Dünən, 20:04- Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdıran əsər
Dünən, 11:00- Sabunçunun “qanunsuz sərvət” modeli – Adil Vəliyevin biznesi və xalqın susqunluğu
Dünən, 10:00- Abşeron rayonunda yaşıl ağacların kəsilməsini hansı məmur icazə verib?
Dünən, 09:00- Bu gün Azərbaycanda Diplomatiya Günüdür
8-07-2025, 11:00- Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...
8-07-2025, 10:00- “MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
8-07-2025, 09:00- “Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət
7-07-2025, 14:34- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
7-07-2025, 14:11- Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı
7-07-2025, 13:13- DYP radarlarla bağlı müraciət yaydı
7-07-2025, 12:09- Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?
7-07-2025, 11:40- Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO
7-07-2025, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”
7-07-2025, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT
7-07-2025, 09:09- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video
5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...
5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı
5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?
5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….
5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?
Qərbi Azərbaycana qayıdış istiqamətində görülən işlər ölkəmizdə aparılan daxili və xarici siyasətin ən prioritet istiqamətlərindən biridir. Bu gün dünyanın bir çox yerlərində, eləcə də Azərbaycanın digər ərazilərində yaşayan soydaşlarımız yer-yurdlarından deportasiya olunduqları həmin o məğşuş illərdən etibarən öz doğma el-obasına geri dönmək arzusu ilə yaşayırlar.
Məlumdur ki, dünya dövlətlərinin maddi güc baxımından olduqca yüksək səviyyədə olanları dünya siyasətində məhz öz gücünə arxalanaraq addımlar atır. Amma dövlətin əbədiliyinə yalnız onun maddi gücə malik olmağı kifayət etmir. Dövlət və xalq bir-birinə mənəvi yöndən də bağlı olmalıdır. Azərbaycan dövləti və xalqı müstəqillik qazanan zamanlardan etibarən öz mənəvi bağlılığı ilə fərqlənib və bu gün də o mənəvi dəyərləri yaşatmaqdadır: milli-mənəvi dəyərlər sahibi olan yenilməz xalq, Müzəffər Ali Baş Komandan, yenilməz ordu birliyi. Məhz bu üçlük bizi Qərbi Azərbaycana doğru aparan Tanrı ərməğanıdır.
Qeyd etdiyimiz kimi, Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisi qədim türk-oğuz yurdu olaraq çox qədim tarixə və qədimliyi qədər də geniş bir coğrafiyaya malik Türk dünyası ilə birbaşa və qırılmaz tellərlə bağlı olan əzəli yurd yerlərimizdəndir. Baxmayaraq ki, tarixin saxtalaşdırılması və bu yurd yerlərimizə yadelli əhalinin köçürülməsi siyasəti nəticəsində biz tədricən öz doğma yurdlarımızdan uzaqlaşdırıldıq, qovulduq, lakin mübariz xalqımız bununla barışmadı, özünün olan dəyərlərə sahib çıxmaq uğrunda mübarizədən yorulmadı, yaddaşlarda var olan məlumatları toplamağa başladı, ziyarətgah, pir, ocaq və məscidlərin inam və inanc təməlində dayanan sirli-sehrli qüvvələr haqqında informatorlardan məlumatlar əldə etdi. Bunu həm də ona görə etdi ki, həmin abidələr əzəli və əbədi yurd yerlərimizin nişanələridir. Bəlkə, elə bu səbəbdən məkrli düşmən də torpaqlarımızı zəbt etdiyi andan etibarən həmin abidələrin məhvinə çalışıb.
Ermənilərin son 200 ildə bölgədə yeritdikləri etnik təmizləmə, deportasiya və soyqırımı siyasətini diqqətlə nəzərdən keçirəndə aydın olur ki, ermənilər təkcə insanlarımızı yox, mənəvi yaddaşımızı da məhv etmək məsələsinə xüsusi diqqət veriblər. Soyqırımı zamanı yaşlı insanların məhvinə daha çox üstünlük verməsi bu barbarların ikrah doğuran əməllərinin əsas məqsədini ortaya qoyur: yaşlı insanların tamamilə məhv edilməsi milli yaddaşın itməsidir. Lakin ermənilər bu dəfə də yaddan çıxarırdılar ki, Azərbaycan xalqı öz qədim tarixinə, mədəniyyətinə, maddi və mənəvi abidələrinin varlığına uşağından qocasınadək, hər yaşda böyük sevgi, diqqət və qayğı göstərən, mənəvi və maddi abidələrinə sonsuz sevgi bəsləyən xalqdır. Azərbaycan xalqı öz milli dəyərlərinin qorunması üçün canından keçməyə hər an hazır olan xalqdır. Tarix bu xalqın yaddaşında, qədimlik, ululuq isə bu xalqın damarlarından axan qandadır. Ata-babasının yaşadığı yer-yurdu görməsələr belə yeni nəsillər genetik kodların ötürdüyü siqnallar vasitəsilə milli kökə bağlı böyüyürlər. Təbii ki, burada nənə-baba və valideynlərin qəlblərinin milli ruhla vurması da az rol oynamır. Məhz bu insanlar sayəsində yaddaşda, düşüncədə, xatirələrdə hifz olunanların vaxtaşırı dövriyyəyə gətirilməsi ailələrdə milli ruhun hökm sürməsini qaçılmaz etmişdir.
