Anons

Dünən, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Dünən, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Dünən, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Dünən, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Dünən, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Dünən, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Dünən, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Dünən, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Leyla Əliyeva yaşıllıq salır, Nizami rayon başçısı Cəbrayılov isə... - FAKTLARIN dili ilə

Tarix:6-05-2024, 19:30

Leyla Əliyeva yaşıllıq salır, Nizami rayon başçısı Cəbrayılov isə... - FAKTLARIN dili ilə Aprelin 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakının Nizami rayonu, Mikayıl Əliyev və Kamil Balakişiyev küçələrinin kəsişməsində yerləşən boş ərazidə ağacəkmə aksiyası həyata keçirilib. Bu tədbir sözsüz ki, təqdir edilməli addımdır. Çünki bu gün Bakının yaşıllıqlar qədər ehtiyacı olan ikinci aktual məsələsi bəlkə də yoxdur. Xüsusən Nizami rayonunda ağacların əkilməsinə əşhədü ehtiyac var. Ona görə ki istər keçmiş icra başçısı Arif Qasımov, istərsə hazırkı rəhbər Coşqun Cəbrayılov yaşıllıqlara qənim kəsiliblər. Onların tamahının ucbatından Nizami kimi rayon, onun Qara Qarayev prospekti kimi əhəmiyyətli ərazisi səhraya, daşlığa çevrilib. Odur ki, Leyla xanımın təşəbbüsü ilə Nizami rayonunda ağacəkmə aksiyası keçirildiyi xəbərini görəndə qəribə bir təzadlı mənzərə gözlər önündə canlandı: bir yandan "İDEA" yaşıllıq salır, o tərəfdən acgöz məmurlar onların kökünü kəsir. Nizami rayonunda bu özbaşınalıqlar indiyə qədər davam etməklə ərazi keçəl və eybəcər görünür. Hara baxırsan çayxana, dönərxana, qab-qacaq satılan dükanlar, alt paltarı satılan mağazalar, xiyar, bibər, badımcan piştaxtaları, dənə siqaret satılan köşklər... Yəni tam eybəcər mənzərə. Bu şəraitə isə rayonun icra başçısı Coşqun Cəbrayılov səbəb olub. Onun səhlənkarlığı ucbatından nə yaşıllıq qalıb, nə səki. Arif Qasımovdan sonra gözlənti var idi ki, Coşqun Cəbrayılov Nizami rayonunda qanunsuz işləri dayandıracaq. Ən azı fəlakətin uzanmasının qarşısını alacaq. Di gəl, az qala hər həftə internet resurslarında yayımlanan görüntülərdən məlum olur ki, Qara Qarayev prospekti, digər ərazilər tikintilərin qurbanına çevrilir. Heç kimi inandıra bilməzlər ki, rayon rəhbərliyi bunlardan xəbərsizdir. Sadəcə, bir daş altda, bir daş üstə iş gedir. Artıq nə piyadalar üçün yol qalıb, nə ağac saxlanıb, nə boş ərazi var. İcra başçısı sanki xələfinin yarımçıq "işi" ni tamamlamaq üçün təyinat alıbmış. Hazırda Nizami rayonunda Coşqun Cəbrayılovun "əl işləri" var. Misal üçün 2024-cü ilin 1 yanvar tarixinə keçən gecə Nizami Rayon İcra Hakimiyyəti binasının düz “qulağının dibində” - “Neftçilər” metrostansiyasının çıxışında, yəni əhalinin ən sıx hərəkətdə olduğu yerdə ticarət köşkü qoyublar. Ümumiyyətlə "Vosmoy" bazarından metroya qədər sağ-sol yaşıllıqların məhv edilib daş-divar hörülüb obyektlər tikilməsi ilə müşayiət olunur. Beləliklə, Leyla xanım yaşıllıq salsın, icra başçısı da obyekt tikməyə girişsin. Ta buna nə ad vermək olar?!

Üstəlik, təkcə elektron KİV-lər deyil, hətta aparıcı televiziya kanalları Nizami rayonundakı özbaşınalıqlardan bəhs edən reportajlar yayırlar. Buna misal olaraq, ATV, “Xəzər”, “Space” kimi kanalların yayımladığı materialları göstərmək olar. Nə baş verir? Nizami rayonunun adı niyə hələ də “əlləm-qəlləm” işlərdə hallanır?

Çox maraqlıdır ki, Cəbrayılovun "qara kassa"sı kimi tanınan İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tural Cavadovun xüsusən sahibkarların, tikinti işləri ilə məşğul olan iş adamlarının cibini soyması iddiaları səslənir. O da maraqlıdır ki, Tural Cavadov ünsiyyətdə olduğu vətəndaşlarla söhbətində tez-tez Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun adını çəkir. Və elə təsəvvür yaratmağa çalışır ki, Coşqun Cəbrayılov iş instruktajını məhz Eldar müəllimdən alır. Görəsən Coşqun Cəbrayılovun bundan xəbəri varmı?
Ümumiyyətlə, bildirilir ki, Tural Cavadov İcra başçısı tərəfindən ona tapşırılan bu işin öhdəsindən “məharətlə” gəlir. Məhz bu gün Nizami rayonunda gizlin ev tikmək istəyən, hasar çəkən, dam dəyişən, darvaza qoyan və sair işlərə nəzarət Tural Cavadovun əlindədir. Qəribədir, Nizaminin adını daşıyan rayon kimlərin əlindədir? Ritorik suala adı keçən şəxslərin cavabı varsa, işıqlandırmağa hazırıq.
Leyla Əliyeva yaşıllıq salır, Nizami rayon başçısı Cəbrayılov isə... - FAKTLARIN dili iləLeyla Əliyeva yaşıllıq salır, Nizami rayon başçısı Cəbrayılov isə... - FAKTLARIN dili iləLeyla Əliyeva yaşıllıq salır, Nizami rayon başçısı Cəbrayılov isə... - FAKTLARIN dili iləLeyla Əliyeva yaşıllıq salır, Nizami rayon başçısı Cəbrayılov isə... - FAKTLARIN dili iləLeyla Əliyeva yaşıllıq salır, Nizami rayon başçısı Cəbrayılov isə... - FAKTLARIN dili ilə
Anaxeber.infoскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...