Anons

Bu gün, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

Bu gün, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

Bu gün, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

Dünən, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

Dünən, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

Dünən, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

Dünən, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

Dünən, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA

3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

3-07-2025, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO

3-07-2025, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

3-07-2025, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

3-07-2025, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

3-07-2025, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

3-07-2025, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

2-07-2025, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

2-07-2025, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

2-07-2025, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Haqqımızda Əlaqə

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Tarix:24-04-2024, 15:26

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Bakı Ağır Cinayətlər Məhkəmsində hakim Kamran Muxtarovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Həsənov Samir Hafiq oğlu və Ağayev Nurlan Əlləz oğlunun məhkəmə prosesi keçirilib. Zərərçəkmiş qismində İsmayılov Rauf Əlövsət oğlu, qardaşı Mirməhəmməd Əlövsət oğlu İsmayılov isə şahid qismində tanınıb.

Zərərçəkmiş qismində Rauf İsmayılov ifadə verib: “Mən həbs edilənlərdən Nurlan Ağayevi yaxından tanımışam, atamın dostu olub. Bir neçə dəfə atamla aralarında pul haqq-hesabı olub. Nurlan topdan sement ticarəti ilə məşğul olub, zavoddan sementi nağd götürüb nisyə satırdı. Zavodda satışdan Nurlana bonus verirdi. 2020-ci ilin aprel ayının axırında ilk dəfə Nurlana 10 min dollar vermişəm. O pulun qarşılığında mənə faiz verəcəkdi. Nurlana pul vermək təklifini ilk dəfə mən etmişəm, qardaşımın toy ərəfəsi idi. Mən zəng edib dedim ki, əlimdə 30 min dollar var, işə qoya bilərik. Sonra 42 min dollar verdim, gəliri ilə birgə ümumi pulu qaytardı. Bir neşə gün sonra üstünə 18 min dollarda qoyub 60 min dollar verdim Nurlana. Bu pulun qarşılığında 16 min faiz verdi mənə. Ona həmişə deyirdim sifariş olsa mənə de. Mənim üçün Nurlanın hansı tikinti materialı alib-satmağının fərqi yox idi. May ayının axırlarında Nurlan mənə zəng elədi ki, Samir tutulub, pullarda Samirə verilib. Mən Samiri tanımamağımı ibtidai istintaqda da demişəm, mən Nurlanı tanımışam. Samiri cəmisi 3 dəfə görmüşəm. Birdə 60 min dolları verəndə Ulduz metrosunun yanında görmüşəm Samiri. Mən də istəyirdim iş görüm, pul qazanım. Mən Nurlana pulu başqa adamdan alıb verirdim, mənə etibar edirdilər. 60 min dollarım Nurlanda qala-qala 150 min dollarda verdim. Bu sifarişdən 10 gün ərzində 9 min manat xeyir verdi mənə. Ümumilikdə qaytardığı məbləğ 20 min dollarlıq 2 maşın, 3 min manat, birdə qazanc olaraq 16 min manat. Silah, narkotik biznesindən başqa nə biznesinə pul istəsəydi tapıb verərdim Nurlana, ona çox inanırdım”.

Məhkəmə prosesində zərərçəkənin qardaşı şahid Mirməhəmməd İsmayılovda ifadə verib: “Xətai rayonu, Əbilov qəsəbəsində yaşayıram. Nurlanın ailəlikcə tanıyırıq, atamla dost olub. Pullardan bir hissəsini 42 min dolları mən gətirib vermişəm Nərimanov metrosunun yanında. Pullar iş üçün verilirdi. İlk dəfə işbirliyi barədə söhbət bizim evimizdə olub. Bildiyimə görə Samir Həsənov Nurlanın yeznəsidir”.

Təqsirləndirilən Nurlan Ağayev hakimin sualına cavab olaraq bildirib ki, toplam olaraq Samirə 406 min dollar pul vermişəm.
Məhkəmə prosesi aprel ayının 29-na kimi təxirə salınıb.
Xatırladaq ki, Rauf İsmayılov ümumi olaraq Nurlan Ağayevə 425 min manat (250 min dollar) pul verib. Faktla bağlı DİN-nin BMCMİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb.(Yenixeber.org)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...