Anons

Bu gün, 14:23- Seçiciləri Nigar Arpadaraini tapa bilmir - DEPUTAT NİYƏ İNSANLARDAN GEN GƏZİR?

Bu gün, 13:36- Məcnun müəllim fermerlərə SAHİB ÇIXMAZSA... - NARAZILIQ VAR...

Bu gün, 12:52- " “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür" - GİLEY

Bu gün, 10:40- Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

Bu gün, 09:55- ""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..." - NARAZILIQ VAR...

Dünən, 19:36- Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ... - İLGİNC

4-05-2024, 16:49- Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb

4-05-2024, 15:15- Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı -VİDEO

4-05-2024, 14:14- Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır - Camaat az qala göyərçin vasitəsilə xəbərləşir...

4-05-2024, 13:38- Əli Əsədov Türkiyəyə səfər edəcək

4-05-2024, 11:55- "Necə olur ki, daha ağır maddə ilə ittiham olunan məmur balası çöldə qalır..." - Jurnalist həbsdən MÜRACİƏT YAYDI

4-05-2024, 10:57- Cahangir Əsgərovun kürəkəni ABŞ-da "Qazelli" adında villasını turistlərə kirayə verir

4-05-2024, 00:34- Bakıda "Dəmir yumuruq" birinciliyi keçirildi

3-05-2024, 20:50- 60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

3-05-2024, 19:04- Gürcüstan DİN: Ötən gün 23 etirazçı həbs olunub

3-05-2024, 18:36- Lerikdə 1.2 milyonu 3 küçəni asfaltlamaqla silmək istəyirlər? - İTTİHAM VAR...

3-05-2024, 16:03- Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA

3-05-2024, 15:29- Nazirlik “Hyundai”nin Azərbaycandakı distributoru barədə araşdırma başlatdı - TƏFƏRRÜAT

3-05-2024, 14:54- Cəliləbadın Daşınmaz Əmlak idarəsi Ədliyyə Nazirliyini və Məhkəməni Dövlətin adından necə aldadır

3-05-2024, 12:28- Keçmiş diplomatın regiondakı mədəniyyət siyasəti Bərdədəki 3 nömrəli Uşaq Musiqi Məktəbini bu günə qoyub

Haqqımızda Əlaqə

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Tarix:26-04-2024, 14:26

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..." Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş Bəkir Orucovun Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılıb.

Məhkəmədə çıxış edən general deyib ki, onu general olduğuna görə həbs ediblər.

Onun sözlərinə görə, məqsəd də “Tərtər işgəncələri” olayında zərərçəkmişlərin və cəmiyyətin “gözündən pərdə asmaq” olub.

“Həbs olunmağımın səbəbini bilirəm. 42 il xidmət edib general rütbəsi almışdım. Çox deyir, yazırdılar ki, bu hadisələrə görə yüksək rütbəli zabitlər tutulmalıdır. Mən də arxası, dayağı, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım. Məni də ona görə qurbanlıq seçdilər. Göstərsinlər ki general da tutmuşuq…”

2017-ci ilin mayında Tərtərlə yanaşı, Beyləqanda da hərbçilərə qarşı kütləvi işgəncələr olub. İşgəncə nəticəsində bir nəfər zabit həyatını itirib. B.Orucov da Tərtərdə yox, Beyləqandakı işgəncələrə rəhbərlik etməkdə suçlanır.

O dövrdə Tərtərdəki korpusun komandanı Hikmət Həsənov, Beyləqan korpusunun komandanı Mais Bərxudarov olub. B.Orucov da Beyləqan korpusunun qərargah rəisi vəzifəsində çalışırmış.

Beyləqandakı olaylar da bütövlükdə “Tərtər işi” adlandırılan cinayət işi çərçivəsində istintaq edilib. Sonda B.Orucov və həmin olaylarda ittiham olunan daha dörd nəfərin işi ümumi cinayət işindən ayrılaraq məhkəməyə göndərilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə general-mayor Orucova 9 il 6 ay həbs cəzası kəsilib. Onunla birlikdə mühakimə olunan dörd nəfərdən ikisi – korpusun təlimatçısı olmuş Ülvi Rəşidov və snayper bölüyünün komandiri Ziya Kazımov da 9 il 6 ay azadlıqdan məhrum edilib. Digər iki nəfərə – Müdafiə Nazirliyinin Hüquq İdarəsinin təhqiqatçısı, hadisələr vaxtı ora ezam edilmiş İntiqam Məmmədova və Beyləqan korpusunun təhqiqatçısı olmuş Rahib Məmmədova isə 6 il 6 aylıq həbs cəzası verilib.

Adları çəkilən beş nəfərin heç biri özünü təqsirli bilmir, hökmü ədalətsiz sayır. Onların hamısı apellyasiya şikayəti verib. Hazırda şikayətlərinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

“Mən heç kimə pislik eləməmişəm. Adamı tutanda da kişi kimi tutarlar. Ailə üzvlərim müdafiə nazirinin qəbulunda olub. Deyib ki, “mən də bilirəm, Bəkir Orucovun günahı yoxdur, amma əlimdən heç nə gəlmir, ona kömək edə bilmirəm”. Generala bunu eləyirlərsə, görün, adi əsgərin başına nələr gətirərlər”.(Gununsesi.info)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...