Anons

Bu gün, 11:00-  Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...

Bu gün, 10:00- “MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?

Bu gün, 09:00- “Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

Dünən, 14:34- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Dünən, 14:11- Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı

Dünən, 13:13- DYP radarlarla bağlı müraciət yaydı

Dünən, 12:09- Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?

Dünən, 11:40- Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO

Dünən, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”

Dünən, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT

Dünən, 09:09- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video

5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Haqqımızda Əlaqə

 Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...

Tarix:Bu gün, 11:00

 Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ... 29 il (1995-2024) Milli Məclisin deputatı olan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının adı dələduzluqla bağlı cinayət işində keçir.

Gununsesi.info xəbər verir ki, zərərçəkmişlərin Fəzail Ağamalı tərəfindən aldadıldığı, dələduzluq yolu ilə ələ keçirilən pulların ona çatdığı barədə ifadə verilib.

Həm Birinci Qarabağ müharibəsinin, həm də 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Məhərrəm İsmayılov bu cinayət işinə görə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 (dələduzluq, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrilə ittiham irəli sürülüb. O, iki nəfəri onlara məxsus torpaq sahəsini təyinatını dəyişmək adı ilə aldadıb pul almaqda ittiham olunur.

İttihama əsasən, Quba rayonun Əski İqrik kəndində yerləşən torpaq sahəsi üçün Masazır qəsəbəsində zərərçəkmişlərdən birindən 15 min, Lökbatan qəsəbəsində isə başqa zərərçəkəndən 10 min manat pul alıb.
Zərərçəkmişlərin Məhərrəm İsmayılovla birbaşa tanışlığı olmayıb. Onu tanıyan şahidlər isə bildiriblər ki, illər əvvəl “Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” ictimai birliyini sədri kimi tanıyıblar. Onun müəyyən vəzifəli adamlarla münasibəti olduğunu eşidib, torpaq məsələsini də həll edə biləcəyini düşünüb ona pul veriblər.

1963-cü il təcəllüdlü Məhərrəm İsmayılov istintaqa ifadəsində bildirib ki, zərərçəkənlərə onun vasitəçiliyi ilə, amma Fəzail Ağamalı tərəfindən ziyan vurulub. Onun sözlərinə görə, həmin vaxt Fəzail Ağamalı hələ deputat idi: “Amma niyəsə ancaq məni itiham edirlər. Mən yalnız vasitəçi olmuşam. Əhlimanla yaxın münasibətlərimiz vardı, zəng eləyib dedi ki, Lökbatanda bir tanışı var, həyətyanı torpaq sahəsinin təyinatını dəyişib, qeyri-yaşayış eləmək istəyir, ona kömək eləyə bilərsən? Ona dedim ki, Milli Məclisdən Fəzail Ağamalı ilə tanışlığımız var, onunla məsləhətləşim, razlııq versə, həll eləyərəm. Bir neçə gündən sonra Fəzail müəllimlə görüşdüm, məsələ barədə məlumat verdim, dedi ki, həll eləyə bilərəm”.
Məhkəmənin hökmü ilə Məhərrəm İsmayılov 3 il 6 ay azadlıqdan məhrum edilib. Əvvəl zərərçəkənlərin hər ikisi ondan şikayətçi olub, sonradan biri şikayəti geri götürüb.

Məsələ ilə bağlı əməkdaşımız sabiq deputat Fəzail Ağamalı ilə əlaqə saxlayıb.

O, ona qarşı irəli sürülən bu ittihamın əsassız və şər olduğunu bildirir:

“Məhərrəm İsmayılov dələduzluqda ittiham olunur. Siz onun sözünə niyə inanırsınız? O adam mənə şər atır, dediklərinin heç birinin əsası yoxdur. Yalan danışır. Əhəmiyyət verməyin”.

Qeyd edək ki, 2024-cü ildə keçirilən son parlament seçkilərində Milli Məclisdə Fəzail Ağamalı yox, onun qızı Günay Ağamalı təmsil olunur. O da atasının rəhbərlik etdiyi Ana Vətən Partiyasının Qadınlar Şurasının sədridir.(Gununsesi.info)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...