Anons

Dünən, 16:09- Ali Məhkəmənin hakimi intihar etdi

Dünən, 15:51- Prezident onları təltif etdi - Siyahı

Dünən, 15:15- “Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?

Dünən, 12:10- Tanınmış jurnalist “Kəpəz Hospital”a getməməyə çağırdı

Dünən, 11:32- Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

Dünən, 10:55- Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR

26-04-2024, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

26-04-2024, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

26-04-2024, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

26-04-2024, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

26-04-2024, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

26-04-2024, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

26-04-2024, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

26-04-2024, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

26-04-2024, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Haqqımızda Əlaqə

Dünya Bankı Azərbaycandakı yeni layihəsinin planını açıqlayıb

Tarix:3-06-2021, 13:52

Dünya Bankı Azərbaycandakı yeni layihəsinin planını açıqlayıb Dünya Bankı Azərbaycanda COVID-19 pandemiyasının yaratdığı təhlükələri aşkarlamaq, qarşısını almaq və ona cavab vermək məqsədilə hazırlanan "Azerbaijan COVID-19 Emergency Response Project" adlı layihəsi üzrə geniş planını açıqlayıb. Plan Dünya Bankının regional direktoru Sebastian Molineus tərəfindən təsdiqlənib, layihənin bankın Direktorlar Şurası tərəfindən təsdiqi isə sentyabrın 6-da gözlənilir.

Dünya Bankından "APA-Economics"ə verilən məlumata görə, layihənin investisiya məqsədli olmayacağı və analitik kömək məqsədini daşıyacağı gözlənilir. Sözügedən layihənin dəyəri 95 mln. ABŞ dolları təşkil edəcəyi göstərilir və bu məbləğin hamısı bankın öhdəliklərinə daxildir. Layihənin icraçıları İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Borc götürən qismində Azərbaycan Maliyyə Nazirliyi çıxış edir.

Layihə üç komponentdən ibarət olacaq. Birinci – "COVID-19-a təcili cavab" adlı komponent yoluxma hallarının idarə edilməsinə və səhiyyə sisteminin güclənməsinə yönələcək. Bu komponent çərçivəsində bank COVID-19-un yayılmasının qarşısını almaq və idarə olunmasını asanlaşdırmaq üçün Azərbaycan dövlətinə səhiyyə işçilərinin məvaciblərinin artırılması, tibbi ləvazimatların, cihazların və avadanlıqların təmin edilməsi, səhiyyə işçiləri üçün infeksiyanın qarşısının alınması və nəzarət protokollarının hazırlanması və pandemiyanı məhdudlaşdırmaq üçün davamlı sosial məsafəni və ictimai səhiyyə tədbirlərini dəstəkləmək üçün maliyyə ayıracaq.

İkinci komponent həssas ailələrə və ya fərdlərə müvəqqəti gəlir dəstəyindən ibarət olacaq. Sözügedən komponent 47 min ailəyə ödənilən aylıq 225 manatlıq ünvanlı sosial yardımın 3 ayını və pandemiya şəraitində 2020-ci ilin aprel-iyun aylarında 600 min işsiz qalanların 170 min nəfərinin 190 manatlıq üçaylıq müavinətini maliyyələşdirəcək.

Üçüncü komponent layihənin idarə edilməsi və monitorinqinə cavabdeh olacaq. Bu komponent xarici auditor tərəfindən həyata keçiriləcək əsas layihə fəaliyyətlərinə aid göstəricilərin yoxlamalarını maliyyələşdirəcək.

Qeyd edilir ki, layihənin əsas hissəsi 6-9 aya tamamlanacaq. Bəzi sağlamlıq tədbirləri, xüsusən də gələcək pandemiyalara cavab vermək üçün sağlamlıq sisteminin gücləndirilməsinə aid olan tədbirlərin həyata keçirilməsi daha uzun çəkə bilər. Ayrıca, COVID-19-un gələcək dalğaları, yeni variantlar ortaya çıxdıqca meydana gələ bilər. Nəticədə, layihə üçün ikiillik bir zaman qrafiki tərtib olunub.

Hazırda Dünya Bankının Azərbaycandakı aktiv portfeli 10 layihədən ibarətdir və 803 mln. dollar təşkil edir. Bu ilin mayın 21-də bankın Direktorlar Şurası Azərbaycanda Salyan-Biləsuvar yolunun yaxşılaşdırılması yönəlmiş və bank tərəfindən 65 mln. dollar məbləğində kreditin ayrılacağı "Regional əlaqələr və inkişaf" layihəsini təsdiqləyib.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və indiyədək bank Azərbaycana 70-dən çox layihə üzrə 4,4 mlrd. dollar məbləğində vəsaitin ayırmasını öz öhdəliyinə götürüb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...