Anons

Dünən, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Dünən, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Dünən, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Dünən, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Dünən, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Dünən, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Dünən, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Dünən, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Mehdiyevin kürəkəninin adı hallanan 3 milyonluq qalmaqalın sübutu gizlədilib? - TƏFƏRRÜAT

Tarix:6-05-2024, 18:19

Mehdiyevin kürəkəninin adı hallanan 3 milyonluq qalmaqalın sübutu gizlədilib? - TƏFƏRRÜAT Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevə məxsus "Dostluq-MK" MMC ətrafında qalmaqal yaranıb.

Qaynarinfo xəbər verir ki, qalmaqalda tərəflərdən biri xaçmazlı iş adamı Mənsur İbrahimovdur.

Bir neçə gündür bu barədə mediada yazılır. Məlum olur ki, şirkət keçmiş deputat İlham Əliyevdən əvvəl Mənsur İbrahimovla Cavid Balaqadaşov adlı şəxsə məxsus olub. Cavid Balaqadaşov hakim Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz təşkilat sədri Məhəmməd Balaqadaşovun oğludur.

Keçmiş deputat şirkəti bu şəxslərdən alıb. Mənsur İbrahimovun sözlərindən aydın olur ki, Ramiz Mehdiyevin kürəkəni ilə 3 milyonluq sövdələşmə olub. Lakin İlham Əliyev rəsmiyyətdə bu məbləğin çox az göstərilməsini istəyib. O, bunu deputat olması ilə izah edib.

Alqı-satqı bitəndən sonra isə keçmiş deputat 3 milyonu ödəməyib. Mənsur İbrahimov məhkəməyə müraciət edib. Lakin bütün məhkəmə instansiyalarından məğlub ayrılıb. O, məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasına müraciət edib.

Əldə etdiyimiz yeni məlumatlara görə, Mənsur İbrahimov bununla kifayətlənmək istəmir. Sahibkar yenidən hüquqi müstəvidə mübarizəsini davam etdirməkdə israrlıdır.

Onun növbəti məhkəmə iddiası "Dostluq-MK" ilə bağlı çəkişmədə İlham Əliyevin şirkəti almasından danışarkən "Bir qəpik də pul verməmişəm" fikrinin videogörüntüsünün üzə çıxarılması ilə bağlıdır.

Mənsur İbrahimov hesab edir ki, bu fakt keçmiş deputatın haqsız olduğuna dair tutarlı sübutdur. Yəni, Ramiz Mehdiyevin kürəkəni etiraf edib ki, o şirkətin müqabilində heç bir məbləğ ödəməyib.

Lakin hansısa səbəbdən Bakı Kommersiya Məhkəməsində edilən bu etirafla bağlı videogörüntü üzə çıxarılmır.

Mənsur İbrahimov növbəti iddiasında məhz bu videogörüntünün üzə çıxarılmasını tələb edəcək. Bu halda iş İlham Əliyevin əleyhinə çevrilə və o vəd etdiyi 3 milyonu ödəmək məcburiyyətində qala, yaxud da şirkəti itirə bilər.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...