Anons

Bu gün, 18:43- Qürbətdə Vətən həsrəti

Bu gün, 18:40- Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru idarədə “at oynadır”

Bu gün, 15:55- Nazirin qardaşına qarşı ilginc İTTİHAM: - “Yüz min verirəm, get...”

Bu gün, 15:23- İCRA BAŞÇISI YENİDƏN DEPUTAT OLACAQ - Qurbanovun Milli Məclisə qayıtması perspektivi nə ilə bağlıdır?

Bu gün, 14:50- Ceyranbatan qəsəbə 2 №-li orta məktəblə bağlı Prezidentə müraciət:240 şagird üçün nəzərdə tutulan məktəbdə 1000-ə yaxın uşaq təhsil alır(?)

Bu gün, 14:05- "Maybach"la qəza törədən şəxs içkili olub? - VİDEO

Bu gün, 13:06- “Qərb istəyinə çatsa, növbəti Gürcüstan-Rusiya müharibəsi başlayacaq” – SENSASİON PROQNOZ

Bu gün, 12:30- "Baboşu" bahalı "Gelandewagen"lə görməyə gedən iş adamı media nümayəndəsin məhkəməyə verdi - Həbs olunmasın istəyir

Bu gün, 11:42- Arxitektura Komitəsində “təmizləmə“ – Sədr Ramin Abdullayevdən qurtulur?

Bu gün, 11:00- Yağış yağdı... `TƏMİZ` Binəqədi VENESİYAYA DÖNDÜ... - Amma gərək yağış yağmamaydı...

Bu gün, 10:23- `Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Bu gün, 09:57- Sabunçu kimin qanunları ilə idarə olunur? - İTTİHAM VAR...

Bu gün, 09:23- Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? - İTTİHAM VAR...

Dünən, 21:53- "Camuətül Mustafa" - Universitet yoxsa terror təşkilatları üçün sosial resurs?

Dünən, 21:50- Sabiq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR

Dünən, 19:30- Leyla Əliyeva yaşıllıq salır, Nizami rayon başçısı Cəbrayılov isə... - FAKTLARIN dili ilə

Dünən, 17:56- Qaçaq sabiq səfirin Mehdiyevə gizli məktubu: ŞOK adlar, heyrətləndirən məlumatlar – TAM MƏTN

Dünən, 17:25- Oğuzda 10, Sabirabadda 50 hektar meşə fond torpaqlarını şumlatdıran Rauf Məmmədovun arxasında kimlər durur - İLGİNC FAKTLAR

Dünən, 14:23- Seçiciləri Nigar Arpadaraini tapa bilmir - DEPUTAT NİYƏ İNSANLARDAN GEN GƏZİR?

Dünən, 13:36- Məcnun müəllim fermerlərə SAHİB ÇIXMAZSA... - NARAZILIQ VAR...

Haqqımızda Əlaqə

“Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Tarix:26-04-2024, 18:12

“Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO Böyük marketlərdə vitrinlərdəki qiymətlərlə kassadakı qiymətlərinin üst-üstə düşməməsi ilə bağlı məsələ dəfələrlə gündəmə gəlib.
Yeniavaz.com xəbər verir ki, “Araz” marketdən un alan müştəri vitrində başqa, kassada başqa qiymətlə rastlaşdığını bildirir.
Binəqədi rayon sakini deyir ki, vitrində endirimdən sonra qiyməti 1 manat 99 qəpik olan 2 kiloqramlıq unun kassada qiyməti 2 manat 99 qəpik olub.
Daha bir diqqət çəkən məqam isə odur ki, vitrindəki açıqlamada unun qiymətininin 42% endirimlə satıldığı yazılıb. Açıqlamadan belə görünür ki, unun qiyməti əvvəl 3 manat 48 qəpik olub və 25 aprel-8 may tarixləri aralığında qüvvədə olacaq endirim zamanı 1 manat 99 qəpiyə satılacaq. Lakin, qeyd etdiyimiz kimi, məhsulun kassadakı qiyməti 2 manat 99 qəpik olub.

“Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

Qeyd edək ki, bu ilin fevral ayında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Araz Supermarket” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protkol tərtib edib. Bildirilib ki, “Araz” marketdə qeyri-qida məhsulu üzərində göstərilən qiymətdən baha satılıb.
Məlumat üçün bildirək ki, “Araz” supermarketlər şəbəkəsi OBA və SPAR supermarketəri ilə birgə ölkənin tanınmış şirkətlərindən olan “Veysəloğlu” MMC-yə bağlıdır. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Araz Supermarket” MMC-dən sonra – bu ilin mart ayında OBA market barəsində də eyni səbəbdən protkol tərtib edib.
Xatırladaq ki, Bakı şəhəri Nizami rayonu, Keşlə ŞTQ, 2-ci eninə, ev 2 ünvanında qeydiyyatda olan “Veysəloğlu” MMC-nin nizamnamə kapitalı 8 milyon 826 min 172 manatdır. 2006-cı ilin may ayının 22-də dövlət qeydiyyatına alınan “Veysəloğlu” MMC-nin qanuni təmsilçisi Bəxtiyar Allahverdi Adil oğludur. Bəxtiyar Allahverdi eyni zamanda “Veysəloğlu” şirkətinin baş direktorudur.
2017-ci ilin aprel ayının 5-də dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 100 manat olan “Veysəloğlu Grup” MMC-nin qanuni təmsilçisi isə Talıbov Aydın Veysəl oğludur.
Məlumat üçün bildirək ki, mətbuatda “Veysəloğlu” şirkəti və ona məxsus olan “Araz”, OBA və SPAR supermarketərinin sahibinin də məhz Aydın Talıbov olduğu bildirilir. Ehtimal etmək olar ki, şirkətin adı da Aydın Talıbovun atasının adına görə bu cür adlandırılıb.
Qeyd edək ki, Aydın Talıbov 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Siyaqut kəndində anadan olub. Aydın Talıbov Naxçıvan MR-nin Ali Məclisinin sabiq sədri Vasif Talıbovun da məzun olduğu Siyaqut kənd orta məktəbini bitirərək ali təhsilini İqtisadyyat Universitetində davam etdirib. 1994-cü ildən biznes fəaliyyətinə başlayıb(Yeniavaz.com)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...