Anons

Bu gün, 11:23- BEYNƏLXALQ UNİVERSİTET “SİNDROMU”... - Nazir Əmrullayev bu “kadrları” və belə universitetləri niyə “görmür”?

Bu gün, 10:43- Nəsimi bazarının yanında tikilən bina kimin himayəsindədir? İDDİA/VİDEO

Bu gün, 09:10- Məhşur blogerin “Papağ” restoranları “Cart to card” sistemi işləyir?- Vergidən yayınma……

Dünən, 16:57- Yenilənmiş “Yaban Neftçibaza” sizi gözləyir! - 50% endirim - VİDEO

Dünən, 15:45- Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var: işçiləri necə istismar edir...

Dünən, 13:18-  ƏMRULLAYEV RÜŞVƏTXORLARA `STAVKA` EDİR: Boğaza qədər çirkabın içində olsan da olar - DƏLİXANADIR, VALLAH...

Dünən, 11:24- Gədəbəyin icra hakimiyyətinin vəzifəli şəxsi qazini döyüb?- “Lexus”a minib, qaçdı…..-VİDEO

Dünən, 10:44- Qazaxın da icra başçı həbs edilir – müavinlər və digər vəzifəlilər də işin içində...

Dünən, 09:56- "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR?

9-07-2025, 20:04- Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdıran əsər

9-07-2025, 11:00- Sabunçunun “qanunsuz sərvət” modeli – Adil Vəliyevin biznesi və xalqın susqunluğu

9-07-2025, 10:00- Abşeron rayonunda yaşıl ağacların kəsilməsini hansı məmur icazə verib?

9-07-2025, 09:00- Bu gün Azərbaycanda Diplomatiya Günüdür

8-07-2025, 11:00-  Keçmiş deputat DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR - ÖZÜ İSƏ DEYİR Kİ...

8-07-2025, 10:00- “MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?

8-07-2025, 09:00- “Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

7-07-2025, 14:34- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

7-07-2025, 14:11- Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı

7-07-2025, 13:13- DYP radarlarla bağlı müraciət yaydı

7-07-2025, 12:09- Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?

Haqqımızda Əlaqə

“Şeyx məndən 260 min dollar alıb villa tikib" - Qudasından ŞOK AÇIQLAMA

Tarix:16-01-2024, 10:00

“Şeyx məndən 260 min dollar alıb villa tikib" - Qudasından ŞOK AÇIQLAMA

“Şeyx məndən 260 min dollar alıb villa tikib" - Qudasından ŞOK AÇIQLAMA

Sabiq deputat Qalib Salahzadə qudası, Şeyxülislam Hacı Allahşükür Paşazadənin dəbdəbəli villası ilə bağlı yayılan xəbərlərə reaksiya verib. Pravda.az-a danışan Qalib Salahzadə sözügedən villanın borcla tikildiyini iddia edib:

“Şeyxin də, mənim də arxamca nələr danışırlar? Nə edək? Hər kəs özünə görə danışır, görünür, qabiliyyətləri budur. Oturmuşam, həmin villada. And olsun Allaha, Şeyx bu evi tikdirəndə mən özüm ona 260 min dollar borc pul vermişəm. Şeyx ondan-bundan borc edib ev tikib ki, gələn var, gedən var. Qoy deməsinlər ki, gör Şeyx harada yaşayır. Bu adamın qonaq-qarası olur. Bəlkə, məndən başqa da kimdənsə, dostlarından, üç-beş adamdan da borc alıb, bunu deyə bilmərəm. Mən öz yerimə and içirəm ki, borc vermişəm ki, bu adam ev tikir”.

Sabiq deputat daha sonra bunları deyib: “Bir də, hər kişiyə borca pul vermirlər axı. Onun hörməti, avtoriteti, mənliyi olub. Nə qədər istəyibsə pul vermişəm. Yəqin indi Şeyx mənə əsəbləşəcək ki, bir dəfə pul vermisən, hər yerdə deyirsən. Şeyxin mənim kimi saysız-hesabsız dostları olub. İndi kiməsə hesabat versin ki, mən filankəsdən kömək almışam?”(Pravda.az)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...