrit dilləri və mədəniyyətlərinin öyrənilməsi istiqamətində artıq konkret işlər həyata keçirir. Ümid edirəm ki, ADU-dan kənarda da bu institutun fəaliyyəti diqqət mərkəzində olacaq. Eyni zamanda bu dillərin özü ilə gətirdiyi mədəniyyətlərdən söhbət gedir. Bu mədəniyyətlərin də bir-birini tamamlayaraq öyrənilməsi bizim üçün həm Azərbaycan dilində, həm mədəniyyətimizdə, həm öyrəndiyimiz dillərdə olan yeni qatları üzə çıxaracaq. Biz bu yeni qatlardan istifadə edərək öz mədəniyyətimizin daha dərin qatlarına enə biləcəyik və öyrəndiyimiz dillərin uyğun, adekvat, qədim mənzərəsi ilə qarşı-qarşıya duracağıq. Bu dillərin öyrənilməsi bu gün müasir Hind-Avropa dillərinin öyrənilməsinin çox effektiv üsuludur”.

Akademik Kamal Abdulla əlavə edib ki, klassik dillər və mədəniyyətlər filologiyanın çox böyük məsələsidir. Bu dillərə ilk növbədə latın dili, qədim yunan dili, sanksrit daxildir: “Bundan başqa qədim pəhləvi dili, qədim Çin dili də var. Bu dilləri öyrənmədən, bilmədən, onlar haqqında təsəvvürə malik olmadan müasir filologiyanın sirlərinə bələd ola bilməzsən. Filologiya klassik dillərin tədrisi olmadan tam və bütöv şəkildə filologiya ola bilməz. Bu mənada universitetimizdə hələlik dörd dillə klassik dillərin öyrədilməsinə başlamaq niyyətindəyik. Əsas məsələ odur ki, biz təkcə bu dilləri öyrənməyəcəyik, qeyd etdiyim kimi, bu dillərin özü ilə gətirdiyi mədəniyyətləri öyrənəcəyik. Ona görə də bu dilləri tədris edən mütəxəssislərin hərtərəfli formalaşmış mütəxəssislər olmasına ehtiyac var. Müxtəlif ölkələr, onların universitetləri ilə, o ölkələrin bizdəki səfirləri ilə faydalı danışıqlar aparmışıq. Hindistan, İtaliya, Rumıniya, Çin, Yunanıstan səfirlikləri bizə bu istiqamətdə kömək edəcəklər. Bu ölkələrin universitetlərində qeyd etdiyim dillərin mütəxəssisləri var. İnanıram ki, ilk dəfə ADU-da yaradılan Klassik Dillər və Mədəniyyətlər İnstitutu humanitar elmimizə, filoloji düşüncəmizə çox böyük xidmət olacaqdır”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...