Anons

Dünən, 16:09- Ali Məhkəmənin hakimi intihar etdi

Dünən, 15:51- Prezident onları təltif etdi - Siyahı

Dünən, 15:15- “Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?

Dünən, 12:10- Tanınmış jurnalist “Kəpəz Hospital”a getməməyə çağırdı

Dünən, 11:32- Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

Dünən, 10:55- Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR

26-04-2024, 18:12- “Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO

26-04-2024, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

26-04-2024, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

26-04-2024, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

26-04-2024, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

26-04-2024, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

26-04-2024, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

26-04-2024, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

26-04-2024, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

25-04-2024, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

25-04-2024, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

25-04-2024, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

25-04-2024, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

25-04-2024, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Haqqımızda Əlaqə

Şuşaya 110 kV-luq yüksəkgərginlikli elektrik xətti çəkilir - VİDEO

Tarix:25-12-2020, 10:12

Şuşaya 110 kV-luq yüksəkgərginlikli elektrik xətti çəkilir - VİDEO Şuşa şəhərinin Azərbaycanın ümumi enerjisisteminə qoşulması və şəhərin dayanıqlı enerji ilə təchiz edilməsi üçün "Azərenerji" ASC tərəfindən Füzulidən Şuşaya 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir.

"Azərenerji"dən verilən məlumata görə, eyni zamanda işğaldan azad edilən ərazilərin böyük hissəsini mənbə olaraq elektrik enerjisi ilə təchiz edəcək Füzulidəki 110/35/10 kilovoltluq "Şükürbəyli" yarımstansiyası tam yenidən qurulmaqla yanaşı enerjiötürmə qabiliyyəti artırılır. Bunun üçün mənbəyi "İmişli" yarımstansiyasından "Şükürbəyli" yarımstansiyasına 51 km məsafədə 110 kilovoltluq yüksəkgərginlikli əlavə xətt gətirilir. Həmçinin yarımstansiyanın ümumi gücü 50 MVA-dan 80 MVA-ya qaldırılır. Yarımstansiya müasir rəqəmsal avadanlıqların quraşdırılması ilə məsafədən idarə olunması təmin ediləcək.

"Ən əsası isə hazırda paralel olaraq Füzulidəki "Şükürbəyli" yarımstansiyasından Şuşaya 110 kV-luq yüksəkgərginlikli elektrik xətti çəkilir. Ümumi uzunluğu 75 kilometr təşkil edən "Füzul-Şuşa" hava xətti 2 dövrəli olacaq ki, bu da qəza baş verərsə fasilə yaranmaması üçün yükün bir xəttin üzərindən ikinci xəttin üzərinə keçirilməsinə imkan verəcək. Artıq hava xəttinin yüzə yaxın dayağı basdırılıb və 15 km məsafədə naqillər asılıb. Füzulinin Şükürbəyli, Xocavəndin Böyüktağlar, Şuşanın Daşaltı kəndinə keçən yüksəkgərginlikli hava xətti Şuşa şəhərindəki mövcud yarımstansiyaya daxil olacaq. Lakin bir müddət sonra hazırda Şuşada tikilməkdə olan 110/35/10 kilovoltluq yeni yarımstansiyada işlər başa çatan kimi xətt açılaraq ora montaj ediləcək. 110 kilovoltluq yeni xəttin çəkilişi ən çətin dağlıq, meşəlik relyefdə qarlı, dumanlı, yağışlı hava şəraitində növbəli iş prinsipi ilə həyata keçirilir", - ASC-dən bildirilib.

110 kilovoltluq "Füzuli-Şuşa" xətti yaxın müddətdə istismara veriləcək və bununla da uzun illərdən sonra Şuşada öz işığımız yanacaq.




Aскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...