Anons

Dünən, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Dünən, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Dünən, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Dünən, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Dünən, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Dünən, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Dünən, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Dünən, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Qürbətdə Vətən həsrəti

Tarix:7-05-2024, 18:43

Qürbətdə Vətən həsrəti Laçın babalarımızın, əcdadlarımızın yurdudur. Şəlvə dərəsinin nadir gözəlliyinə, Qırxqız yaylağının səfalı havasına, uca qayaların qoynundan süzülüb gələn Narzan bulaqlarının ruh təzələyən sularına görəsən, dünyanın başqa bir guşəsində təsadüf etmək olarmı? Məgər Laçının dağ və meşələri, nəğməli çayları Tanrının qüdrəti ilə yaradılmış cənnət, təbii muzey deyilmi?

Azərbaycan diasporunun formalaşmasında böyük xidmətləri olan İlqar Gülmalıyev Laçın rayonunun səfalı guşələrindən biri olan Çorman kəndində dünyaya göz açmış, dağ vüqarlı, insanların əhatəsində böyümüş, təbiətin gözəlliklərindən ilham almışdır.

İlqar kəndlərindəki səkkizillik məktəbi başa vurduqdan sonra orta təhsilini qonşu Nağdalı kəndindəki məktəbdə almış, sonra isə Gəncə şəhərindəki Kənd Təsərrüfatı Akademiyasına qəbul olunmuşdu. Akademiyanı bitirdikdən sonra Moldova respublikasına üz tutmuş, Kişinyov şəhərində iş adamı kimi əmək fəaliyyətinə başlamışdı. Yaşadığı ölkədə böyük hörmət qazanan İlqar Gülmalıyev Azərbaycan diasporunun təşəkkül tapmasına maksimum səy göstərmiş, bir çox tədbirlərin həyata keçirilməsində yaxından iştirak etmişdi. Bir sözlə, Moldovadakı soydaşlarımızın arxa-dayağına çevrilmişdi.

İlqar Gülmalıyev Moldovada yaşadığı müddətdə İslam Kultur Mərkəzinin yaradılmasına nail olmuşdu.

İslam Kultur Mərkəzinin fəaliyyəti bu ölkədə yaşayan həmvətənlərimiz tərəfindən hər zaman razılıqla qarşılanır, mütəmadi olaraq yaddaqalan tədbirlər keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı İslam Kultur Mərkəzində tədbirlər təşkil olunmuşdur.

İlqar Gülmalıyev Moldovada 25 il fəaliyyət göstərdikdən sonra İstanbul şəhərinə köçmüş, burada bacarıqlı iş adamı kimi tanınmışdır. Bu şəhərdəki Azərbaycan diaspor fəalları ilə sıx əlaqələr qurmuşdur.

Bir vaxtlar doğma Laçının erməni tapdağı altında olması İlqarın qəlbini didib parçalayırdı. Hər qarışında ayaq izləri qalan Laçını, Qarabağı düşünür, daha doğrusu, erməni xəyanətinə dözə bilmirdi. Ancaq ümidini itirmirdi. Əmin idi ki, Heydər Əliyev kursunun layiqli davamçısı cənab İlham Əliyevin qətiyyəti, sərkərdəlik məharəti sayəsində qüdrətli Azərbaycan ordusu erməni vandallarının qamətini qıracaq, tezliklə hayların əsarətində olan ərazilərimiz azad olunacaq və həsrətə son qoyulacaqdır. İlqarın arzuları çin oldu. 2020-ci ildə qüdrətli ordumuz cəmi 44 gün ərzində Zəfər qazandı, müzəffər Azərbaycan ordusu düşmənə ağır zərbələr endirdi. Digər ərazilərimiz kimi Laçına da qələbə bayrağı sancıldı.

Bu günlərdə İlqar Gülmalıyev bir qrup türkiyəli iş adamı ilə birlikdə Bakıya gəlmişdi. Həmyerlimizlə görüşümüz öz arzusu ilə paytaxtın Atatürk prospektində oldu. Müsahibimiz vurğuladı ki, Laçın həsrəti, Laçının 30 ilə yaxın işğal altında inləməsi saçlarıma vaxtsız dən saldı. Əhd etmişdim ki, Qarabağımız işğaldan azad olunanda, qurbanlar kəsəcək, Allaha dualar edəcəyəm. Şükürlər olsun Tanrıya elə də oldu. Vətən müharibəsində tarixi qələbəmizdən sonra İstanbul şəhərində qurbanlar kəsib payladım, neçə-neçə aztəminatlı insanlara qurban payı göndərdim.

Bəli, iş adamı İlqar Gülmalıyevin adı Türkiyədə qürurla çəkilir. İlqar sevinir ki, Qarabağ, Şərqi Zəngəzur Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində işğaldan azad olundu, neçə-neçə insanların yurd həsrətinə son qoyuldu.

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün işğaldan azad olunmuş bütün ərazilərdə, o cümlədən Laçında quruculuq və bərpa işləri uğurla həyata keçirilir. Yeni layihələr icra olunur, Laçın cənnətə çevrilir. Yurd həsrətli laçınlılar min bir arzu-diləklə ata-baba yurdlarına dönürlər.

İlqar elat bu yerlərə köçəndə Laçında çal-çağırlı günlərin başlamasından sidq ürəklə danışdı. Bildirdi ki, günlərin birində qürbətdən vətənə dönəcək, kəndimizə gedən köç karvanlarına qoşularaq, dağların qoynunda təbiətin gözəlliklərini seyr edəcəyəm.

Qədir ASLAN,скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...