Bu gün aparılan siyasətə çox dərin və sarsılmaz dayaq olan və bu siyasəti daha da tezləşdirməyə xidmət edən əsas qüvvələrdən biri də cəmiyyətin elm potensialı olan ziyalılardır. Ziyalı fikri və tədqiqatı cəmiyyətin ən ümdə məsələlərini hər zaman həll etməkdə böyük dəstək olub.
Qərbi Azərbaycan İcması İdarə heyətinin sədri, millət vəkili, alim Əziz Ələkbərli və Səbuhi Hüseynovun birgə hazırladıqları “Qərbi Azərbaycan irsi: “Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar” adlı kitabın I cildi məhz Qərbi Azərbaycana qayıdış siyasətinə çox böyük töhfədir. Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, alim Əziz Ələkbərli Qərbi Azərbaycan həqiqətlərini dünyaya öz əsərləri vasitəsilə çatdıran qabaqcıl alimlərimizdəndir. Əziz Ələkbərlinin bu sahədə apardığı tədqiqatlar dərin tarixi faktlara söykənir. Alimin apardığı tədqiqatlar hər zaman köklü mənbələr və həqiqətlərə əsaslanaraq öz orijinallığı ilə diqqət cəlb edib.
Olduqca böyük əhəmiyyət kəsb edən “Qərbi Azərbaycan irsi: “Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar” adlı bu kitab 896 səhifədən ibarətdir. Kitabın ilk səhifələrində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan haqqındakı müxtəlif yığıncaq və tədbirlərdə söylədikləri tarixi faktlara dayanan nitq və çıxışlardan nümunələr təqdim olunur.
İki bölmədən ibarət olan kitabın birinci bölməsində səkkiz yarımbaşlıq öz əksini tapır. Birinci bölmədə tədqiqatın məqsədi, predmeti və metodoloji prinsipləri açıqlanır. Metodoloji prinsiplər daxilində sözügedən tədqiqatda istifadə olunan əsas medotlardan bəhs olunur. Tədqiqatda istifadə olunan mənbələr və onların xarakteristikası haqqında ətraflı məlumat, eləcə də tədqiqatın mərhələləri haqqında da aydın və lakonik məlumat bu bölmədə təqdim olunur. “Qəbiristanlıqlara dəyən zərər: müəyyən edilmə metodu və tətbiqi” adlı yazı bu məsələyə geniş və faktlarla aydınlıq gətirir. “Ümumi nəticələr: əldə edilən məlumatların sistemləşdirilməsi və təhlili” adlı başlıq altında müəlliflərin son dövrlərdə ərazinin qəbiristanlıqlarına dəyən zərərlərin öyrənilməsi məsələlərini yüksək peşəkarlıqla həyata keçirdikləri aydınlaşır. Bu bölmədə, həmçinin qəbiristanlıqların dağıdılmasına görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti BMT konvensiyalarına əsasən hesablanaraq təqdim olunur.
İkinci hissə isə kitabın əsas hissəsi olaraq “Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabatın materialları” adlanır. Bu bölmədə Qərbi Azərbaycan ərazilərindəki 201 qəbiristanlığın keçmişi və bugünkü vəziyyəti haqqında müfəssəl məlumat təqdim olunur. Bu bölmədə “Coğrafi adlar üzrə göstəricilər” başlığı altında Qərbi Azərbaycana məxsus ərazilər rəqəmlərlə işarələnərək təqdim olunur. “İstifadə olunmuş mənbə və ədəbiyyat siyahısı” və “İstinadlarda rast gəlinən arxivlərin qısaldılmış adları” başlıqlar altında müəlliflərin kitabı ərsəyə gətirmək üçün istifadə etdikləri sanballı mənbələr öz əksini tapır, eləcə də tədqiqat zamanı arxivlərdəki qısaltmalara aydın izahlar təqdim olunur.
