Anons

Bu gün, 20:04- Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdıran əsər

Bu gün, 11:00- Sabunçunun “qanunsuz sərvət” modeli – Adil Vəliyevin biznesi və xalqın susqunluğu

Bu gün, 10:00- Abşeron rayonunda yaşıl ağacların kəsilməsini hansı məmur icazə verib?

Bu gün, 09:00- Bu gün Azərbaycanda Diplomatiya Günüdür

Dünən, 11:00-  Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...

Dünən, 10:00- “MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?

Dünən, 09:00- “Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

7-07-2025, 14:34- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

7-07-2025, 14:11- Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı

7-07-2025, 13:13- DYP radarlarla bağlı müraciət yaydı

7-07-2025, 12:09- Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?

7-07-2025, 11:40- Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO

7-07-2025, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”

7-07-2025, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT

7-07-2025, 09:09- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video

5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

Haqqımızda Əlaqə

Sabunçunun “qanunsuz sərvət” modeli – Adil Vəliyevin biznesi və xalqın susqunluğu

Tarix:Bu gün, 11:00

Sabunçunun “qanunsuz sərvət” modeli – Adil Vəliyevin biznesi və xalqın susqunluğu Azərbaycanın rayon və qəsəbələrində aparılan qanunsuz tikinti işlərinin miqyasına nəzər salsaq, ilk sırada Sabunçu rayonu xüsusi yer tutur. Görünən odur ki, bu ərazidə qanunsuzluqlar sistemli şəkildə həyata keçirilir və bu proseslərə rayonun icra başçısı Adil Vəliyevin birbaşa və ya dolayı yolla nəzarət etdiyi istisna olunmur.

"DogruXeber.az" redaksiyasına daxil olan məlumatlar və müşahidələr əsasında bəlli olur ki, Adil Vəliyevin qanunsuz yollarla qazandığı vəsaitlər, bu gün onun gənc, amma ictimaiyyətə savadı və bacarığı bəlli olmayan oğlu Ənvər Ənvərliyə məxsus nəhəng biznes strukturlarına yönləndirilib. Maraqlıdır, bu qədər mülkləri və biznesləri olan gənc "iş adamı" haradan bu qədər maliyyə qaynağı tapıb? Cavab bəllidir – ataların oğullar üçün qurduğu çirkli imperiyalar.

“Ədalət” deyəndə bizə gülürlər... Bu gün ölkədə vətəndaş sadə bir köhnə daxma tikmək istədikdə dərhal dövlətin bütün qurumları onun üstünə tökülür, ancaq Sabunçuda onlarla qanunsuz villa, obyekt və torpaq işğalları göz görə-görə baş verir və heç kim bu prosesə “dur” demir. Bu da onu göstərir ki, rayon rəhbərliyi öz maraqları naminə qanunları ayaq altına atmaqdan çəkinmir.
Ən acınacaqlısı isə budur ki, xalq bu acınacaqlı duruma sadəcə tamaşa edir. Uzun illərdir susqunluq, qorxu və laqeydlik içində çürüyən bir toplumun içində bu cür məmur özbaşınalığı baş alıb gedir.

“Biznesmen” məmur balaları və şəhid övladları... Adil Vəliyev timsalında müşahidə etdiyimiz bu "idarəçilik modeli", təəssüf ki, ölkədə tək nümunə deyil. Onlarla, yüzlərlə məmur övladı eyni sxemlə varlanır, xalqın çörəyi, dövlətin büdcəsi hesabına milyonluq bizneslər qurur, amma nə vergidən xəbər var, nə də məsuliyyətdən.

Daha faciəli bir nüansa toxunmaq lazımdır – 44 günlük Vətən Müharibəsi zamanı canını ortaya qoyan onlarla gənc torpaq uğrunda şəhid oldu, lakin həmin dövrdə bəzi məmur övladları evlərində rahatlıq içində oturub, mükafatlar və fəxri fərmanlarla "qəhrəman" oldular. Hətta bəziləri Müdafiə Nazirliyinin təqdimatı ilə “yardım göstərdiklərinə görə” mükafatlandırıldılar. Sual olunur: bu yardımlar harada, kimə və necə göstərildi? Dövlət orqanları bu suallara cavab verməyə nə vaxt hazır olacaq?

Bax elə Ənvər Adil oğlu Ənvərli də bu kateqoriyadandır. Gənc yaşında milyonluq bizneslər, nəhəng obyektlər, vətəndaşdan oğurlanmış imkanlarla dolu bir “kariyera”. Bunlar ədalətin, bərabərliyin, şəhid qanı ilə yoğrulmuş torpağın harasında uyğundur?

DogruXeber.azскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...