Anons

Dünən, 16:09- Ali Məhkəmənin hakimi intihar etdi

Dünən, 15:51- Prezident onları təltif etdi - Siyahı

Dünən, 15:15- “Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?

Dünən, 12:10- Tanınmış jurnalist “Kəpəz Hospital”a getməməyə çağırdı

Dünən, 11:32- Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

Dünən, 10:55- Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR

26-04-2024, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

26-04-2024, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

26-04-2024, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

26-04-2024, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

26-04-2024, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

26-04-2024, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

26-04-2024, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

26-04-2024, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

26-04-2024, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Haqqımızda Əlaqə

Külli-miqdarda vergi borcu olan şirkətləri hansı CƏZA GÖZLƏYİR - AÇIQLAMA

Tarix:14-03-2024, 16:16

Külli-miqdarda vergi borcu olan şirkətləri hansı CƏZA GÖZLƏYİR - AÇIQLAMA İş həyatında qarşımızda duran öhdəliklərdən biri dövlətə vergi borclarının ödənilməisidir. Dövlətə vergi ödəməyə borclu olan şirkətlər öhdəliklərini müvafiq qanunvericilik çərçivəsində yerinə yetirməlidirlər. Bununla belə, müxtəlif səbəblərdən şirkətlər vergi məbləğlərini onlara verilən müddət ərzində ödəyə bilmirlər. Azərbaycanda da son vaxtlar bəzi şirkətlərin külli-miqdarda vergi borcları var. Bu şirkətlər arasında "Baku Electronics" MMC, "Qaradağ Şüşə Zavodu" ASC-nin, "Ağ Naftalan" Məhdud Məsuliyyətli Cəmiyyətinin də adı var. Bəs dövlətə külli-miqdarda borcu olan və həmin borcları ödəməyən şəxsləri hans cəza gözləyir?

Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Sirac Piriyev Sonxeber.az-a açıqlamasında bildirib ki, vergi borcunu ödəməyən şəxslər barəsində qanunvericiliklə müvafiq tədbirlər görülür:

"İlk olaraq qeyd edim ki, vergi borcunu ödəməyən şəxslər barəsində qərarlar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir. Əgər şəxslər xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınırsa, Cinayət Məcəlləsi ilə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. O cümlədən eyni əməllə mütəşəkkil dəstə tərəfindən yaxud külli miqdarda törədilirsə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bir məsələni diqqətə çatdırım ki, bu maddədə xeyli miqdar dedikdə, iki min manatdan əlli min manatadək olan məbləğ, "külli miqdar" dedikdə isə, əlli min manatdan yuxarı olan məbləğ başa düşülür. Eyni zamanda, bu məcəllənin 213.1-ci və 213.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.

Xatrıaldaq ki, "Baku Electronics" MMC-nin vergi borcu 1 213 691.29 manatdır. Bu vergi borcu 11.03.2024-cü il tarixinə olan məlumatdır. "Ağ Naftalan" MMC-nin isə dövlətə 15.433 manat vergi borcu var. Bununla yanaşı, Baş Prokurorluğa edilən müraciətdə sənədləri saxtalaşdıran şirkətlərin sırasında "Ağ Naftalan" Məhdud Məsuliyyətli Cəmiyyətinin də adı var. 120 ton maye şüşə, nizamnamə kapitalı 35.950.630 manat olan "Qaradağ Şüşə Zavodu" ASC-nin də külli miqdarda vergi borcu var.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...