Kitab tarixi gerçəklik və faktların ətraflı təqdimatı baxımından həm də “Hesabat” adlandırılır. “Hesabat indiki Ermənistan Respublikası ərazisində vaxtilə azərbaycanlıların dəfn olunduğu 201 qəbiristanlığın müasir peyklər vasitəsilə tədqiqi, tarixi-müqayisəli təhlili və monitorinqini özündə əks etdirir. Təqiqatın aparılması üçün bir sıra ölkələrin kitabxanalarında saxlanılan XIX-XX əsrlərə aid hərbi-topoqrafik xəritələrdən, 1960-1980-ci illərin məxfilik götürülən ABŞ kəşfiyyat peyklərinin təsvirlərindən, müasir yüksək ayırdetməli peyk təsvirlərindən istifadə edilmiş və müasir metodoloji təhlillərlə ərazidə mövcud olan qəbiristanlıqların monitorinqi həyata keçirilmişdir”. Ümumiyyətlə, kitabda Qərbi Azərbaycan ərazilərində mövcud olan çox qəbiristanlıqlar haqqında ensiklopedik məlumat öz əksini tapır. Məlumdur ki, ermənilərin işğal etdikləri məkanlarda qəbiristanlıqları məhv etmək kimi insanlığa sığmayan əməlləri yeni deyil. Onlar köçürüldükləri ərazilərdə hər zaman türk-müsəlman abidələrini, qəbiristanlıqları məhv etməyi özlərinə adət ediblər. Məhv etdikləri qəbiristanlıqlarda qəbirlərə qarşı icra etdikləri zorakılıqların kökündə, əslində, onların məşhur “erməni xəstəliyi” düşüncəsi dayanır. Belə ki, erməni xəstəliyinin də kökü özünə qondarma dövlət, dil, əlifba, dəyər, ənənə, tarix yaratmaqdır.
Qeyd edək ki, abidə və qəbiristanlıqlar da xalqın milli-mənəvi, dini dəyərlərinin mühafizə olunduğu məkanlar kimi həmişə mənsub olduğu xalqın ən müqəddəs ziyarətgah yeri olub. Qəbiristanlıqlara hörmət xalqın əcdad ruhuna olan hörmətindən doğur. Əcdad ruhlarına hörmət isə kökü, tarixi qədim xalqlara məxsusdur. Azərbaycan xalqının, eləcə də müsəlman dininin məqbul sayılan əməllərindən biri də qəbirüstü ziyarətlərdir. Milli və dini bayram, mərasimlərdə xalqımızın öz ulularının, dünyadan köçənlərinin qəbirlərini ziyarət etməyi heç də təsadüfi deyildir. Xalqımız özünün qədim köklü düşüncəsindən irəli gələn dəyərlərini mühafizə etmək üçün uyğun zamanlar ərzində qəbiristanlıqlara da hörmətlə yanaşır.
Zaman-zaman daxildə yaşayıb ənənələrimizə həsədlə baxan, onları mənimsəməyə hiylə ilə cəhd etməyə, fürsət düşən kimi onları məhv etməyə çalışan ermənilər Qərbi Azərbaycandan soydaşlarımızı zorakılıqla çıxaran zaman qəbiristanlıqlara da həmin zorakılıqla yanaşıblar. Hətta əhalini tam çıxarmamış da bu ağlasığmaz və çirkin əməlləri icra ediblər. Bütün bu zorakılıqları dünyaya çatdırmaq da yalnız belə kitab və monoqrafiyaların sayəsində mümkündür.
Odur ki, millət vəkili Əziz Ələkbərli və Səbuhi Hüseynovun birgə müəllifliyi ilə nəfis şəkildə hazırlanmış kitabın I cildində məhz Qərbi Azərbaycan ərazilərində mövcud olmuş və bu gün isə zorakılığa məruz qalaraq dağıdılmış qəbiristanlıqların keçmiş və müasir vəziyyəti haqqında aydın və əhatəli məlumat verilir. Məlumatlar fotoşəkillər vasitəsilə də əyani olaraq təqdim edilir. Kitabın müəlliflərinin böyük zəhmətlə əldə etdikləri xəritələr, fotoşəkillər verilən izahlara əlavə kimi çox önəmlidir. Keçmiş sovet dönəmində çəkilmiş xəritələr, fotoxəritələri arxivlərdən çıxararaq istifadə etmək həm səriştə, bacarıq, yüksək elmi potensial, həm də güclü Vətən sevgisi tələb edir ki, müəlliflərin hər bir bu dəyərlərin daşıyıcısıdır. Qeyd edək ki, Qərbi Azərbaycan İdarə Heyətinin sədri Əziz Ələkbərlinin bu sahədə apardığı tədqiqatlar soydaşlarımızın ərazidən qovulduqları sonuncu tarixi zamandan etibarən başlayıb. Ərazinin tarixi faktlarının, milli-mənəvi dəyərləri olan folklorunun öyrənilməsində ilk atılan addımlar, aparılan tədqiqatlar sırasında alim Ə.Ələkbərlinin də imzası vardır.
Düşünürük ki, kitabın digər cildləri də tarixi həqiqətlərin üzə çıxarılmasında böyük əhəmiyyət daşıyacaqdır.