Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!
Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı
Dünən, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video
Dünən, 08:49- Azərbaycan polisi 107 yaşında
1-07-2025, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
1-07-2025, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət
1-07-2025, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR
1-07-2025, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
Mayın 19-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında çal-çağırlı bir gün olacaq. Həmin gün Mədəniyyət Nazirliyinin və “Xəzər” Universitetinin dəstəyi ilə Aşıq Ramin Qarayevin “Sazımda-avazımda” adlı solo konserti baş tutacaq. Xalq artisti Alim Qasımovun da çıxış edəcəyi konsertdə “Xəzər” Universitetinin Kamera Orkestri və Elman İbarahiminin rəhbərliyi ilə “Bakı-Təbriz” qrupu da yer alacaq. Konsertdə ilk dəfə klassik aşıq havaları sazla yanaşı Kamera Orkestrininin ifasında səslənəcəq.
Konsertə olan marağı nəzərə alaraq Bizim.Media Aşıq Ramin Qarayevdən müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:
- Ramin bəy, Azərbaycan musiqi sənətində bir ilkə imza atmağa hazırlaşırsınız. Hazırlıq necə gedir?
- Düzünü deyim ki, çox həyəcanlıyam. Bu zamanlarda çox konsertlərim olub. Amma bu qədər həyəcan keçirməmişəm. Bu da onunla bağlıdır ki, biz bu dəfə tamaşaçılara və musiqi sevərlərə aşıq musiqisi ilə kamera musiqisinin sintezini təqdim edəcəyik. Ona görə də bu dəfəki solo konsertim ənənəvi şəkildə deyil, tam yeni tərzdə, yeni nəfəsdə və yeni ruhda olacaq.İnşallah, Azərbaycanın musiq tarixində bir ilkə imza atmağa hazırlaşırıq.
- Konsertdə daha hansı yeniliklər olacaq?
- Qoy bu sürpiriz olaraq qalsın... Amma onu deyə bilərəm ki, gecədə konsert qrupunun rəhbəri Elman İbrahimidir. O həm də “Bakı-Təbriz” qrupunun rəhbəridir. Kamera orkestrinin rəhbəri isə Respublikanın əməkdar müəllimi Zülfiyyə Sadıqovadır. Orkestirovka işlərini isə bəstəkar Sevda Rəhimovanın üzərinə düşüb.
- Bəs, yenilik barədə nə deyə bilərsiniz?
- Konsertdə tamaşaçılar klassik açıq havalarını yeni formatda, sazda və kamera orkestrinin ifasında dinləyəcəklər.Nəzərinizə çatdırıram ki, bu musiqi tariximizdə bir ilkdir. Təvazökarlıqdan uzaq da olsa layihəmiz çox uğurlu alınıb. Musiqisevərlər yeni layihədən əminəm ki, məmnun qalacaqlar.
- Sizin repertuarınızda hansı mahnı və musiqilər yer alacaq?
- Repertuarımda klassik aşıq musiqiləri ilə yanaşı, bəstəkar mahnıları da olacaq. Özümün bəstələdiyim bir neçə aşıq havasını da tamaşaçılara təqdim edəcəm. Amma əsasən klassik aşıq havalarının yeni formatda və yeni məzmunda təqdimatı olacaq. Məsələn, yüz illərin o tayından gələn “Mənsuru” aşıq havası var. Bu hava əsasən Borçalı aşıq məktəbində geniş yayılıb. Biz bu havanın yeni sintezini yaratmışıq. Bundan əlavə “Koroğlu dubeyti”sini də dinləyicilər kamera orkestrinin və sazın birgə ifasında eşidəcəklər.
- Yeni layihənin Beynəlxalq aləmdə təqdimatı barədə nə düşünürsünüz?
- Bu vaxtadək mən özüm aşıq sənətimizi dünyanın 17 ölkəsində təqdim eləmişəm. Növbəti illərdə isə təbii ki, aşıq musiqisini kamera orkestri ilə birgə təqdimatına və təşviqinə çalışacam. Əminəm ki, bu layihəmiz klassik musiq həvəskarlarının çox xoşuna gələcək və bununla da biz aşıq musiqisini daha çox ölkədə, daha böyük coğrafiyada sevdirə biləcəyik.
- Sonda bir sualımız var. Konsert həvəskarları biletləri haradan əldə edə bilər?
Biletləri şəhərin bütün kassalarından, ASAN Xidmət mərkəzlərindən, İTİCKET.az saytından, 28 və Gənclik malldan əldə etmək olar. Bəri başdan deyim ki, gələnlər çox gözəl və yaddaqalan bir axşam yaşayacaqlar.