Anons

Bu gün, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Bu gün, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

Bu gün, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Haqqımızda Əlaqə

İdman ustası Xəyyam Abdullayev: "Bu qədər uğur qazanacağım ağlıma gəlməzdi"

Tarix:25-04-2024, 00:34

İdman ustası Xəyyam Abdullayev: "Bu qədər uğur qazanacağım ağlıma gəlməzdi" - Xəyyam müəllim, necə oldu ki, bu sahəyə gəldiniz?

- Mən Cəlilabad rayonunda dünyaya gəlmişəm. İdmanla məşğul olmağa da orada başlamışam. Dayım Ceyhun Ağamlıyev əməkdar məşqçi, eyni zamanda güləş üzrə dünya çempionudur. Mən də onun sayəsində güləşin sirlərini öyrənmişəm. 2002-ci ildə Bakıya köçdük və mən yunan-roma güləşi ilə məşğul olmaga başladım. 2012-ci ildə hərbi xidmətə getdim və qayıtdıqdan sonra bu idman növü üzrə Azərbaycan çempionu oldum. Bundan başqa, bir çox beynəlxalq yarışlarda yüksək nəticələrə göstərdim. İdman ustasıyam. 2017-ci ildən etibarən sumo güləşinə keçdim. Azərbaycan çempionu və Avropa ikincisi oldum. Paralel olaraq, kəmər güləşi ilə də məşğul oluram. 2019-cu ildə kəmər güləşi üzrə Azərbaycan çempino və dünya kubokunun qalibi oldum. 2022-ci ildə keçirilən dünya köcəri oyunlarında fəxri kürsünün ikinci pilləsinə çıxdım.
Hal-hazırda yunan-roma güləşi üzrə məşqçi-müəllim kimi fəaliyyət göstərirəm. Sumo və kəmər güləşi üzrə isə Azərbaycan yığma komandasının məşqçisiyəm.

- Ümumilikdə bu sahədə neçə ildir fəaliyyət göstərirsiniz?

- Artıq 24 ildir ki, bu sahədəyəm.

- Bu 24 il ərzində nə müşahidə etdiniz?

- Mən bütün gənclərə məsləhət görürəm ki, idmanla məşğul olsunlar. Çünki idman insanı pis vərdişlərdən çəkindirir.

- İş prinsipinin nədən ibarətdir?

- Prinsipial biriyəm. Qarşıma qoyduğum məqsədə çatana qədər mübarizə aparıram. Şükürlər olsun ki, indiyə qədər istədiyim hər bir şeyə nail olmuşam.

- Dediniz ki, idman zallarınız var. Hansı yaş qruplarını hazırlaşdırırsınız?

- Altı yaşdan yeniyetməlik dövrünə qədər olan uşaqları mənim yanıma göndərirlər. Mən də onlara güləşin sirlərini öyrədirəm. Onları ölkədaxili və beynəlxalq yarışlara hazırlayıram. Yerli və beynəlxalq yarışlarda yer tutan tələbələrimin sayı kifayət qədərdir. Onu da qeyd edim ki, mən yığma komandanın baş məşqçisi olduğum üçün hətta 40 yaşında da tələbəm var.

- Yaxşı bir idmançı olmaq üçün nə etmək lazımdır?

- İlk növbədə idmanı sevmək və məqsədyönlü olmaq lazımdır. Bütün gücünlə sırf idmana köklənməlisən. İdman qurban tələb edir. Bunu da nəzərə almaq lazımdır.

- Xarakter olaraq necə birisiniz?

- Mən dözümlü bir insanam. Hər bir işdə əlimdən gələnin artığını etməyə çalışıram ki, alınsın.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm. İki övladım var.

- Oxuculara nə məsləhət görürsünüz?

- Pis vərdişlərdən uzaq olsunlar. Çünki pis vərdişlərdən uzaq olmaq və sağlam gələcək üçün ən gözəl vasitə məhz idmandır.

- Mən bu peşəni səçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, bu qədər uğura imza atacağam.

Əlaqə nömrəsi: (051) 904 14 04

İdman ustası Xəyyam Abdullayev: "Bu qədər uğur qazanacağım ağlıma gəlməzdi"
İdman ustası Xəyyam Abdullayev: "Bu qədər uğur qazanacağım ağlıma gəlməzdi"
İdman ustası Xəyyam Abdullayev: "Bu qədər uğur qazanacağım ağlıma gəlməzdi"
İdman ustası Xəyyam Abdullayev: "Bu qədər uğur qazanacağım ağlıma gəlməzdi"
İdman ustası Xəyyam Abdullayev: "Bu qədər uğur qazanacağım ağlıma gəlməzdi"
İdman ustası Xəyyam Abdullayev: "Bu qədər uğur qazanacağım ağlıma gəlməzdi"
İdman ustası Xəyyam Abdullayev: "Bu qədər uğur qazanacağım ağlıma gəlməzdi"
İdman ustası Xəyyam Abdullayev: "Bu qədər uğur qazanacağım ağlıma gəlməzdi"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...