Bu gün, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
Bu gün, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
Bu gün, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!
- Sadiq müəllim, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən Cəlilabad rayonunda dünyaya gəlmişəm. Az yaşımdan etibarən sərbəst güləşlə məşğul olmağa başlamışam. İlk müəllimim əməkdar müəllim Ceyhun Ağamalıyev olub. Bir çox nailiyyətlərim olub. Azərbaycan çempionu və bir çox Avropa yarışlarının qalibi olmuşam. 2013-cü ildə zədə səbəbindən idmandan uzaqlaşmışam. Sonra hərbi xidmətə yollanmışam. Hərbi xidmətdən qayıtdıqdan sonra Daxili İşlər orqanlarına işə düzəlmişəm. 2019-cu ildə yenidən idman fəaliyyətimə başladım və özümü sumo güləş növündə sınadım. Macarıstanda keçirilən yarışda üçüncü yerlə kifayətlədim. Sonra isə pandemiyaya görə yarışlara ara verildi. Pandemiyadan sonra bir çox beynəlxalq yarışlarda iştirak etmişəm və uğurlarım olub. Məsələn, 2024-cü ilin yanvarında Macarıstanda keçirilən Avropa çempionatının qalibi oldum və s. Qeyd edim ki, mən kəmər güləşi ilə də məşğul oluram. Bu sahə üzrə
Avropa cempionatının bürünc mükafatçısıyam. Bundan başqa, beynəlxalq turnirdə gümüş medal qazanmışam.
- Niyə məhz güləş idman növünü seçdiniz?
- Çünki mənim əmirlərim də bu idman növü ilə məşğul olublar. Gözümüz açandan onların uğurlarını görmüşəm.
- Neçə ildir ki, bu sahədəsiniz?
- İdmana ikinci dəfə başladığımdan artıq beş il keçib.
- Tələbələriniz varmı?
- Mənim fərdi məşqçim Xəyyam Abdullayevdir. Bütün uğurlarımı ona borcluyam. Amma özümün fərdi tələbəm hələ ki yoxdur.
- Öz sahənizə üzrə hansı işləri görürsünüz?
- İşdə öz kollektivimizdə idmana həvəs yaratmaq üçün əlimdən gələni edirəm. Zaman-zaman müxtəlif yarışlar təşkil edirəm.
- Bir idmançı kimi nəyin əleyhinəsiniz?
- Pis vərdişlərə, narkotikaya və bəzi gənclərin kriminal aləmə meyl etməklərinə yox deyirəm.
- Xarakter olaraq necə birisiniz?
- Səmimi və mehriban bir insanam. İşimdə isə dəqiqliyi çox sevirəm.
- Gələcək ilə bağlı planlarınız nədir?
- Olimpiyadalarda iştirak edib yüksək nəticələr əldə etmək ən böyük hədəfimdir.
- İdmana başlamaq istəyənlərə nə demək istəyərdiniz?
- İlk növbədə təlim-tərbiyələrinə fikir versinlər. Özlərindən böyüklərə hörmət etməyi bacarsınlar. Onda hər bir uğura imza atmaq asan olacaq.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, nə vaxtsa Avropadan medal ilə qayıdaram.